Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-539/2023 07.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti. 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında 01 aprel 2019-cu il tarixli, 102804-371331/2 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. Beləliklə, Cavabdeh 01 aprel 2019-cu il tarixli, 102804-371331/2 nömrəli kredit müqaviləsi üzrə 01 aprel 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 7035,10 manat əsas borcu, 9451,47 manat məbləğində faiz borcu və 01 aprel 2022-ci il tarixdən 01 fevral 2023-cü il tarixcə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 294 manat məbləğində faiz borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtləndirilən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Ona görə də Cavabdeh xx.xx.2019-cu il tarixli, 102804- 371331/2 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 7035,10 manat əsas borcu, 9451,47 manat məbləğində faiz borcu və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində isə gecikdlirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 294 manat məbləğində faiz borcu olmaqla, cəmi 16780,57 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 140,74 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Cavabdeh vəsatətinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)- 539/2023 nömrəli qərardadı ilə məhkəmə-mühasibat ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmaqla qərardadın surəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 9/7217 nömrəli ekspert rəyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16-/2-9/7217/2023 nömrəli məktubu ilə xx.xx.2023cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC-yə lazımi qaydada məlumat verilmiş, İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə göndərib iddianı müdafiə etdiklərini və işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılıb iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qisəmən qəbul edərək göstərdi ki, İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 102804-371331/2 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 20.000 manat kredit götürmüşdür. İddiaçı ASC-dən krediti götürəndən sonra ödəniş cədvəli üzrə kredit borcundan ödəniş etsə də, sonradan işsiz olduğuna görə həmçinin, COVİD-19 pandemiyyası ilə əlaqədar işləyə bilmədiyinə görə ödəniş edə bilməmişdir. Ümumiyyətlə 2021-ci ilin iyul ayına kimi İddiaçı ASC-nə kredit borcundan faizlə birlikdə 21.850 manat pul ödəmişdir. İddiaçı ASC 2021-ci ilin iyul ayında kredit borcunun qaytarılması tələbi ilə məhkəiməyə müraciət etmiş, sonradan iddiaçının ərizəsinə əsasən həmin iş baxılmamış saxlanılmışdır. 2023-cü ilin fevral ayında İddiaçı ASC yenidən kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və əvvəl məhkəməyə müraciət etməsi ilə əlaqədar əsas kredit borcuna faiz hesablanmasının dayandırmalı olduğu halda həmin faizi dayandırmayıb işin məhkəmənin icraatında olduğu müddət üçün də faiz hesablayaraq ona qarşı ümumilikdə 16.780,57 manat kredit borcunun qaytarılmasını tələb edir. Həmçinin iddiaçı COVİD-19 pandemiyyası dövründə cənab Prezidentin və Milli Bankın sədrinin “faizdən faiz tutulmaması“ barədəki tövsiyyələri də nəzərə alınmamışdır. Məhkəmə-mühasibat ekspertizasının rəyi ilə müəyyən edilmiş məbləğdə ekspert tərəfindən şişirdilmiş qaydada müəyyən edilmişdir. Hazırda onun İddiaçı ASC-nə cəmi 5.263 manat məbləğində kredit borcu qalmışdır. Ona görə də iddia tələbinin qismən təmin edilərək onun hazırda Banka borclu olduğu 5.263 manat kredit borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 102804-371331/2 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 23 faizlə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 102804-371331/2 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il taixinə borcalanın Banka 7.035,10 manat əsas borcu və 9.451,47 manat faiz borcu mövcud olmuşdur. Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra isə (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək) gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla hesablanmış 294 manat faiz borcu olmaqla, cəmi 16.780,57 manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2021ci il tarixli, 106/106/0145/2021 nömrəli xəbərdarlıqdan görünür ki, ona banka olan kredit borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7217 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabatdan çıxarış məlumatları və 01 aprel 2019-cu il tarixlt, 102804-371331/2 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 12 iyun 2023-cü il tarixinə (sual üzrə tarixə) İddiaçı ASCyə olan borcu 8.901,07 manat məbləğində müəyyən edilir ki, o cümlədən əsas borc üzrə 7051,19 manat, faiz borcu üzrə 1427,79 manat, faiz borcu üzrə (5%lə) 422,09 manat. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməjdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə cavabdehin izahatını dinləyib, habelə işdə olan işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında 01 aprel 2019-cu il tarixli, 102804-371331/2 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. Beləliklə, Cavabdeh 01 aprel 2019-cu il tarixli, 102804-371331/2 nömrəli kredit müqaviləsi üzrə 01 aprel 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 7035,10 manat əsas borcu, 9451,47 manat məbləğində faiz borcu və 01 aprel 2022-ci il tarixdən 01 fevral 2023-cü il tarixə kimi olan müddət ərzində isə gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 294 manat məbləğində faiz borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtləndirilən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliiyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankloarı ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7217 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabatdan çıxarış məlumatları və 01 aprel 2019-cu il tarixlt, 102804-371331/2 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 12 iyun 2023-cü il tarixinə (sual üzrə tarixə) İddiaçı ASCyə olan borcu əsas borc üzrə 7051,19 manat, faiz borcu üzrə 1427,79 manat, faiz borcu üzrə (5%lə) 422,09 manat olmaqla, ümumi borcunun 8.901,07 manat məbləğində olması müəyyən edilmişdir. Həmçinin həmin rəydə qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 102804-371331/2 nömrəli kredit müqaviləsinin 3.4-cü maddəsində faizlər kreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30 (otuz), illik isə 360 (üç yüz altmış) gün hesabı ilə gündəlik olaraq hasablanması nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC Cavabdeh xx.xx.2019-cu il tarixli, 102804- 371331/2 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 7035,10 manat əsas borcu, 9451,47 manat məbləğində faiz borcu və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində isə gecikdlirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 294 manat məbləğində faiz borcu olmaqla, cəmi 16780,57 manat məbləğində borcun qaytarılmasını tələb etsə də, iddia tələbi qismən təmin edilməli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7217 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş pul məbləği cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğdə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh xx.xx.2019-cu il tarixli, 102804- 371331/2 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 7051,19 manat əsas borc, 1427,79 manat məbləğində faiz borcu və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində isə gecikdlirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 422,09 manat məbləğində faiz borcu olmaqla, cəmi 8.901,07 manat məbləğində borc və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 70,37 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 102804-371331/2 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) 7051,19 manat əsas borc, 1427,79 manat məbləğində faiz borcu və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində isə gecikdlirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 422,09 manat məbləğində faiz borcu olmaqla, cəmi 8.901,07 manat məbləğində borc və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 70,37 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Büdcə təsnifatı kodu 142595, Büdcə səviyyəsinin kodu 3, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE ******************** nömrəli hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-539/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-539/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver