Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-651/2024 23.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, cavabdehlər X5 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada 4250 manat əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 62,5 manat olmaqla, ümumilikdə 4312 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan müddətdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər X8 və Cavabdeh2 tələb etdiyi 4250 manatdan 2125 manat digər insanlarda olduğu üçün o, həmin məbləğdə pulu məhkəmədənkənar qaydada alacağını bildlirib 2125 manat pulun və 31 manat dövlət rüsumunun cavabdehlərdən alınmasından imtina etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə iddiaçı X1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayonunun Axtaçı kəndində yaşayır. O, kənddə və yaxınlarında olan nar meyvələrini satıb ailəsini dolandırır. 2022-ci il tarixdə Kürdəmir rayonu Ərəbqubalı kənd sakinləri Cavabdeh2 və Cavabdeh1 yanlarında adlarını sonradan bildiyi Fuad və Kainat adlı şəxslərlə gəlib nar almaq istədiyini bildirdi və o da əvvəldən qeyd etdiyi kimi tanıdığı xıdır, Əli və həsənquludan nar alıb onlara verib. Cavabdehlər pulun bir hissəsini versələr də sonradan qalıq qalan 4250 manat pulunu vermədilər. Kürdəmir rayonuunda təkcə aldadılan tək o deyil Ondan başqa bir neçə sakində var. Bununla əlaqədar Kürdəmir rayon polis şöbəsinə müraciət edib və polis şöbəsində araşdırma aparılıb. İşin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi ona izah olunub. Məhkəməyə müraciət etməzdən əvvəl dəfələrlə cavabdehlərə borclarını qaytarmalarını xahiş etsədə onlar həmin pulu qaytarmaqdan boyun qaçırmışlar. Sonradan məcbur olub həyat yoldaşının adına kredit götürüb nar aldığı şəxslərin pulunu qaytarıb. Cavabdehlər 8 ay onun götürdüyü kreditin pulunu banka ödəsələr də sonradan ödəniş etməmişlər və bankın pulunu o özü ödəyib. Mübahisənin məhkəmədən kənar həll olunmayacağını bilib məhkəməyə müraciət etmək qərarına gəlib. Ona görə də cavabdehlər cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada 2125 manat əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 31 manat olmaqla, ümumilikdə 2156 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, qohumu Cavabdeh2, Fuad və Kainat adlı şəxsl birlikdə Kürdəmir rayonu ərazisində kənd sakinlərindən nar alıb daxili bazarlara paylamaqla məşğul olurlar. O cümlədən Axtaçı kəndində yaşayan İddiaçı da nar məhsulunu alıb daxili bazara vermişik. İddiaçıfdan aldığımız nar məhsulununq pulunun çox hissəsini ödəmişlər. Hazırda olun Cavabdeh2 ilə birlikdə İddiaçı 1000 manat borcları qalmış və həmin pulu iddiaçının özü ilə razılaşdıqları kimi yaxın vaxt ərzində ödəyəcəklərini bildirmişlər. Məhkəmə iclasında cavabdeh Babayev X7 Ariz Fariz oğlu ilə eyni məzmunda izahat verib hazırda iddiaçı nar puluna görə 1000 manat borclarının qaldığını bildirib həmin məbləği yaxın vaxt ərzində iddiaçıya ödəyəcəklərini bildirmişdir. İş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında cavabdehlər barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 Polis şöbəsində verdiyi izahatın surətindən görünür ki, o izahatında İddiaçı borcunun olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş X8 oğlunun Polis şöbəsində verdiyi izahatın surətindən görünür ki, o izahatında İddiaçı borcunun olmadığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Zeynalov X4 rayonunun Axtaçı kəndində yaşadığını kənddə və yaxınlarında olan nar meyvələrini satıb ailəsini dolandığını, 2022-ci il tarixdə Kürdəmir rayonu Ərəbqubalı kənd sakinləri Cavabdeh2 və Cavabdeh1 nar satdığını sonradan qalıq qalan 4250 manat pulunu vermədiklərini və həmin pulun cavabdehlərdən alınıb ona verilməsini xahiş edir. Cavabdeh2 iddiaçıya 1000 manat borcunun olduğunu bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Cavabdeh X8 məhkəməyə ərizə göndərərək onun iddiaçıya borcunun olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsində göstərilir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavailə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddəti və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsində göstərilir ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1000 manat pul və 31 manat dövlət rüsumu olmaqla, cəmi 1031 manat pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təminq edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X3 və və Cavabdeh2 müştərək qaydada 1000 manat pul və 31 manat dövlət rüsumu olmaqla, cəmi 1031 manat pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-651/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-651/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver