Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-620/2023 06.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş 6000 manat məbləğində ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəllər tanımamışdır. Cavabdeh ilə tanış olduqdan sonra oğlunun işsiz olduğunu ona bildirmiş, Almas tanışlarının olduğunu ona demiş və onun oğlunu Xəzər dəniz mühafizəsində işə düzəldəcəyinə vəd vermişdir. Bundan sonra Almas ona bildirmişdir ki, bu iş üçün 800 manat pula ehtiyac var. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində “Unibank”ın qarşısında ona 8000 manat pul vermişdir. Almas onun yanında pulu almış və oğlunun 3 ay ərzində Xəzər dəniz mühafizə xidmətinə düzəldəcəyini ona bildirmişdir. İki ay sonra Almasla əlaqə saxlamış, Almas dənizdə partlayış oldğunu, işin tez bir zamanda düzələcəyini onlara vəd vermişdir. Bundan sonra dəfələrlə əlaqə saxlamalarına baxmayaraq Almas sözünə əməl etmədiyini görüb pulunu geri tələb etmiş, pulunu qaytarmadığı üçün polisə şikayət etmiş, o, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli höküm ilə Azərbaycan Respublikasının CM-nin 178.24-cü maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlşadırılması cəzasına məhkum edilmişdir. Almas ona dəymiş ziyandan 2000 manat ödəmiş, 6000 manat hissəsi isə qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə hökmü çıxandan sonra Almas həmin puldan ona 1200 manat geri qaytarmış, hazırda ona 4800 manat borcu qalmışdır. Odur ki, qalan pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşə əlavə edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)- 292/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudşladırılması cəzasına məhkum edilmişdir. Hökmdə Cavabdeh etibardan suiistifadə etmə və aldatma yolu ilə İddiaçı 8000 manat pulu alıb ona maddi vurmaqla dələduzluq etməsi, həmin puldan 2000 manat qaytarması qeyd edilmişdir. İşdə olan, dəftər vərəqində yazılmış qəbzdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 1200 manat pulu İddiaçı vermişdir. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, cavabdeh 2021-ci ildə iddiaçının etibarından sui istifadə edərək onun oğlunu işə düzəltmək adı ilə onun 8000 manat pulunu ələ keçirmiş və etdiyi dələduzluq əməlinə görə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkəmə hökmü çıxana kimi 2000 manat, hazırki iddiaya məhkəmədə baxılan müddətdə isə 1200 manat ödəniş etmiş, qalan 4800 manat borcunu isə hal-hazıra kimi ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmədiyindən, verilmiş iddia qismən təmin edilməli, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat pul tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-620/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-620/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver