Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-650/2025 24.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə aidiyyəti qaydalarına əməl etməmiş və ərizəni aidiyyəti üzrə məhkəməyə verməmişdir. Belə ki, ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxsdir və sahibkarlıq fəaliyəti ilə məşğuldur. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi onunla “təsərrüfat” subyekti kimi fiziki şəxs olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən Cavabdeh Məhəməd oğlu arasında bağlanmış xam pambıq alğı-satqısına dair müqavilədən irəli gələn öhdəliyin icrası ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasənn, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd olunan hüquq normalarına əsaslanaraq, hesab edirəm ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiasına subyektiv tərkibinə görə hüquq şəxslə sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs arasında, xarakterinə görə sahibkarlıq fəaliiyətinin həyata keçirilməsi ilə əlaqədar hüquq münasibətinə aid olduğundan ümumi məhkəmələrdə deyil, müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 152.1.3cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-650/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-650/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver