Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-6/2023 19.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı1 Cavabdeh1 iştirakı ilə, İddiaçı1, İddiaçı3,X2, İddiaçı7,İddiaçı8,X4, X1, İddiaçı6 Səlimağa oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin onlara məxsus pay torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsindən istifadəyə qoyulan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1, İddiaçı3 və qeyriləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onlara məxsus pay torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və həmin torpaq sahəsindən istifadəyə qoyulan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı ilə 5 nəfər ailə üzvü ilə iddiaçıya 6.04 ha torpaq sahəsi ayrılmış, bu barədə onlara mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Torpaq sahəsinin 35 metr enində hissəsi çıxarılaraq hazirki iddia üzrə Cavabdeh1 torpaq sahəsinə sürüşdürülmüşdür. Bir neçə dəfə Cavabdeh1 həmin sahəni təhvil verməsini bildirsə də heç bir nəticəsi olmamışdır. Cavabdehlər həmin torpaq sahəsini boşaltmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək, bildirdi ki, JN-0057 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən mülkiyyətində olan torpaq sahəsinə Kadastr və Yerquruluşu X3 Layihə -Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və elektron xəritəyə uyğun olaraq ölçülmüş və sərhədləri ona tanıdılmış, lakin cavabdehlər onun torpaq sahəsini boşaltmaq istməmişlər. Odur ki. iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələblərini qəbul etməyərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı ilə 5 nəfər ailə üzvü ilə onlara 2.90 ha torpaq sahəsi ayrılmış, bu barədə onlara mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin tarixdən öz torpaq sahələrini təyinatı üzrə istifadə edirlər. İddiaçılara məxsus torpaq sahəsini zəbt etməmişlər. Onlar yalnız öz torpaq sahələrindən istifadə edirlər. Ona görə də hesab edir ki, iddiaçının iddia tələbləri əsassızdır. Cavabdeh sonda məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış digər iddiaçılar və cavabdeh məhkəmə iclasında iştirak etməsələr də, hər iki tərəf məhkəmədə təmsil olunduqları üçün, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. - İş materiallarına əlavə olunmuş, JN0014 nömrəli KOD9060228 saylı dövlət aktından görünür ki, İddiaçı1 8 nəfərdən ailə üzvlərinə Kürdəmir rayon Aqrar İslahata komissiyasının xx.xx.1998ci il tarixli 05 nömrəli qərarı ilə 6.04 ha torpaq sahəsi verilmişdir. - JN0016 nömrəli KOD9060228 saylı dövlət aktından görünür ki, iddiaçı Cavabdeh1 5 nəfərdən ailə üzvlərinə Kürdəmir rayon Aqrar İslahata komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə 2.90 ha torpaq sahəsi verilmişdir. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2021-ci il tarixli 10/7221 saylı ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli **********27 nömrtəli mütəxəssis rəyinə əsasən kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən, JN-0014 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 6.04 ha torpaq sahəsinin 5.31 ha (JN 14-k) hissəsinin koordinatları və JN-0016 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.90 ha torpaq sahəsinin 2.45 ha koordinatları ilə iddiaçı və cavabdehin naturada göstərdikləri faktiki istifadə etdiklərini bildirdikləri torpaq sahələrinin koordinatları arasında uyğunsuzluq, konfiqurasiya və bucaq fərqləri mövcud olduğu üçün suala cavab vermək mümkün olmamışdır. Lakin elektron bazada təqdim olunan torpaqların elektron kadastr uçotu infromasiya sistemi məlumatlarına əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan JN-14 nömrəli dövlət aktının JN-14K (sənəd üzrə 5.31 ha faktiki 5.12 ha) hissəsinin 0.49 ha torpaq sahəsinin cavabdehin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998-ci il tarixli 05 saylı qərarı ilə iddiaçının 8 nəfər ailə üzvünə 6.04 ha torpaq sahəsi verilmişdir. Həmçinin Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 23 may 1998ci il tarixli 05 saylı qərarı ilə cavabdehin 5 nəfərdən ibarət ailə üzvlərinə 2.90 sahəsi verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. - 65-cı maddəsinin 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. - 67-cı maddəsinin 1-ci bəndinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. - 68-cı maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. - 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə araşdırması zamanı tədqiq olunan Məhkəmə ekspertizası mərkəzinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********27 nömrtəli mütəxəssis rəyinə əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan JN- 14 nömrəli dövlət aktının JN-14K (sənəd üzrə 5.31 ha faktiki 5.12 ha) hissəsinin 0.49 ha torpaq sahəsinin cavabdehin naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən və işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək məhkəmə belə qənaətə gəlir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilə bilər. İddia tələbində cavabdehin Kürdəmir rayonu Çöl-qubalı kəndində yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən istifadəyə edilən manelərin aradan qaldırılması barədə qətnamə çıxarılması xahiş edilsə də, cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması nəticə etibarilə həmin torpaq sahəsindən istifadəyə edilən manelərin aradan qaldırılması hissəsini də əhatə etdiyindən, qətnamədə qeyd edilən hərəkətlərin təkrar olaraq sadalanmasına ehtiyac qalmır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Kürdəmir rayonu Çöl-qubalı kəndində yerləşən İddiaçı1 paylı mülkiyyətində olan 6.04 ha torpaq sahəsinin zəbt edilmiş 0,49 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə məhkəmə xərcləri 50 manat ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Kürdəmir rayonu Çölqubalı kəndində yerləşən, İddiaçı1 paylı mülkiyyətində olan 6.04 ha torpaq sahəsinin zəbt edilmiş 0,49 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən X.X.İmanov
Məhkəmə qərarları › İş №2(041)-6/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-6/2023
19.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver