Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-529/2023 18.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon məhkəməsinin 2021ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehlə birgə nikahlarından doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 350 manat alimentin və ilkin mediasiya sessiyasında ödəmiş olduğu 50 manat xərcin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə nikahlarını qeyd etdirib evlənmişlər. Birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü Pəricahan, xx.xx.2004-cü il təvəllüdlü Namiq və xx.xx.2012-ci il təvəllüdlü Yusif adlı üç uşaqları olub. Bir müddət cavabdehlə bir yerdə yaşayandan sonra onun təqsiri üzündən ər-arvad münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Bundan sonra məhkəmənin qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və həmin qətnaməyə əsasən onunla birlikdə yaşayan xx.xx.2004-cü il təvəllüdlü Namiq və xx.xx.2012-ci il təvəllüdlü Yusifin saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat (cəmi 300) alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda oğlu Namiq yetkinlik yaşına çatmış, kiçik oğlu xx.xx.2012ci il təvəllüdlü Yusif isə yetkinlik yaşına çatmamış və anasının himayəsində yaşayır. Oğlu Yusif məktəblidir böyüdükcə uşağın gündən-günə tələbatı artır. Uşağın dərsdən əlavə məçqələlərə getməsi, məktəb ləvazımatları, qida məhsulları, sağlamlığı və digər xərcləri üçün lazım olan məbləği ödəməkdə çətinlik çəkir. Cavabdeh isə azyaşlı Yusifin artan tələbatını nəzərə almır və məhkəmənin qətnaməsinə əsasən təyin olunmuş alimentdən əlavə ona heç bir yardım etmir. Halbuki, bu bir ata kimi onun birbaşa vəzifəsidir. Oğlu Yusifin bu günki maddi tələbatı 400-500-manat miqdarındadır. İddiaçı göstərilənləri nəzərə alaraq Kürdəmir rayon məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq cavabdehlə birgə nikahlarından doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 350 manat alimentin və ilkin mediasiya sessiyasında ödəmiş olduğu 50 manat xərcin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, iddiaçı ilə aralarında bağlanmış nikah xx.xx.2021-ci ildə məhkəmənin qətnaməsinə əsasən pozulmuş və həmin qətnaməyə əsasən iddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü Namiq və xx.xx.2012-ci il təvəllüdlü Yusifin saxlanması üçün ondan hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat (cəmi 300) alimentin alınıb ona verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsinə əsasən təyin edilmiş alimenti hər ay iddiaçıya ödəmiş və xx.xx.2004-cü il təvəllüdlü Namiq yetkinlik yaçına çatdığı üçün aliment Namiqə münasibətdə dayanmışdır. Sonra isə xx.xx.2012-ci il təvəllüdlü Yusifin saxlanılması üçün alimenti ödəməkdə işi olmadığından çətinlik çəkir və əgər aliment artırılsa heç ödəyə bilməyəcəyini bildirərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası AZE-11877581 nömrəli, etibarlılığı xx.xx.2028-ci ilədək olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2012-ci ildə anadan olmuş və hazırda yetkinlik yaşına çatmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası AA2567065 nömrəli, etibarlılığı xx.xx.2031-ci ilədək olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2004-cü ildə anadan olmuş və hazırda yetkinlik yaşına çatmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası AA1123732 nömrəli, etibarlılığı xx.xx.2029-cu ilədək olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.2003-cü ildə anadan olmuş və hazırda yetkinlik yaşına çatmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubliukasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********08100 nömrəli Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna cavabdan görünür ki, Cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, İş №- 2(041)-1708/2021-nömrəli qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında 06 sentyabr 2003-cü il tarixdə bağlanmış və Kürdəmir rayon Qeydiyyat şöbəsində 118 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 anası X2 yanında saxlanılmış, xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabeh Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq iddiaçı X3 ödənilsi qət edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə nikahlarını qeyd etdirib evlənmişlər. Birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü Pəricahan, xx.xx.2004-cü il təvəllüdlü Namiq və xx.xx.2012-ci il təvəllüdlü Yusif adlı üç uşaqları olub. Bir müddət cavabdehlə bir yerdə yaşayandan sonra onun təqsiri üzündən ər-arvad münasibətləri pozulmuş və onlar ayrılmışlar. Bundan sonra məhkəmənin qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və həmin qətnaəyə əsasən onunla birlikdə yaşayan xx.xx.2004cü il təvəllüdlü Namiq və xx.xx.2012-ci il təvəllüdlü Yusifin saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat cəmi (300) alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda xx.xx.2004-cü il təvəllüdlü Namiq yetrkinlik yaşçına çatmış, lakin xx.xx.2012-ci il təvəllüdlü Yusif isə hələ azyaşlıdır. İddiaçı uşağın gündəngünə artan tələbatını təkbaşına ödəyə bilmir. Məhkəmənin qətnaməsinə əsasən uşağa görə qət edilmiş alimentlə o, uşağı saxlamaqda çətinlik çəkir, cavabdeh isə məhkəmənin qətnaməsinə əsasən təyin edilmiş alimentdən başqa uşağa əlavə heç bir maddi yardım etmir. Halbuki bu onun valideyn kimi vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Cavabdeh maddi imkanının olmadığını bildirsədə onun gətirdiyi arqument ağılabatan deyil. Belə ki, əvvəl Kürdəmir rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, İş №- 2(041)-1708/2021-nömrəli qətnaməsi ilə hər ay hər uşağa görə sabit pul məbləğində 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment ödəyən Cavabdeh hazırki vəziyyəti əvvəlkindən yüngül olmasına baxmayaraq xx.xx.2012-ci il təvəllüdlü Yusifin bu günki günün tələblərinə cavab verən tərzdə (yaşaması) saxlanılması üçün ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçı iddia tələbində ilkin mediasiya sessiyasında ödəmiş olduğu 50 manat xərcin alınıb ona verilməsini tələb etsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində ilkin mediasiya prosesində ödənilən xərcin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddiaçı cavabdehdən birgə nikahlarından doğulmuş Yusif adlı uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 350 manat aliment tələb etsə də o, cavabdehin maddi vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 180 manat aliment alınıb İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 41 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, İş №-2(041)-1708/2021-nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 180 (yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 41 (qırx bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-529/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-529/2023
18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver