Məhkəmə qərarları › İş №2(041)-631/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-631/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-631/2024 22.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı, iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 725 manat məbləğində borcun, və dövlət rüsumuna görə 30 manat cəmi 755 manat cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə şərik işləmək təklifi əsasında birlikdə ticarət aparılması məqsədilə 2023-cü ilin may ayında onun 500 manat məbləğində vəsaiti ilə meyvə-tərəvəz malları almışlar. Daha sonra isə elə həmin ərəfədə yenidən satış edib gəlir əldə etmək üçün 225 manat məbləğində meyvə tərəvəz malları almışlar. Beləliklə o şərik olduğunu zənn etsə də malların satılmasında, xeyrin əldə edilməsində iştirak etməyib. Bu proseslə yalnızca Cavabdeh məşğul olmuş. Ona isə təklif etməmişdir. Beləliklə ümumilikdə 725 manat məbləğində pul xərcləsədə o, ona heç bir ödəniş etməiş, ona heç bir xeyir verməmişdir. Bundan sonra cavabdehdən ona verdiyi 750 manat pulu geri qaytarmasını tələb etmişdir. Cavabdeh ona 750 manat borcunun olduğunu etiraf etmiş və həmin pulu ona qaytaracağını bildirmişdir. Cavabdeh ona pulu qaytaracağına söz versə də bir iki gündən sonra meyvə dükanını bağını görüb. Sonradan cavabdeh onunla əlaqə yaratmamışdır. Bundan sonra o, Bakı şəhəri,Xətai rayon polis şöbəsinə şikayət etmişdir. Müraciəti ilə bağlı arapşdırma aparılmış və şikayəti mülki xarakterli olduğundan məhkəmyə müraciət etməsi ona izah olunub. Ona görə də o, məhkəmədə iddia qaldıraraq Cavabdeh 725 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Xətair RPİ-nin 34-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 55-1/7708 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh ona olan 725 manat borcun alınması barədə polis şöbəsinə müraciət etmiş, onun müraciəti məhkəmə səlahiyyətinə aid olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. Məhkəmə iddiaçının, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə şərik işləmək təklifi əsasında birlikdə ticarət aparılması məqsədilə 2023-cü ilin may ayında onun 500 manat məbləğində vəsaiti ilə meyvə-tərəvəz malları almışlar. Daha sonra isə elə həmin ərəfədə yenidən satış edib gəlir əldə etmək üçün 225 manat məbləğində meyvə tərəvəz malları almışlar. Beləliklə o şərik olduğunu zənn etsə də malların satılmasında, xeyrin əldə edilməsində iştirak etməyib. Bu proseslə yalnızca Cavabdeh məşğul olmuş. Ona isə təklif etməmişdir. Beləliklə ümumilikdə 725 manat məbləğində pul xərcləsə də o, ona heç bir ödəniş etməiş, ona heç bir xeyir verməmişdir. Bundan sonra cavabdehdən ona verdiyi 750 manat pulu geri qaytarmasını tələb etmişdir. Cavabdeh ona 750 manat borcunun olduğunu etiraf etmiş və həmin pulu ona qaytaracağını bildirmişdir. Cavabdeh ona pulu qaytaracağına söz versə də bir iki gündən sonra meyvə dükanını bağını görüb. Sonradan cavabdeh onunla əlaqə yaratmamışdır. Bundan sonra o, Bakı şəhəri, Xətai rayon polis şöbəsinə şikayət etmişdir. Müraciəti ilə bağlı araşdırma aparılmış və şikayəti mülki xarakterli olduğundan məhkəmyə müraciət etməsi ona izah olunub. Ona görə də o, məhkəmədə iddia qaldıraraq Cavabdeh 725 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə qeyd etməyi zəriuri hesab edir ki, iddiaçı ilə cavabdehin arasında bağlanmış əqd qanunvericiliyin tələbləri baxımından dəqiq müəyyənləşdirilmədiyindən həmin əqd mövcud olmayan əqd kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsimnin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridlir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinin tələbinə görə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiqn müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 328.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinin tələbinə görə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun onun rəftarından məlum olur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdehla şərik işləmək məqsədi ilə ona 725 manat dəyərində meyvə-tərəvəz malları almasını göstərsə də o, bunuknla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar