Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-645/2024 04.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Əliyevananın Cavabdeh X3 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əliyevana cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 dəymiş maddi zərər görə ümumilikdə 16521 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki X1 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, AR CM-nin 70-ci maddəsinə əsasən təyin olunmuş cəzası 1 il sınaq müddəti müəyyən edilməkıə şərti hesab edilmişdir. Hökmlə ona dəymiş ziyanla bağlı məhkəməyə mülki iddia ərizəsi ilə müraciət etmədiyindən ona dəymiş maddi ziyanla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasaında müraciət etmək hüququ izah olunub. Hökmlə müəyyən olunub ki, tamah məqsədi ilə, tamah və vahid niyyətlə 2018-ci ilin iyul ayından xx.xx.2018-ci il tarixədək müddətdə İddiaçı məxsus, Kürdəmir rayonu Muradxan kəndində yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 1-ci yataq otağının kilidini sındırmaqla qanunsuz daxil olaraq oradan İddiaçı məxsus 01 ədəd 100 manat dəyərində yorğanı, hər birinin 50 manat qiyməti olan, cəmi 100 manat dəyərində 02 ədəd balışı, hər birinin 60 manat qiyməti olan, cəmi 360 manat dəyərində 06 ədəd donu, 80 manat dəyərində 01 ədəd qız üçün uzunboğaz çəkməni, 40 manat dəyərində 01 ədəd toy üçün qısa boğazlı ayaqqabını, hər birinin 35 manat qiyməti olan cəmi 70 manat dəyərində 02 ədəd (payız və yaz) koftasını, hər birinin 100 manat qiyməti olan cəmi 200 manat dəyərində 02 ədəd dəbdəbəli, zərli toy üçün nəzərdə tutulmuş paltarı, 01 ədəd 70 manat dəyərində yay paltarını, 30 manat dəyərində 01 ədəd xalatı, 150 manat dəyərində 01 ədəd dəri kişi gödəkçəsini, hər birinin 25 manat qiyməti olan cəmi 100 manat dəyərində 04 ədəd qətvələri, hər birinin 20 manat qiyməti olan cəmi 80 manat dəyərində 04 ədəd hamam dəsmalını, hər birinin 30 manat qiyməti olan cəmi 60 manat dəyərində 02 ədəd yataq üzünü, məhrum əri Hüseynxan Dünyamalıyevə məxsus 150 manat dəyərində kişi kostyumunu, məhrum ərinə məxsus 100 manat dəyərində 01 ədəd kişi norka papağını, 30 manat dəyərində 01 ədəd şlyapanı, məhrum ərinə məxsus 150 manat dəyərində yaşıl rəngli kişi düblyonkasını, hər birinin 100 manat qiyməti olan cəmi 300 manat dəyərində 03 ədəd xalçanı, hər birinin 120 manat qiyməti olan cəmi 240 manat dəyərində 02 ədəd palazı, hər birinin 70 manat qiyməti olan cəmi 140 manat dəyərində 02 ədəd ayaqaltı” darojkanı”, hər birinin 30 manat dəyəri olan cəmi 60 manat dəyərində 02 ədəd hamam xalatını, hər birinin 6 manat qiyməti olan cəmi 48 manat dəyərində 8 ədəd yataq üzlüyünü , hər birinin 10 manat qiyməti olan cəmi 100 manat dəyərində 10 ədəd yastıq üzünü, hər birinin 15 manat qiyməti olan cəmi 75 manat dəyərində 5 ədəd qətvəni, hər birinin 10 manat qiyməti olan cəmi 60 manat dəyərində 6 ədəd əl-üz dəsmalını, hər birinin 20 manat qiyməti olan cəmi 80 manat dəyərində 4 ədəd kombinasiyanı, hər birinin 30 manat qiyməti olan cəmi 60 manat dəyərində 02 ədəd pünyarı, hər birinin 5 manat qiyməti olan cəmi 20 manat dəyərində 04 ədəd kalqotkanı, hər birinin 60 manat qiyməti olan cəmi 180 manat dəyərində 03 ədəd yun şalı, hər birinin 15 manat qiyməti olan cəmi 90 manat dəyərində 06 ədəd yaylığı, evin 1-ci mərtəbəsində yerləşən 2-ci yataq otağının qapısının kilidini sındıraraq qanunsuz daxil olub oradan sandığın içində olan 350 manat nəğd pulu, 2800 manat qiyməti olan qırıq vəziyyətdə 40 qramlıq qızıl boyunbağını, hər birinin 45 manat dəyəri olan cəmi 90 manat dəyərində 02 ədəd təzyiq ölçən aparatını, hər birinin 30 manat qiyməti olan cəmi 60 manat dəyərində 02 ədəd xrustal vazı, evin 1-ci mərtəbəsində mətbəxt otağından hər birinin 20 manat qiyməti olan cəmi 80 manat dəyərində 04 ədəd xrustal meyvə qabını, hər birinin 5 manat qiyməti olan cəmi 40 manat dəyərində 8 ədəd çay dəsmalını, hər birinin qiyməti 10 manat olan cəmi 100 manat dəyərində 06 ədəd aş və 04 ədəd balıq buludunu, hər birinin 15 manat qiyməti olan cəmi 30 manat dəyərində 02 ədəd balaca qazanı, hər birinin 20 manat qiyməti olan cəmi 40 manat dəyərində 02 ədəd toy tiyanını, evin 2-ci mərtəbəsində yerləşən təmirsiz otaqdan ümumi dəyəri 1200 manat olan “Audi” markalı avtomabilin sürət qutusunu (karopka), evin 1-ci mərtəbəsində yerləşən zal otağından hər birinin 30 manat qiyməti olan cəmi 60 manat dəyərində 02 ədəd xrustal vazı, onların içində hər birinin 2 manat qiyməti olan cəmi 26 manat dəyərində 13 ədəd süni gülü, hamam otağından 50 manat dəyərində 01 ədəd 50 litrlik qazanı gizli yolla talayaraq ümumilikdə İddiaçı xeyli miqdarda yəni 8249 manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa, o təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi, tamah və vahid niyyətlə, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixdədək olan müddət ərzində İddiaçı məxsus, Kürdəmir rayonu Muradxan kəndində yerləşən fərdi yaşayış evinin damına daxil olaraq oradan 150 manat dəyərində bir ədəd balaca dəmir sobanı, hər birinin 8,40 manat qiyməti olan cəmi 252 manat dəyərində 30 ədəd 6 metr uzunluğunda armaturları, hər birinin 15,60 manat qiyməti olan cəmi 312 manat dəyərində 20 ədəd 6 metr uzunluğunda 40 mm-lik künclükləri, hər birinin 42 manat qiyməti olan cəmi 420 manat dəyərində 10 ədəd 6 metr uzunluğunda müxtəlif ölçülü dəmir boruları gizli yolla talayaraq İddiaçı ümumilikdə 1134 manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa, o təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi, tamah, vahid niyyətlə, 2020-ci ilin əvvəlindən xx.xx.2020-ci il tarixədək olan müddətdə İddiaçı məxsus Kürdəmir rayonu Muradxan kəndində yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 2-ci yataq otağının qapısının kilidini sındırmaqla qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 150 manat olan cəmi 300 manat dəyərində 02 ədəd yun xalçanı, 32 manat dəyərində 01 ədəd xalatı, hər birinin 40 manat qiyməti olan cəmi 80 manat dəyərində 02 ədəd yataq üzlüyünü (pakrivalı), 150 manat dəyərində 01 ədəd böyük ölçülü taxt döşəyini, 20 manat dəyərində 01 ədəd taxta əsanı, evin 1-ci mərtəbəsində yerləşən 1-ci yataq otağının qapısının kilidini sındıraraq içəri qanunsuz daxil olub oradan hər birinin 15 manat qiyməti olan cəmi 30 manat dəyərində 02 ədəd yataq üzlüyünü (çıxol), hər birinin 19 manat qiyməti olan cəmi 76 manat dəyərində 04 ədəd tükdən yastığı, hər birinin 50 manat qiyməti olan cəmi 250 manat dəyərində 05 ədəd yun yorğanları, 150 manat dəyərində 01 ədəd yün döşəyi, hər birinin 40 manat qiyməti olan cəmi 80 manat dəyərində 02 ədəd paltarı, yataq dəstinin altından 1 metri 3 manat olan cəmi 60 manat dəyərində 20 metr uzunluğunda su şlanqını, hər birinin 30 manat qiyməti olan cəmi 60 manat dəyərində 02 ədəd yun şalı, 20 manat dəyərində 01 ədəd aliminium qolaltı əsanı, hər birinin 20 manat qiyməti olan cəmi 80 manat dəyərində 04 ədəd stolu, evin 1-ci mərtəbəsində yerləşən mətbəxt otağından 10 manat dəyərində 01 ədəd şüşə gülqabını, hər birinin 10 manat qiyməti olan cəmi 30 manat dəyərində 03 ədəd məcməyini(padinosları), hər birinin 10 manat qiyməti olan cəmi 20 manat dəyərində 02 ədəd aşsüzəni, 40 manat dəyərində 01 ədəd 3 litrlik qazanı, 30 manat dəyərində 01 ədəd 10 litrlik aliminium qazanı, 30 manat dəyərində 01 ədəd 5 litrlik qəfədanı, 40 manat dəyərində 01 ədəd 10 litrlik çuğun qazanı, 5 manat dəyərində 01 ədəd qaloşu, 100 manat dəyərində 01 ədəd manqalı, evin 1-ci mərtəbəsində yerləşən zal otağından hər birinin 20 manat qiyməti olan cəmi 60 manat dəyərində 03 ədəd qol altı döşəyi, evin 2-ci mərtəbəsində yerləşən mətbəxt otağından hər birinin 20 manat qiyməti olan cəmi 40 manat dəyərində 02 ədəd 15 sm eni 5 metr uzunluğu olan taxtaları, evin 1-ci mərtəbəsində yerləşən saxlama otağından (kladovkasından) hər birinin 50 manat qiyməti olan cəmi 400 manat dəyərində 08 ədəd heyvan maketləri hazırlamaq üçün qəliblərini, 15 manat dəyərində 01 ədəd 2 litrlik qəfədanı, bir metri 2,80 manat qiyməti olan cəmi 140 manat dəyərində 50 metr uzunluğunda 4x6 ölçülü yoğun kabeli, evin 2-ci mərtəbəsində yerləşən zal otağından 350 manat dəyərində 01 ədəd ortopedik döşəyi, evin 1-ci mərtəbəsində yerləşən hamam otağından 150 manat dəyərində 01 ədəd odun sobasını, evin damından 80 manat dəyərində 01 ədəd dəmir sobanı gizli yolla talayaraq ümumilikdə İddiaçı 2928 manat ziyan vurmaqla oğurlamışdır. Bundan başqa, o təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi, tamah və vahid niyyətlə, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə İddiaçı məxsus Kürdəmir rayonu Muradxan kəndində yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən mətbəxt otağından 250 manat dəyərində 01 ədəd “Stinol” markalı soyuducunu, 150 manat dəyərində 01 ədəd moydadırı, 100 manat dəyərində 01 ədəd qab şkafını, 20 manat dəyərində 01 ədəd asılqanı, hər birinin 25 manat qiyməti olan cəmi 100 manat dəyərində 04 ədəd stulu, 25 manat dəyərində 01 ədəd ayaqları dəmirdən olan taxta stolu, hər birinin 15 manat qiyməti olan cəmi 30 manat dəyərində 02 ədəd dəmir çəlləyi, hər birinin 1 manat qiyməti olan cəmi 10 manat dəyərində şüşə balonu, evinin 1-ci mərtəbəsində yerləşən saxlama otağından (kladovkadan) 10 manat dəyərində 01 ədəd ayaqqabı şkafını, hər birinin 70 manat qiyməti olan cəmi 350 manat dəyərində 05 ədəd heykəl düzəltmək üçün qəlibi, 180 manat dəyərində 01 ədəd “Pover Suicer marklı “şirə çəkən maşını ,evin 1-ci mərtəbəsində yerləşən zal otağından hər birinin 25 manat qiyməti olan cəmi 50 manat dəyərində 02 ədəd plastik stulu, evin 1-ci mərtəbəsində yerləşən 2-ci yataq otağından hər birinin 20 manat qiyməti olan cəmi 40 manat dəyərində 02 ədəd plastik boçkanı, 300 manat dəyərində taxta mebel stolu, 200 manat dəyərində 01 ədəd pəncərəni, 500 manat dəyərində 12 nəfərlik qonaq stolunu, evin 1-ci mərtəbəsində yerləşən 1-ci yataq otağının qapısının kilidini sındırmaqla içəri daxi olub oradan 180 manat dəyərində 01 ədəd sərinkeşi (vintilyator), 250 manat dəyərində 2 nəfərlik yataq döşəyini, hər birinin 80 manat dəyəri olan cəmi 240 manat dəyərində 03 ədəd taxta mebel stulu, 500 manat dəyərində 01 ədəd yun xalçanı, hər birinin 150 manat qiyməti olan cəmi 450 manat dəyərində 03 ədəd yun xalçanı, yataq dəstinin altından 200 manat dəyərində 01 ədəd artizyan üçün matoru, evin 1-ci mərtəbəsində yerləşən 2-ci yataq otağından divarda olan 100 manat dəyərində 01 ədəd namaz qılmaq üçün xalçanı, evin 2-ci mərtəbəsində yerləşən zal otağından 750 manat dəyərində yataq və döşəyini, evin həyətindən 220 manat dəyərində gidroforu, evin damından hər birinin 120 manat qiyməti olan cəmi 240 manat dəyərində təyətində tikdiyi təsərrüfat üçün tikilinin taxta qapını, həyətdə su çəninin yanından hər birinin 100 manat qiyməti olan cəmi 200 manat dəyərində 02 ədəd 5 metr uzunluğunda 30 sm enində olan azbes borunu gizli şəkildə talayaraq ümumilikdə İddiaçı xeyli miqdarda 5645 manat ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşə əlavə edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli 1(012)-15/2023 saylı hökmündən görünür ki, Cavabdeh AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 01 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, cavabdeh 2018-ci ildə iddiaçının evindən ümumilikdə 17956 manat dəyərində əşyalarını oğurlayaraq ona xeyli miqdarda ziyan vurmuş və etdiyi oğurluq əməlinə görə Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 01 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmuşdur. Cavabdeh iddiaçıya vurduğu 17956 manat maddi ziyandan 1435 manat ödəmiş, qalan 16521 manat ziyani ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmiş, iddiasının əsası kimi Kürdəmir rayon məhkəməsinin hökmünü sübut kimi məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, bununla bağlı qanuni qüvvəsində olan məhkəmə hökmü olduğuna görə və iddiaçı qeyd edilən cinayət işi üzrə mülki iddiaçı kimi tanınmadığından iddia qeyd-şərtsiz təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 16521 (on altı min beş yüz iyirmi bir) manat pul tutularaq İddiaçı verilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə ödənilmiş 93 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödənilməmiş maddi ziyana görə 16521 (on altı min beş yüz iyirmi bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93 (doxsan üç) manat tutularaq İddiaçı Əliyevanya verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-645/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-645/2024
04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver