Məhkəmə qərarları › İş №2(041)-556/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-556/2023

13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-556/2023 13.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X4 Cavabdeh X2 iştirakı ilə, İddiaçı Cavabdeh X3 qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-374/2022 saylı qətnaməsinə əsasən təyin olunmuş alimentin miqdarının dəyişdirilərək, X5 yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-374/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş, hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində aliment cavabdeh X1 alınıb ona verilməsi qət olunmuşdur. Kürdəmir rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunan aliment məbləği uşağın heç bir tələbatını ödəmir. Hazırda azyaşlı uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdehdən ayrılandan sonra o, uşaqla maraqlanmır, uşağaln təlim tərbiyəsi ilə məşğul olmur. Cavabdeh isə alimentdən başqa ona heç bir yardım etmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-374/2022 saylı qətnaməsinə əsasən uşağın saxlanılması üçün 150 manat aliment müəyyən olunmuşdur. Lakin buna baxmayaraq xərclər uşağın böyüməsi ilə artır, əlavə gəlir yeri olmadığına görə həmin xərcləri təkbaşına qarşılaya bilmədiyi üçün alimentin miqdarının ölkə ərazisində müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq 220 manat müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-374/2022 saylı qətnaməsinə əsasən ondan 150 manat alimentin alınıb iddiaçıya verilməsi qət olunmuşdur. Keçən müddət ərzində maddi durumiunda heç bir dəyşiklik baş verməmişdir. Hazırda heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Əldə etdiyi gəlir hesabına təyin olunmuş alimenti ödəyir. Özü isə valideynlərinin hesabına dolanır. Başqa heç bir yerdən gəliri yoxdur. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, qeyd edilən və işdə olan digər sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-374/2022 saylı qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə sabit pul məbləğində 150 manat aliment tutulub Heydərova Lamiyə rauf qızna ödənilməsi qət olunmuşdur. Tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbində himayəsində olan, cavabdehlə birgə nikah dövründə xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-374/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimentin artırılaraq hər ay bir uşağa görə 220 manat miqdarında cavabdehdən tutulmasını xahiş etmiş, iddiasının əsası kimi həmin məbləğin uşağın tələb edilən məsrəflərinə yetərli olmamasını, hüquqi əsası kimi 2023-ci il üçün yaşayış minimumunun ölkə ərazisində uşaqlar üçün 220 manat müəyyən edilməsi barədə “Yaşayış minimumu haqqında” AR Qanununa istinad etmişdir. Cavabdeh tərəf iddianı qəbul etməyərək, aylıq qazancının olmadığını, fərdi əməklə məşğul olduğunu, əldə etdiyi gəlir hesabına aliment ödədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. İşin faktiki hallarını nəzərə alaraq məhkəmə iddiaçının alimentin miqdarının artırılması ilə bağlı dəlillərini əsaslı hesab etsə də, iddia edilən təminatın cavabdeh tərəfindən təmin edilib-edilməməsi imkanlarını araşdırarkən müəyyən edildi ki, hazırki maddi durumu ilə cavabdehin qeyd edilən təminatları təmin etməsi ağlabatan görünmür. Belə ki, iddiaçı sabit gəlirə maik deyil. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə İddiaçı cavabdeh X3 qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar