Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-60/2024 28.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Ələsgərova (Həsənova) Sitarə Həbib qızının nümayəndəsi və vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X3 və Cavabdeh3 iştirakı ilə İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Ələsgərova (Həsənova) Sitarə Həbib qızına qarşı cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən iki azyaşlı uşaqları ilə birlikdə yaşadığı həyətyanı sahədən, yaşayış evindən və həyətyanı sahədə olan yardımçı tikililərdən istifadəsinə və sərbəst hərəkət etməsinə edilən maneələrin aradan qaldırılması, cavabdehlərin ona qarşı qanunsuz hərəkətlərinə və cavabdehlərin ona məxsus əmlaklardan istifadələrinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-1342/2023 nömrəli qiyabi qətnaməsinə əsasən cavabdehhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən İddiaçı yaşadığı həyətyani sahədən, yaşayış evindən və həyətyanı sahədə olan yardımçı tikililərdən istifadəsinə və sərdəst hərəkət etməsinə edilən maneələrin aradan qaldırılması, cavabdehlərin iddiaçıya qarşı qanunsuz hərəkətlərinə və iddiaçıya məxsus əmlaklardan istifadələrinə qadağa qoyulması qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Ələsgərova (Həsənova) Sitarə Həbib qızının nümayəndəsi və vəkili X3 məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-1342/2023 nömrəli qiyabi qətnaməsindən verdiyi şikayətə əsasən qeyd edilən qiyabi qətnamə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-1342/2023 nömrəli qərardadına əsasən ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iddiaçı, X5 iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 - baldızları, Cavabdeh3 – qaynı və Cavabdeh4 isə - eltisidir. İddiaçı X14 ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdehlə yaşadığı Muradxan kəndində yerləşən atasına məxsus evə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2006-cı il tarixdə Nailə, xx.xx.2008-ci il tarixdə isə Elcan anadan olmuşdur. Əri Cəmil 2023-cü ilin aprel ayının 24-də vəfat edib. Əri Cəmil vəfat edənə qədər onlar birlikdə Kürdəmir rayonu Muradxan kəndində yerləşən evlərində mehriban yaşamışlar və birgə (mərhun əri Cəmil, iki uşaqları və iddiaçı) təsərrüfatı idarə etmişlər. Həmin evdə iddiaçı və ailə üzvlərindən başqa heç kim yaşamamışdır. Cavabdehlər isə öz ailə üzvləri ilə birlikdə özlərinə məxsus evlərində başqa təsərrüfatda yaşayırlar. Mərhum əri Cəmil xəstə olub xəstəxanada yatarkən cavabdehlər onunla düzgün davranmamağa başlamışlar və onu evindən qovmaqla və evi əlindən almaqla hədələmişlər. Hətda əri Cəmillə yetişdirdikləri iri və xırda buynuzlu mal-qaranı da onlardan icazəsiz satmağa başlamışlar. Səbəbini isə soruşanda həmin mal-qaranın da onlara məxsus olduğunu bildirmişlər. Əri Cəmil 24 aprel 2023-cü il tarixdə vəfat etdikdən sonra cavabdehlər onunla daha pis rəfdar etməyə başlamışlar. Belə ki, onlar iddiaçını 20 il yaşadığı evindən çıxmağı tələb etmiş, həyətyanı sahədən və yardımçı tikililərdən istifadəsinə qadağalar qoymağa başlamışlar. Demək olar ki bu mübahisə ilə bağlı evlərində tez-tez dava-dalaş olub. Bu səbəbdən evdə qorxu içərisində yaşayır. Yaşadığı evdən, həyətyani səhədən və yardımçı sahədən istifadə edə bilmirlər. Cavabdehlər bir neçə dəfə onu və ailə üzvlərini söyüb təhqir etmiş və evdən çıxmalarını tələb etymişlər. Bu qanunsuz tələb haqqında dəfələrlə DİN-in 102-xidmətinə məlumat vermişdir. Sonuncu dəfə Bilal onu evdən çıxarmaq istəmiş aralarında mübahisə baş vermiş iddiaçını döymək istəmiş bu səbəbdən də yenə DİN-in 102-xidmətinə məlumat vermişdir. Həmin işlə əlaqədar Polis şöbəsində araşdırma aparılmış və nəticədə iddiaçı və cavabdehlər münaqişəli ailə kimi qeydiyyata götürülmüşlər. İddiaçı X5 göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən yaşadığı həyətyani sahədən, yaşayış evindən və həyətyani sahədə olan yardımçı tikililərdən istifadəsinə və sərdəst hərəkət etməsinə edilən maneələrin aradan qaldırılması, cavabdehlərin iddiaçıya qarşı qanunsuz hərəkətlərinə və cavabdehlərin iddiaçıya məxsus əmlaklardan istifadələrinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 nümayəndəsi və vəkili X9 iddia tələbini qəbul etməyərək göstərdi ki, cavabdehlər iddiaçının hazırda yaşadığı evdə, yəni öz valideynlərindən miras qalmış evdə doğulub boya başa çatmışlar. Sədəf, Pərvanə, Nanə və Sitarə aliə qurmaları ilə əlaqədar həmin evdən çıxmış, Bilal hərbiçi olmaqla ona məxsus əmlaklar hazırda mübahisəli fərdi yaşayış evinin bir otağında yerləşir və o, boş vaxtlarında həmin evə gələrək özünə məxsus olan əmlakların olduğu otaqda qalır. Mübahisəli ev cavabdehlərin ata evidir. Onlar həmin evə ata evi kimi gəlib gedirlər və iddiaçıya heç bir formada maneçilik törətmirlər. İddiaçı özü də istər iddia ərizəsində və istərsə də məhkəmədə cavabdehlərin konkret olaraq yaşış evindən istifadəyə hansı formada maneçilik törətmələrini göstərə bilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərdi ki, cavabdeh İddiaçı onun mərhum qardaşı Cəmilin arvadıdır. X1 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Qardaşı Cəmil ölənə kimi onun ailəsi ilə birlikdə mərhum valideynlərindən qalan 3 otaqlı evin bir otağında onun özünə məxsus əmlakı yerləşməklə orada yaşamışdır. Digər iki otaqlarında isə mərhum qardaşı Cəmil öz ailə üzvləri ilə birlikdə yaşamışlar. Özünə məxsus əmlakları da hazırda valideynlərindən qalan 3 otaqlı evin bir otağındadır. O, özü hərbiçi olmaqla şənbə və bazar günlərində və məzuniyyətdə olduğu müddətdə müvəqqəti yaşadığı evə gəlib özünə aid olan otaqda qalır. Hər dəfə də yaşadığı evə gələndə iddiaçı ondan poisə əsassız şikayət edir və araşdırma zamanı iddiaçının şikayətinin heç bir əsasının olmadığı müəyyən edilir. O, mərhum valideynlərindən qalan evə gələrək özünə aid olan otaqda qalparkən iddiaçıya və onun uşaqlarına heç bir maneçilik törətmir. Onlardan ayrı yaşayan digər bacıları da ara bir mərhum valideynlərindən qalan evə gəlib getsələrdə onlar da iddiaçıya yaşadıqları evdən istifadə etmələrinə heç bir maneçilik törətmirlər. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Kürdəmir rayonunun Muradxan kəndində yerləşən iddiaçı X2 uşaqları ilə birlikdə yaşadığı mübahisəli evə Kürdəmir RİHB-nin Muradxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini X10, iddiaçı X2 və Cavabdeh3 iştirakı ilə yerli baxış keçirmişdir. Muradxan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini K.L.Poladov bildirdi ki, iddiaçı və cavabdehlər kənd sakinləridir, iddiaçı X5 cavabdehlərin onu və ailə üzvlərini narahat etdiklərinə görə dəfələrlə icra nümayəndəliyinə müraciət etdiyini və onları (iddiaçıları) evdən çıxaracaqları ilə hədələdiyini bildirmişdir. Baxış keçirilən zaman 0,36 ha həyətyanı torpaq sahəsində üç otaqdan ibarət bir mərtəbəli yaşayış evi və həyətdə digər yardımçı tikililər-mal-qara saxlamaq üçün tövlə, toyuq saxlamaq üçün hin müəyyən edilmişdir. Həmin həyətdə yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evi birmərtəbəli olmaqla otaqlardan birində Cavabdeh3 özünə məxsus əmlaklarının olduğu müəyyən edilmiş və Cavabdeh3 hərbiçi olmaqla şənbə və bazar gunlərində, həmçinin məzuniyyətdə olduğu müddətdə həmin evə gəlib əmlaklarının olduğu otaqda müvəqqəti yaşamasını bildirmişdir. Digər iki otaqlar isə iddiaçının istifadəsində olmaqla həmin otaqlarda iddiaçıya məxsus olan əmlakların olduğu və həmin otaqlarda iddiaçının uşaqları ilə birlikdə yaşadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022ci il tarixli, AZ-İİ-386189 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə Əsədova (Ələsgərova) Bənövşə Surxay qızı xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023cü il tarixli, AZ-İİ-349328 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AA4361379 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə X11 olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AA4778827 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə X15 olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kürdəmir rayon icra hakimiyyəti başçısının Muradxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Nəsirov tərəfindən verilmiş 08 may 2023-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Əsədova (Ələsgərova) X8 rayon İcra hakimiyyəti başçısının Muradxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Muradxan kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin 30 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Kürdəmir rayonu Muradxan kəndində yaşayan Cavabdeh2 xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə müraciət edərək, X1nun qaynı İdris tərəfindən döyülməsini göstərmiş və bu səbəbdən İdris barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bununla əlaqədar X14 xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ-yə müraciət edərək, arvadı Bənövşənin ondan xəbərsiz birgə təsərrüfatlarında saxladıqları 2 baş dana və bir baş inəyi sataraq xərclədiyini, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində isə qaynı idrisin onun evinə gələrək mübahisə edib onu söyüb təhqir etməsini göstərməklə İdris barəsində qanuni tədbir görməsini xahiş etmişdir. Kürdəmir RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Aqil Əhmədov tərəfindən cinayət işinin başlanılması rədd edilmiş, birgə təsərrüfatdan heyvanların satılması və telefonun yerə çırpılaraq qırılması ilə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmələri izah edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin 03 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Kürdəmir rayonu Muradxan kəndində yaşayan Ələsgərova Bənövşənin qızı xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə müraciət edərək, əmisi Bilalın anası Bənövşəni döyməsini bildirmiş, sonra isə X5 xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ-yə müraciət edərək həmin tarixdə qaynı Bilal ilə söz mübahisəsi etdiyini lakin döyülmədiyini bildirmiş və bu səbəbdən Bilal barəsində qanuni tədbir görməsini xahiş etmişdir. Kürdəmir RPŞ-nin TB-nin baş təhqiqatçısı polis leytinantı Səbuhi Kərimov tərəfindən cinayət işinin başlanılması rədd edilmiş, Kürdəmir rayonu Muradxan kəndində yaşayan X5 ilə qaynı Cavabdeh3 münaqişəli ailə kimi Kürdəmir RPŞ-nin İTB-də qeydiyyata götürülmüşdür. Kürdəmir rayon icra hakimiyyəti Başçısının Muradxan kənd inzibati ərazi üzrə nümayəndəsi Valeh Nəsirovun 08 may 2023-cü il tarixli, 1044 nömrəli arayışından görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Əsədova (Ələsgərova) X8 rayon İcra hakimiyyəti başçısının Muradxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Muradxan kəndində yaşayır. İş materiallarına əlavə edilmiş avqust 1988-ci il tarixli, Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun surətindən görünür ki, Kürdəmir rayonu, Muradxan kəndindəki yaşayış evi X12 adına olmaqla 1958-ci ildə tikilmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayon Dövlət Arxivi tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-25RA/2-177/2023 nömrəli Arxiv arayışında onun mərhum atası X13 adına Kürdəmir rayon İHB-nin Muradxan kənd İƏD-nin Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan 2001-2005-ci illərə aid 05 saylı təsərrüfatbaşına kitabın 399 nömrəli şəxsi hesabına əsasən başçılıq etdiyi təsərrüfatda adına 2001-2004-cü illərə 0,25 ha torpaq sahəsi, 2001-2004-cü illərə ümumi sahəsi 60 kv.metr o cümlədən yaşayış sahəsi 40 kv.metr olan tikili qeyd edilmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin və Cavabdeh3 izahatını dinləyib, habelə iş maeriallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Muradxan kəndindəki yaşayış evi mərhum X12 adına olmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və mərhum X14 iddiaçının mərhum qaynatası olmuş Həbibin uşaqlarıdır. Sonradan cavabdehlərin hər biri ailə quraraq özlərinə məxsus evdə yaşayırlar. İddiaçının mərhum əri Cəmil isə mübahisəli evdə yaşamaqla onunla ailə qurum xx.xx.2003-cü il tarixdə nikahlarını qeyd etdirməklə mübahisəli evdə yaşamışlar. Mübahisəli evdə onların birgə nikahlarından xx.xx.2006-cı il tarixdə Nailə, xx.xx.2008-ci il tarixdə isə Elcan adlı uşaqları olmuşdur. İddiaçının əri Cəmil xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçının əri Cəmil vəfat edənə qədər onlar birlikdə Kürdəmir rayonu Muradxan kəndində yerləşən mübahisəli evin 2 otağından istifadə etməklə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Həmin mübahisəli evin 1 otağında isə hazırki iş üzrə Cavabdeh3 məxsus əmlak olmaqla o, da hazırda həmin otaqda müvəqqəti yaşayır. Məhkəmə qeyd etməyi zəruri hzesab edir ki, iddiaçı cavabdehlər tərəfindən yaşadığı həyətyanı sahədən, yaşayış evindən və həyətyanı sahədə olan yardımçı tikililərdən istifadəsinə və sərbəst hərəkət etməsinə edilən maneələrin aradan qaldırılması, cavabdehlərin ona qarşı qanunsuz hərəkətlərinə və cavabdehlərin ona məxsus əmlaklardan istifadələrinə qadağa qoyulmasını xahiş etsə də, iddiaçı cavabdehlərin onun həyətyanı sahədən, yaşayış evindən və həyətyanı sahədə olan yardımçı tikililərdən istifadəsinə və sərbəst hərəkət etməsinə edilən maneələrin, cavabdehlərin ona qarşı qanunsuz hərəkətlərinin və cavabdehlərin ona məxsus hansı əmlaklardan istifadələrinə qadağanın konkret olaraq nədən ibarət olmasını sübut edə bilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli evin bir otağı hazırda cavabdehlərdən biri olan Cavabdeh3 istifadəsində olmaqla onun özünə məxsus əmlakları həmin otaqda olmaqla özüdə orada daimi yaşamasa da, arabir kəndə gələndə həmin otaqda yaşayır. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 isə hazırda özlərinə məxsus olan evdə yaşasalar da, onları mərhum valideynlərindən qalan fərdi yaşayış evinə gedib-gəlmələri iddiaçı tərəfindən məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 78.1-ci maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından görünür ki, cavabdehlərdən Cavabdeh3 hazırda mübahisəli evin sahibi olmuş mərhum valideynlərinin ailə üzvü olmaqla onun hazırda da mübahisəli evdə arabir yaşadığına və məişət üçün zəruri olan əmlaklarının həmin otaqda olduğuna görə onun həmin evdən istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Konstitusiyası 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Ələsgərova (Həsənova) Sitarə Həbib qızına qarşı cavabdehlər tərəfindən yaşadığı həyətyanı sahədən, yaşayış evindən və həyətyanı sahədə olan yardımçı tikililərdən istifadəsinə və sərbəst hərəkət etməsinə edilən maneələrin aradan qaldırılması, cavabdehlərin ona qarşı qanunsuz hərəkətlərinə və cavabdehlərin ona məxsus əmlaklardan istifadələrinə qadağa qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Ələsgərova (Həsənova) Sitarə Həbib qızına qarşı cavabdehlər tərəfindən yaşadığı həyətyanı sahədən, yaşayış evindən və həyətyanı sahədə olan yardımçı tikililərdən istifadəsinə və sərbəst hərəkət etməsinə edilən maneələrin aradan qaldırılması, cavabdehlərin ona qarşı qanunsuz hərəkətlərinə və cavabdehlərin ona məxsus əmlaklardan istifadələrinə qadağa qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədjrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-60/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-60/2024
28.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver