Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-604/2023 23.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 11709.16 manat məbləğində borcun və 125.13 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Kürdəmir filialı ilə ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 3 nömrəli alqı-satqı müqaviləsinə əsasən Kürdəmir rayon Yenikənd kəndi ərazisində 10 ha sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 15679.27 manat məbləğində avans vəsait götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıq təhvil verməklə ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini isə müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə tam əməl etməmiş, iddiaçıya 11709.16 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə, ödəmə tapşırıqları ilə təsdiq edilir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilərək borcunu ödəməsi tələb edilməsinə baxmayaraq, hal-hazıra kimi tələb edilən borc iddiaçıya qaytarmamışdır. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materillarına əlavə edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair xx.xx.2020-ci il tarixli 03 nömrəli müqaviləyə əsasən cavabdeh Qubadov X2 rayonunun Yenikənd kəndində yerləşən 10 ha torpaq sahəsində pambıq əkilib becərəcəyini, pambığın becərilməsi ilə bağlı iddiaçıdan aldığı avansı xam pambıq təhvil verməklə ödəməyi, İddiaçı MMC isə pambıq əkilib becərilməsi ilə bağlı avans şəklində pul vəsaiti, texnika, toxum, mineral gübrə verilməsi, sonda əldə edilmiş məhsulun təhvil alınması barədə qarşılıqlı öhdəlik götürüblər. İş materiallarında olan, Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 001/533 saylı pretenziyadan görünür ki, 11909.19 manat borcun ödənilməsi təklif olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 03 nömrəli alqısatqısına müqaviləsinə əsasən Kürdəmir Mollakənd kəndi ərazisində 10 ha sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “iddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 15679.27 manat məbləğində avans vəsait götürmüşdür. Cavabdeh götürdüyü avans vəsaitdənə istifadə etsə də, iddiaçıya olan borcunu tam şəkildə geri qaytarmamış, nəticədə 11709.16 manat borcu qalmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri) Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, iddia tələbi təmin edilməli, cavabdehdən 11709.16 manat məbləğində borc tutularaq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, ödənilmiş 125.13 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 11709.16 (on bir min yeddi yüz doqquz manat 16 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125.13 (bir yüz iyirmi beş manat 13 qəik) manat tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-604/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-604/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver