Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-587/2025 02.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X23 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Kürdəmir rayon Ərəbqubalı Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Kürdəmir rayon Ərəbqubalı Bələdiyyəsi və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh2 və Kürdəmir rayon Ərəbqubalı Bələdiyyəsi tərəfindən ona vurulmuş 11978.90(on bir min doqquz yüz yetmiş səkkiz manat doxsan qəpik) ziyanın və ödənilmiş 123 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Çöl-qubalı kəndində yaşayır. Fərdi təsərrüfatla məşğul olub ailəsini dolandırır. 2007-ci ildə əkin əkmək məqsədi ilə Kürdəmir rayonu, Ərəbqubalı kənd bələdiyyəsinə müraciət edərək ona torpaq sahəsi verilməsinı xahiş etmiş, bələdiyyənin xx.xx.2007-ci il tarixli,1 nömrəli qərarı ilə onun icarəsinə 15 il müddətiə 0.50 ha torpaq sahəsi verilmişdir. O,da həmin torpaq sahəsini 2007-ci il tarixdən istifadə etməyə başlamşdır.O, həmin torpaq sahəsində nar ağacları əkmişdir. 2022-ci il tarixdə Əliyev X14 rayon məhkəməsinə müraciət edərək onun torpaq sahəsindən çıxarılmasını xahiş etmiş və məhkəmənin qətnaməsi ilə onu və digər şəxslərin həmin torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Barəsində məhkəmə qətnaməsi olandan sonra həmin torpaq sahəsinin Cavabdeh2 məxsus olmasını, Cavabdeh2 həmin torpaq sahəsindən imtina etdiyini və Cavabdeh2 imtina etdikdən sonra torpaq sahəsinin Bələdiyyə tərəfindən ona verildiyini bilmişdir. Lakin buna baxmayaraq, istər Kürdəmir rayon məhkəməsinin, istərsə də Şirvan Apelyasiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş ekspertizalarda həmin torpaq sahəsinin Cavabdeh2 məxsus olmadığı öz təsdiqini tapmışdır. Buna baxamayaraq qanun qüvvəsini almış məhkəmə qətnaməsi olduğu üçün və cavadehlərin səvhvi üzündən o, torpaq sahəsində min bir əziyyətlə əkib becərdiyi nar ağaclarını məhv etmək məcburiyyətində qalmışdır. O, ziyanlığın müəyyən edilməsi məqsədi ilə mütəxəssisə müraciət etmiş, əraziyə baxış keçirilərək həmin torpaq sahəsinə 11978.9 manat xərc çəkildiyi müəyyən edilmişdir. Ona görə də, ziyanın əvəzinin cavabdehlər tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkləmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilib qərar qəbul edilməsini tələb etmişlər. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və bildirdi ki, torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. Torpaq sahəsi verilən vaxt onun sağ və sol tərəf qonşuları olmuşdur. İddiaçıdan maddi zaiyan tələb etməli olduğundan, ondan maddi ziyan tələb edirlər. Məhkəmə qətnaməsi ilə İddiaçı və digərlərinin torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində inşa edilmiş bütün tikililərin sökülməsi qət edilsə də, icra məmuru icra sənədini icra edə bilmir. İddaiçılar buna imkan vermirlər. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Kürdəmir rayon Ərəbqubalı Bələdiyyəsinin sədri X9 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, yeni bələdiyyə sədri kimi fəaliyyətə başlamışdır. Mübahisəli torpaq sahəsinin icarəyə verilməsi barədə Bələdiyyədə heç bir məlumat yoxdur. Ona təqdim edilmiş icarə müqaviləısi isə 2006-cı il tarixdə Çölqubalı Bələdiyyəsi tərəfindən verilsə də, həmin bələdiyyə hazırda fəaliyyət göstərmir. Onun həmin icarə müqaviləsinən məlumatı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Aslanov X5 rayonu, Çöl-qubalı kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2006-cı il tarixli,1 nömrəli “Torpaq icarə Müqaviləsi”dən görünür ki, Çölqubalı Bələdiyyəsi tərəfindən 0.50 ha torpaq sahəsi bostan, taxıl, tərəvəz əkmək üçün 25 il müddətinə X4 icarəyə verilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 02-166/2024 saylı mütəxəssis rəyindən görünür ki, qiymətləndirici-mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq, fiziki şəxs İddiaçı istifadəsində olan Kürdəmir rayonunun Ərəbqubalı kəndində 0.24 ha torpaq sahəsi üzərində inşa edilmiş tikili və qurğular,həmçinin bağ sahəsinə çəkilmiş xərclərin məbləği (işçilik və material xərci daxil olmaqla) 11978.9(on bir min doqquz yüz yetmiş səkkiz manat doxsan qəpik) təşkil edir. İşdə olan Kürdəmir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-261/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabadehlər X2, X10, X1, İddiaçı Əvəz oğlunun və X12, üçüncü şəxslər Kürdəmir rayon Ərəbqubalı bələdiyyəsi və Azərbaycan Respublikası ƏMƏDK yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla, cavabdehlərin həmin torpaq sahəsindən əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və cavabdehlər tərəfindən torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiasi təmin edilmiş, iddiaçı Cavabdeh2 və onun ailə üzvlərinə JN-0001 KOD 90602028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş və Kürdəmir rayonunun Çölqubalı kəndi ərazisində yerləşən 3,38 hektar torpaq sahəsi cavabdehlər X8, X16, X6, İddiaçı, X17 və X7 qanunsuz sahibliyindən geri alınması, həmin torpaq sahəsində cavabdehlər X8, X16, X6, İddiaçı, X18 və X13 tərəfindən inşa edilmiş fərdi yaşayış evləri və digər tikililərin cavabdehlərin öz vəsaitləri hesabına sökülərək əmlakları ilə birlikdə həmin toraq sahəsindən məcburi qaydada çıxarılması və cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəyə edilən maneələrin araldan qaldırılması qət edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2-(106)-21/2023 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, JN-0001 kod ********* nömrəli “Torpağa mülkiyyət hüquqna dair Dövlət Aktı” na əsasən iddiaçı Cavabdeh2 və onun ailə üzvlərinin ümumi birgə mükiyyətində olmaqla, Kürdəmir rayonu Çölqubalı kəndində yerləşən 3.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 2.66 ha hissəsinin zəbt olunmuş 0.88 ha hissəsindən cavabdeh X6 inşa etdiyi tikililər sökülməklə 0.24 ha hissəsindən, İddiaçı Əvəzüulu oğlu 0.36 ha hissəsindən, X16 0.41 ha hissəsindən X8 inşa etdiyi tikililər sökülməklə 0.52 ha hissəsindən, X13 0.24 ha hissəsindən X11 çıxarılması, cavabdehlər tərəfindən iddiaçı Cavabdeh2 mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəyə yaradılan manelərin aradan qaldırılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3610/2023 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-21/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, qeyd olunan maddi hüquq normalarının dispozitiv şərtlərinin mövcudluğu üçün, mülki hüquq pozuntusunun (delikt) olması, pozuntu nəticəsində cavabdehlər əməli ilə iddiaçının əmlakına zərər vurulması, vurulmuş zərərlə pozuntu arasında səbəbli əlaqənin olması tələb olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb ivə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatları və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı torpaq sahəsini icarəyə götürərkən icarə müqaviləsində həmin torpaq sahəsində bostan, taxıl və tərəvəz məhsulları əkilməsi üçün verildiyi göstərilsə də o, icarə müqaviləsinin şərtlərini pozaraq həmin torpaq sahəsində özünün də qeyd etdiyi kimi təsərrüfat əhəmiyyətli qurğular yerləşdirmiş və nar ağacları əkmişdir. Belə olan halda, iddiaçı tərəfindən göstərilmiş işlər cavabdeh Bələdiyyə tərəfindən konkret nəticə əldə olunmasına təminat verilmədən razılaşdırılmış xidmət haqqı müqabilində tam olaraq icra olunmuşdur. Üzərinə sübut etmə yükü düşən iddiaçı cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Eləcə də, məhkəmə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh2 məhkəməyə 2019-cu il tarixdə müraciət edərək cavabdeh İddiaçı Əvəz oğlunun ona məxsus torpaq sahəsindən əmlakları ilə məcburi qaydada çıxarılmaları və cavadehlər tərəfindən torpaq sahəsindən istifadəyə ediklən manelərin aradan qaldırılması tələbinə dair mülki iş olmuş, iddiaçının tələbi təmin edilmiş, cavabdehlər o, cümlədən hazırki iş üzrə İddiaçı Əvəz oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və digər tikililərin cavabdehlər tərəfindən öz vəsaitləri hesabına sökülərək əmlakları ilə birlikdə Cavabdeh2 məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və cavabdehlər tərəfindən həmin torpqa sahəsindən istifadəyə edilən manelərin aradan qaldırılması qət edilmişdir. Cavabdehlər qeyd edilən qətnamədən Apelyasiya və Kasassiya şikayəti vermiş, lakin Kürdəmir rayon məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(041)-261/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 25 fevral 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, məhkəmə qətnamələri ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətindədir. Həmin torpaq sahəsində tikinti-inşa işləri iddiaçı tərəfindən özgənin mülkiyyətində olan torpaq sahəsində hüquqi əsas olmadan aparılmış, uzun müddət həmin torpaq sahəsindən istifadə etməklə bəhər götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehlərdən maddi ziyanın ödənilməsi tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından hazırkı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Kürdəmir rayon Ərəbqubalı Bələdiyyəsinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-587/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-587/2025
02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver