Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-539/2025 17.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlu İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2000 manat, Dəyirmanın pulu yol xərcləri olan 500 manat və dövlət rüsumu olaraq ödədiyi 35 manat olmaqla cəmi 2535 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin mümkünlüyü ilə əlaqədar məsələyə baxılarkən müəyyən edildi ki, ərizəçi dövlət rüsmunun ödənilməsi barədə sənədi iş materiallarına əlavə etsə də iddia ərizəsinin verilməsinə görə (iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda) dövlət rüsumunu az ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-539/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-539/2025
17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver