Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-647/2024 23.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qalmış 51 baş qoyunların özləri, həmin qoyunlar olmadıqda onların pulla dəyəri olan 10200 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Qarabucaq qəsəbəsində yaşayan Vahid Cəfərov və oğlu Cavabdeh onun oğlunun işlətdiyi mağazadan tez-tez ərzaq malları götürüb sonradan gətirib pulunu verirdilər. Beləliklə yaxınlıqları bu formada başlayıb. Cavabdeh onlarda qonaq olarkən söhbət heyvan saxlamaqdan düşmüş cavabdehin qoyunçuluqla məşğul olduğunu bilmiş və qarşılıqlı razılıq əsasında həyətində saxladığın 33 (otuz üç) baş qoyunu hər il artımın 50%-i onların olmaq şərti ilə 2017-ci ilin aprel ayında Vahidə vermişdir. Həmçinin Vahidə qoyunların əkiz və dübara balalaması halında həmin quzuların da onlara qalmasını bildirmişdir. 2017-ci ildə yaylaqdan qayıtdıqdan sonra altı baş erkək toğluları Qarabucaq qəsəbəsinə gedərək cavabdehdən götürüb. Tez-tez əlaqələri və telefon danışıqları olmuşdur. Ümumi hal-əhval tutduqdan sonra qoyunlar haqqında soruşduqda hər şey öz qaydasındadır deyirdilər. 2020-ci ildə onların kiçik bir yığıncağı oldğu üçün Vahidə zəng vurub çəkisi 18-20 kq olan üç baş erkək toğlu istəmiş, Vahid onlara çəkisi 11-10 kq olan quzu göndərmişdir. Zəng vurub həmin quzuların kəsiləsi olmadığını bildirmiş, əlacsız qalıb bazardan alıb işlərini yola vermişlər. Həmin ərəfələrdə Vahidin qohumlarından qoyunların axırına çıxıb-çıxmadığını eşitmişdir. Üç balaca quzunu göndərməsi və qohumunun bu sözü onu şübhəyə salmış və qoyunları götürməyi qərara almışdır. Vahidə zəng vuraraq qoyunları götürmək istədiyini bildirmişdir. Vahid ona bildirmişdir ki, qoyunların 9 başı ölmüşdür. Bundan sonra oğlu Sahiblə cavabdehin evinə getmiş, otuz üç baş qoyunları götürmüş, yeddi baş da göndərəcəm deyib onları yola salmışdır. Səhəri gün qoyunlara baxarkən həmin qoyunların onun olmadığını, qoca və yaşlı qoyunlar olduğunu görmüşdür. Bundan sonra 7 baş qoynu götürməyə gedəndə onlarla razılaşmamışlar. X1 qoyunların onluq oldğunu bildirmişdir. 2020-ci ildə gəlib qoyunları götürmək istərkən Samir ona cəmi 10 baş quzu təklif etmişdir. O, isə cavabında Samirə qoyunların hamısını verməsini bildirmişdir. Samir cavabında onsuz da bu işlə məşğul olduğunu bildirmiş və qoyunların əvvəlki qaydada, artımın yarısı sənin yarısı mənim olsun deyə bildirmişdir. Beləliklə ona çatmalı olan 93 başa qarşı ona cəmi 36 baş verilib. Hazırda onun Samirdə 51 baş qoyunu var. Samir həmin qoyunları ona qaytarmır. Dəfələrlə tələb etməyinə baxmayaraq Samir qoyunları qaytarmaqdan imtina edir. Hazıda bir baş qoyunun bazar qiyməti 200 manat təşkil edir. 51 baş qoyunun bazar qiyməti isə ümumilikdə 10200 manat edir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə yaxın əlaqələri olub. Belə ki, iddiaçının oğlu ilə münasibətləri yaxşı olduğu üçün əlaqələri daha da genişlənmişdir. 2017-ci ildə iddiaçı qoyunlarının olduğunu, həmin qoyunları saxlaya biləcəyini ondan soruşmuşdur. İddiaçı ilə atası Vahid razılığı gəlmiş və qoyunları saxlaya biləcəyini bildirmişdir. Bundan sonra iddiaçı onlara ümumilikdə 29 baş qoyun vermişdir. Aralarında olan razılaşmaya əsasən qoyunlardan gələn gəlirin 50 faizi iddiaçının, 50 faizi isə onun olmalı idi. Keçən müddət ərzində onlar iddiaçıya ümumilikdə 45 baş qoyun veriblər. Sonradan iddiaçı ona müraciət edərək ümumilikdə 93 baş qoyun verməli olduqlarını bildirmişdir. Halbuki, iddiaçı müxtəlif vaxtlarda onlardan qoyunlarının bir hissəsini aparmışdır. 27 may 2020-ci ildə iddiaçıya yazılı izahat verərək 43 baş qoyun və quzunun ona çatacağını təsdiq etmişdir. 12 may 2021-ci ildə imzaladığı yazılı qəbzdə də artımla birlikdə 45 baş qoyunun onda olduğunu təsdiq etmişdir. Hazırda iddiaçının onlarda qoyunu qalmamış, iddiaçıya razılaşdıqları kimi 45 baş verməli olduqlarını, ondan 36 baş verdiyini, 9 baş qoyunu isə istənilən vaxt gəlib götürə bilər. Cavabdeh izahatının sonunda iddianın qismən təmin edilməsini xahiş etdi. İşə əlavə edilmiş, Cavabdeh 27 may 2020-ci il tarixdə imzaladığı yazılı izahatında 43 baş qoyun və quzunun İddiaçı çatacağını təsdiq etmişdir. İşə əlavə edilmiş, Cavabdeh 12 may 2021-ci il tarixdə imzaladığı yazılı izahatında 15 baş artım olmaqla, cəmi 45 baş qoyun və quzunun İddiaçı çatacağını təsdiq etmişdir. İşə əlavə edilmiş, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 02 nömrəli arayışında 1 baş 2-3 yaşlı ana qoyunun orta satış qiymətinin 200 manat, 1 baş erkək toğlunun orta satış qiyməti 205 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib. işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, iddiaçı özünə məxsus altısı erkək toğlu olmaqla 33 baş qoyunu 2017-ci ildə cavabdehə vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh iddiaçının qoyunlarını saxlamalı və artımın 50 % iddiaçıya, 50 % isə cavabdehə çatmalı idi. İddiaçı keçən müddət ərzində cavabdehin ona 51 baş qoyun verməli olduğunu bildirir. Cavabdeh isə iddiaçıya ümumilikdə 45 baş qoyun verməli olduğunu, həmin qoyunlardan 36 baş verdiyini, 9 başını isə istənilən vaxt geri qaytarmağa hazır olduğunu bildirir. İddiaçı iddia tələbində 51 baş qoyunun, özləri olmadığı təqdirdə 10200 manat dəyərinin ona ödənilməsini tələb etdiyi halda, iddia ərizəsinə əlavə etdiyi, Cavabdeh 27 may 2020-ci il tarixdə sadə yazılı qaydada verdiyi izahatında 43 baş qoyun və quzunun, 12 may 2021-ci il tarixdə imzaladığı yazılı izahatında isə 15 baş artım olmaqla, cəmi 45 baş qoyun və quzunun İddiaçı çatacağını təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9 baş qoyun, özləri olmadığı təqdirdə isə onların pulla dəyəri olan 1800 (9x200=1800) manat alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş 120 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 9 (doqquz) baş qoyun, özləri olmadığı təqdirdə isə onların pulla dəyəri olan 1800 (bir min səkkiz yüz) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-647/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-647/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver