Məhkəmə qərarları › İş №2(041)-550/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-550/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-550/2023 06.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Topalhsənli kəndində yaşayan X1 600 manat pulun və ödədiyi 30 manat dövlət rüsumu olmaqla 630 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi 2020-ci ilin noyabr ayından tanıyır. Onun Topalhəsənli kəndi ərazsində ki torpaq sahəsini satmaq istədiyini eşitmiş və Topalhəsənli bələdiyyəsinin sədri Ağmaz Ağayevdən xahiş etmişdir ki, Həsəndən torpaq sahəsini satmaq istədiyini dəqiqləşdirib ona desin. Bundan sonra Almazın təklifi ilə Həsən gilə getmiş, onunla söhbət edərkən Həsən torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Lakin sənədləşmə işləri üçün pul lazım olduğunu bildirmişdir. Həsəni dərindən tanımadığı üçün Almaza 300 manat pul vermiş, Lamaz həmin pulu Həsənə çatdırsın deyə. Bundan 10 gün sonra Həsən ona zəng edərək Ucar rayonunda daşınmaz əmlakda olduğunu bildirmiş və torpağın sənədləşməsi üçün 400 manat pul lazım olduğunu bildirmşdir. Həsən ona hesab kartı atmışdır. O, Həsənin karıtna 400 manat pul atmışdır. Buindan sonra Almazla görüşərkən Almaz ona bildirmişdir ki, ona verdiyi 300 manat puldan 200 manat Həsən vermiş, 100 manat ondan qalmışdır. Bundan sonra Həsnlə görüşmüş, Həsən torpaq şöbəsinə 100 manat borcunun qaldığını ona bildirmişdir. Kürdəmir şəhəri “dörd yol” dairəsi adlanan yerdə Həsənə 100 manat pul vermişdir. Bundan sonra Həsəndən sənədləşmə işlərini tezləşdirməsini xahiş etmiş və Bakı şəhərinə getmişdir. Bakı şəhərində olarkən Həsənə zəng vurmuş torpağın sənədlərinin hazırolub-olmamasını soruşmuşdur. Həsən ona bildirmişdir ki, torpağın sənədlərini Asan xidmət mərkəzinə təqdim etmiş, lakin sənədləri ona qaytarmamışlar. Həsənin onu aldatdığını başa düşmüş və pulunu geri tələb etmişdir. Həsən 700 manat puldan 100 manat pul qaytarmış, 600 manat pul qalmışdır. Bundan sonra Həsənin onun pulunu geri qaytarmadığını görüb polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində onun müraciətinin mülki xarakterli olmasını bildirib ona məhkəmyə müraciət etmək hüquqlarının olmasını bildirmişlər. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşə əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X3 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı ona 700 manat pul vermədiyini, yalnız 500 manat pul verdiyini, Cavidin Almaza verdiyi 300 manat puldan Almaz tərəfindən ona 100 manat verildiyini, ümumilikdə Cavid tərəfindən ona 500 manat pul verildiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehin torpağınmı satmaq istədiyini eşitmiş, bu məqsədlə Almaz Ağayeva müraciət edərək cavabdehin torpaq sahəsini lmaq üçün ona köməklik etməyi xahiş etmişdir. Lakin cavabdeh ondan pulu alsa da torpağı satmamış, onun aldatmışdır. İddiaçı cavabdehə 700 manat pul verdiyini, həmin puldan cavabdeh tərəfindən 100 manat qaytarıldığını, qalan 600 manat hissəsinin geri qaytarılmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh 500 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarından da görünür ki, cavabdeh iddiaçıya 500 mant borcunun olduğunu etiraf etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: X.X.İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar