Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-606/2025 11.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1008 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonun Mehdili kəndində yaşayır. Fərdi təsərrüfatla məşğul olub ailəsini dolandırır. Onun özünə məxsus nar bağı var. Hər il nar bağından əldə etdiyi məhsulları sataraq ailəsini dolandırır. 2023-cü il tarixdə nar məhsulunu satmaq qərarına gəlmişdir. Həmkəndlisi Cavabdeh onun həyətinə gələrək nar məhsulunu almaq istədiyini bildirmişdir. Nəzər ondan ümumi dəyəri 1008 manat olan 84 yeşik nar məhsulu almışdır. Ona pulu vaxtında verəcəyini bildirmiş, lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq narın pulunu ödəməmişdir. Bu məqsədlə Kürdəmir RPŞ-yə müraciət etmişdir. Bundan sonra o, öz hüquqlarını müdafiəsi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş X2 izahat verərək bildirdi ki, İddiaçı onun qohumudur. Nar satılan vaxt orda iştirak etməmişdir. Sonradan Pərvinlə danışan zaman Nəzərin ondan 84 yeşik nar aldığını və hər yeşik üçün 12 manat verəcəyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş X3 izahat verərək bildirdi ki, İddiaçı onun qardaşıdır. Nar yığılan vaxt orda iştirak etmişdir. 84 yeşik nar olmuşdur. Yeşiklərin biri 12 manatdan satılmışdır. Nəzər yeşikləri apardıqldan sonra 3-5 günə ödəniş edəcəyini bildirmişdir. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş X1 izahat verərək bildirdi ki, İddiaçı onun qardaşıdır. 2 il bundan qabaq Nəzər qardaşıgilə gələrək nar almaq istəmişdir. Narlar yeşiklərə yığılan zaman orda olmuşdur. Məhkəmə tərəfin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir RPŞ-nin xx.xx.2024-cü il tarixli 11/2024 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonunun Mehdili kənd sakini İddiaçı müraciəti mülki xarakterli olduğundan şikayəti olduğu halda məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Kürdəmir RPŞ-də verilmiş xx.xx.2024-cü il tarixli izahatın surətinə əsasən, Cavabdeh bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Mehdili kəndində yaşayır. Keçən il həmkəndlisi Pərvin nar satmaq istəmiş və ona müştəri tapmışdır. Elə olmuşdur ki, onun narını satmışlar, lakin 1000 manat yox, 600 manat borcu qalmışdı. Hal-hazırda işsiz olduğu üçün ödəyə bilmir. Öz bağının narını satıb onun pulunu ödəyəcəkdir. Beləliklə, işin müəyyən olunmuş halı odur ki, İddiaçı hər birinin dəyəri 12 manat olmaqla 84 yeşik narı nisyə Cavabdeh satdığını bildirir. Cavabdeh polis şöbəsində yazılı izahatında İddiaçı nisyə mal aldığını, ona 600 manat borcunun qaldığını etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia cavabdehin etirafı hissəsində əsaslıdır. Belə ki, işin halları odur ki, iddiaçı cavabdehə nisyə mal verdiyini və cavabdehin həmin malın dəyərini ödəmədiyini və hazırda 1008 manat borcu olduğunu bildirir. İddiaçı sübut qismində Kürdəmir RPŞ-də cavabdehin izahatına və şahid ifadələrinə istinad edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və işin halları ilə bağlı heç bir etiraz və ya sübut təqdim etməmişdir. Məhkəmə şahid qismində dindirilmiş iddiaçının qohumu və yaxın qohumları (qardaşları) olan şahidlərin ifadələrini inandırıcı olmamaqla əsasən iddiaçının sözlərinə əsaslandığından və iddia tələblərinin təmin edilməsinə yönəlmiş, əvvəlcədən hazırlanmış ifadələr kimi qiymətləndirərək onları sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdehin iddiaçıdan nisyə mal götürdüyü iş materiallarından görünür, həmin malın dəyərini ödəməsini sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Odur ki, borclu Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 600 (altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV
Məhkəmə qərarları › İş №2(041)-606/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-606/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver