Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-619/2024 29.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək yararsız vəziyyətə düşmüş əmlakının dəyəri olan cəmi 4000 manat pul və ödədiyi 60 manat dövlət rüsumunun Cavabdeh alınaraq lnun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, iddiaçı iddia ərizəsində Cavabdeh yaşayış yerinin Goranboy rayonu olduğunu göstərmişdir. Bu isə iddia ərizəsinin Kürdəmir rayon məhkəməsində baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə Kürdəmir rayon məhkəməsinə müraciət edərkən Prosessual qanunvericiliyinin tələblərinə əməl etməmişdir. Həmçinin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Kürdəmir rayon məhkəməsinin hesabına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərəorin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi, ərizəyə əlavə edilmiş sənədlər, həmçinin iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumu büdcədən iddiaçıya qaytarılmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankı – X1 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir şəhər filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına 60 manat dövlət rüsumu və xidmət haqqı olaraq, cəmi 60,40 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyidlirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, iddia ərizəsi AR MPM-nin 152.1.3-cü maddəsi ilə müəyyən ərazi aidiyyəti qaydalarına əməl edilməməklə verildiyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 114.1.3, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı – X1 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi 60 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Kürdəmir rayonunun Karrar kəndində yaşayan İddiaçı qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərazi adiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-619/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-619/2024
29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver