Məhkəmə qərarları › İş №2(041)-592/2023

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-592/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-592/2023 23.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “məktəbdə təlim-tərbiyə sahəsində xidmət göstərilməsi barədə” 17 sentyabr 2018-ci il tarixli 194/2018 saylı müqavilə və həmin müqavilənin əlavəsi olan 15 avqust 2020-ci il tarixli 1 № razılaşma, həmin müqavilənin əlavəsi olan 14 sentyabr 2021-ci il tarixli 1 № razılaşma və 13 oktyabr 2022-ci il tarixli 1 № razılaşmaya əsasən yaranan ümumilikdə 15175 (on beş min bir yüz yetmiş beş) manat məbləğində vəsaitinin və məhkəmə rüsumu üçün ödənilmiş 135,52 (bir yüz otuz beş manat əlli iki qəpik) manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında övladına məktəbdə təlim-tərbiyə sahəsində xidmət göstərilməsi barədə 17 sentyabr 2018-ci il tarixli 194/2018 saylı müqavilə və həmin müqavilənin əlavəsi olan 15 avqust 2020-ci il tarixli 1 № razılaşma, həmin müqavilənin əlavəsi olan 14 sentyabr 2021-ci il tarixli 1 № razılaşma və 13 oktyabr 2022-ci il tarixli 1 № razılaşma imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi MMC tərəfindən Cavabdeh övladı X1 təlim-tərbiyə və təhsil üzrə xidmət göstərməyi, Cavabdeh isə bu xidmətin haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi tam şəkildə icra edərək Cavabdeh övladı X1 hər tədris ili üçün təlim-tərbiyə və təhsil xidmətləri göstərmişdir. Ancaq Cavabdeh öhdəliyini tam yerinə yetirməmiş, 2020-2021-ci il tədris ili üzrə 1175, 2021-2022-ci tədirs ili üzrə 10000 manat və həmin 2022-2023-cü tədris ilinin yanvar ayına qədər olan dövr üzrə 4000 manat, ümumilikdə 15175 manat məbləğində vəsaiti ödəməmişdir. Müqavilənin 5.1-ci maddəsinə əsasən bu müqavilə üzrə ödənişin prinsipi və müddəti həmin müqavilənin 1 saylı əlavə razılaşmada müəyyən edilmiş qaydada həyata keçirilir. 1 saylı Razılaşmaya əsasən, həmin məbləğlər aylar üzrə hər ayın 5-dək ödənilməli idi. Borcun ödənilməsi ilə bağlı İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə pretenziya məktubu göndərilsə də, heç bir nəticə əldə edilməmiş və cavabdeh qalan borcunu ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan, İddiaçı MMC ilə Cavabdeh arasında məktəbdə təlim-tərbiyə sahəsində xidmət göstərilməsi barədə 17 sentyabr 2018-ci il tarixli 194/2018 saylı müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh övladı X1 təlim-tərbiyə və təhsil üzrə xidmət göstərməyi, Cavabdeh isə bu xidmətin haqqını ödəməyi öhdəsinə götürmüşdür. - 15 avqust 2020-ci il tarixli 1 № razılaşmadan görünür ki, 2020/2021 ci il tədris ili üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi tədris ili üçün 10000 manat təşkil etmişdir. - xx.xx.2022-ci il tarixli 1 № əlavə razılaşmadan görünür ki, 2022/2023-ci il tədris ili üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixə kimi tədris ili üçün aylıq ödəniş 800 manat təşkil etmişdir. -İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 045 saylı pretenziya göndərilmiş və ümumilikdə 15175 manat pulun 5 iş günü ərzində ödənilməsi xahiş olunmmuşdur. İş materaillarına eyi zamanda iddiaçının təsis və digər sənədləri əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki iş üzrə iddiaçı cavabdehdən məktəbdə təlim-tərbiyə sahəsində xidmət göstərilməsi barədə 17 sentyabr 2018-ci il tarixli 194/2018 saylı müqavilə və həmin müqavilənin əlavəsi olan 15 avqust 2020-ci il tarixli 1 № razılaşma, həmin müqavilənin əlavəsi olan 14 sentyabr 2021-ci il tarixli 1 № razılaşma və 13 oktyabr 2022-ci il tarixli 1 № razılaşmaya əsasən yaranan ümumilikdə 15175 (on beş min bir yüz yetmiş beş) manat məbləğində vəsaiti tələb edir və iddiasının faktiki əsası və sübutu kimi cavabdehlə bağlanmış müqaviləyə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar 135.52 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə təmin edilməli, Cavabdeh “məktəbdə təlim-tərbiyə sahəsində xidmət göstərilməsi barədə” 17 sentyabr 2018-ci il tarixli 194/2018 saylı müqavilə və həmin müqavilənin əlavəsi olan 15 avqust 2020-ci il tarixli 1 № razılaşma, həmin müqavilənin əlavəsi olan 14 sentyabr 2021-ci il tarixli 1 № razılaşma və 13 oktyabr 2022-ci il tarixli 1 № razılaşmaya əsasən yaranan ümumilikdə 15175 (on beş min bir yüz yetmiş beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,52 (bir yüz otuz beş manat 52 qəpik) manat pul vəsaiti ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “məktəbdə təlim-tərbiyə sahəsində xidmət göstərilməsi barədə” 17 sentyabr 2018-ci il tarixli 194/2018 saylı müqavilə və həmin müqavilənin əlavəsi olan 15 avqust 2020-ci il tarixli 1 № razılaşma, həmin müqavilənin əlavəsi olan 14 sentyabr 2021-ci il tarixli 1 № razılaşma və 13 oktyabr 2022-ci il tarixli 1 № razılaşmaya əsasən yaranan ümumilikdə 15175 (on beş min bir yüz yetmiş beş) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,52 (bir yüz otuz beş manat 52 qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir rayon məhkəməsinə ərizə verməyə haqlıdır. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar