Məhkəmə qərarları › İş №2(041)-616/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-616/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-616/2023 06.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmirşəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 540 manat borc məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 570 manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kürdəmir rayonunun Çöl-qubalı kəndində yaşayır. Cavabdeh onun iş yoldaşıdır. Aralarında yaxşı münasibətlər var. Təqribən 2020-ci ilin sonlarında Cavabdeh ona müraciət edərək bildirmişdir ki, gəlinin qızıllarını lombarda qoyub pul götürmüş, lakin pulu olmadığı üçün həmin pulu qaytara bilmir. Ağasəməd ondan 600 manat borc pul istəmişdir. Ağasəməd həmin pulu 5-6 aya qaytaracağını bildirmişdir. İddiaçı cavabdehlə razışlamış və ona 600 manat borc pul vermişdir. Ağasəməd 2021-ci ilin yanvar ayında ona 60 manat pul vermişdir. 540 manat borcu qalmışdır. Ağasəməd ona söz verdiyi vaxtdan cxeyli müddət keçsə də həmin pulu geri qaytarmamışdır. İddiaçı bununla bağlı dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun pulunu geri qaytarmamışdır. İddiaçı bununla bağlı Kürdəmir RPŞ-yə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılmış və cavabdehin ona həqiqətən 540 manat borclu olduğu bir daha müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçını yaxşı tanıyır. Onunla yaxı münasibətləri olmuşdur. İddiaçı ilə iş yoldaşıdır. 2020-ci ildə ona pul lazım olduğu üçün iddiaçıdan borc pul istəmişdir. İddiaçı ona 600 manat pul vermiş və borcun müqavilində öz əmək haqqını iddiaçıya vermişdir. Həmin puldan dərhal 100 manat iddiaçıya qaytarmışdır. İddiaçı bir neçə ay ərzində həmin pulu onun əmək haqqı kartından çıxarmışdır.iddiaçı ümumilikdə onun əmək haqqı kartından 952 manat pul çıxarmışdır. Sonradan iddiaçının onun barəsində polis şöbəsinə müraciət etməsini eşitmişdir. Hazırda onun iddiaçıya borcu yoxdur. Cavabdeh izahatının sonunda iddia tələblərinin əsassız olduğ uüçün təmin edilməməsini xahiş etdi. İşin faktiki hallarından görünür ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, lakin onlar bunu sənədləşdirməmiş, yazılı borc müqaviləsi mövcud olmamışdır. Hər iki tərəf bu münasibətləri şifahi qaydada aralarında razılaşdırmışlar. İddiaçı tərəf cavabdehə borc verdiyini bildirir. İddiaçı bununla bağlı Kürdəmir rayon polis idarəsinə şikayət etmiş, onun şikayəti əsasında hər iki tərəfin izahatı alınmış, cavabdeh polisə verdiyi izahatında iddiaçıdan 600 manat pul aldığını bildirmiş və borcun müqavilinəd əmək haqqı kartını iddiaçıya vermişdir. İddiaçı cavabdehin ona 60 manat pul verdiyini, cavabdeh isə aldığı 600 manat puldan 100 manat dərhal qaytardığını, qalan hissəsini isə hissə-hissə olmaqla ümumlikdə onun əmək haqqı haqqı kartından ümumilikdə 952 manat çıxarıdığını bildirir. borcunu tez bir zamanda ödəyəcəyinə söz verməklə iddiaçıya olan borcunu etiraf etmişdir. İddiaçının vəsatəti əsasında iddiaçının müraciəti ilə bağlı toplanmış material məhkəmənin sorğusuna əsasən kürdəmir RPŞ-dən tələb edilmiş və surətləri çıxarılaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilən materialda olan, İddiaçı şikayət ərizəsində Cavabdeh 600 manat pul verdiyini bildirmiş, həmin puldan 60 manatının qaytarıldığını, qalan 540 manat borcun ona qaytarılmadığını göstərmişdir. Cavabdeh izahatında İddiaçı 600 manat pul aldığını, həmin puldan 100 manat dərhal qaytardığını, qalan hissəsini isə əmək haqqı karıtndan iddiaçı tərəfindən götürüldüyünü, iddiaçının onun əmək haqı kartından 952 manat pul çıxardığını, hazırda İddiaçı borcunun olmadığını bildirmişdir. İddia tələbi hüquqi təbiətinə görə borc münasibətlərindən irəli gələn mübahisələrə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə təmin edilməli, Cavabdeh 540 (beş yüz qırx) manat pul tutularaq İddiaçı ödənilməlidir. Belə ki, cavabdeh iddiaçıya olan borcunu qaytarmasaı barədə məhkəməyə əsaslı sübutlar təqdim edə bilmədi. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 540 (beş yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar