Məhkəmə qərarları › İş №2(041)-564/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-564/2024

25.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-564/2024 25.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyana görə pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh maddi ziyana görə 2280 manat pulun və ödədiyi 42,8 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2322,8 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-564/2024 nömrəli qiyabi qətnaməsinə əsasən Cavabdeh əsas borca görə 2280 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 42,8 manat, ümumilikdə 2322,8 manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-564/2024 nömrəli qiyabi qətnaməsindən verdiyi şikayətə əsasən qeyd edilən qiyabi qətnamə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-564/2024 nömrəli qərardadına əsasən ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında İddiaçı Cavabdeh ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyini bildirmiş və hazırki iddia tələbindən imtina etdiyini bilidirib iş üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Cavabdehq oğlu İddiaçı vurduğu maddi ziyana görə olan borcunu tam ödəmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdəki sənədləri tədqiq edərək, habelə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyana görə pul tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyana görə pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar