Məhkəmə qərarları › İş №2(041)-595/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-595/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-595/2023 14.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək torpaq sahəsinə görə Cavabdeh verdiyi 7000 manat pulun və ödənilmiş 90 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh onun həmkəndlisi və qohumudur. Bir-birilərini yaxından tanımaqla mehriban münasibətdə olmuşlar. Hərbi xidmət zamanı aldığı xəsarətdən 2 qrup əlildir. xx.xx.2021-ci il tarixdə Cavabdeh ondan bir ay müddətinə yəni xx.xx.2022-ci il tarixə kimi qaytarmaq şərti ilə 700 manat borc pul istədi. Onun həmkəndlisi olmaqla pul qaytarmaq imkanının olmasını nəzərə alıb ona 700 manat borc pul vermişdi. Cavabdeh ondan pulu aldıqdan sonra həmin pulu xx.xx.2022-ci il tarixə qaytaracağı barədə sadə formada əl yazma ilə ona qəbz yazıb verib. Cavabdeh pulu qaytaracağı müdət bitdikdən sonra ondaq 7000 manat pulunu tələb etməyə başlayıb. Cavabdeh maddi imkanının olmadığını bildirib bir neçə ay gözləməsini xahiş edib. Bir neçə ay keçdikdən sonra cavabdeh onun pulunu qaytarmayıb. O, cavabdehdən bir neçə dəfə 7000 manat pulunun qaytarmasını tələb edib. Cavabdeh onun pulunu qaytarmaq fikrində olmayıb. O, hətda bununla bağlı kürdəmir rayon polis şöbəsinədə müraciət edib. Polis şöbəsində bununla bağlı araşdırma aparılıb. Buna baxmayaraq cavabdeh onun 7000 manat pulunu qaytarmır. Ona görə də Cavabdeh verdiyi 7000 manat pulun və ödənilmiş 90 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı ilə qohum və qonşu deyil. Halbu ki, iddiaçı ərizəsində onunla qonşu və qohum olduğunu göstərir. O İddiaçın 7000 manat borc pul almayıb. İddiaçının ona borc pul verməsi ilə bağlı məhkəməyə təqdim etdiyi qəbİzi iddiaçı ona zor tətbiq etməklə yazmışdır. İddiaçının ona borc pul verməsi ilə bağlı məhkəməyə təqdim etdiyi qəbzdə 31 dekabr 2021-ci il göstərilsə də iddiaçı Kürdəmir rayon polis şöbəsində ona xx.xx.2021-ci il tarixdə pul verdiyini bəyan etmişdir. Ona 7000 min manat borc pul verməsi ilə bağlı iddiaçının əlində heç bir sübutu yoxdur. İddiaçı tərəfindən verilən iddia ərizəsinin qanunsuz və əsassız olduğunu bildirib iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış 31 dekabr 2021-ci il tarixli qəbzdən görünür ki, o, İddiaçı 7000 manat pul almış, həmin pulu xx.xx.2022-ci il tarixdə qaytaracağını bildirmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Kürdəmir rayon polis şöbəsində verdiyi izahatın surətindən görünür ki, o, həqiqətən də Cavabdeh 7000 manat borc pul verib. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdə bir ay müddətinə yəni xx.xx.2022-ci il tarixə kimi qaytarmaq şərti ilə 7000 manat borc pul istəmiş, iddiaçı onun həmkəndlisi olmasını və pul qaytarmaq imkanının olmasını nəzərə alıb ona 7000 manat borc pul vermişdir. Cavabdeh ondan borc olaraq aldığı 7000 manat pulun ona geri qaytarmadığı üçün o, da məcbur olub bu işin məhkəmə müstəvisində həll olunması məcburiyyətində qalmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, İddiaçı 7000 manat pul almamış və İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İddiaçı 7000 manat borc pul almaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh məhkəməyə təqdim etdiyi etirazı iş üzrə mötəbər sübur kimi qəbul edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 7000 manat pul və ödənilmiş 90 manat dövlət rüsumu alınıb İddiaçına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 7000 manat pul və ödənilmiş 90 manat dövlət rüsumu alınıb İddiaçına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar