Məhkəmə qərarları › İş №2(041)-666/2024

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-666/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-666/2024 22.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İddiaçı “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “Kürdəmir-Paimbıq“ Açıq Səhmdar Cəmiyyətin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Kürdəmir-Paimbıq“ Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kürdəmir rayon Muradxan kənd sakini Cavabdeh 581 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 611 manat məbləğin alınaraq “Kürdəmir-Paimbıq“ Açıq Səhmdar Cəmiyyətin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “Kürdəmir-Paimbıq“ Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh 2022-ci ilin yanvar ayında “Kürdəmir-Paimbıq“ ASC-nə müraciət edərək Muradxan kəndi ərazisində pambıq əkməkdə ona köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xahişinə əsasən “Kürdəmir-Paimbıq“ ASC onunla xx.xx.2022-ci il tarixli, 09 nömrəli müqavilə bağlayaraq 2 ha torpaq sahəsində pambıq əkmək üçün ona 250 manat dəyərində 50 kq toxumluq çiyid, 28 manat dəyərində gübrələr və dərmanlar verilmiş, həmin sahədə 30 manat dəyərində çiyid səpini, 32 manat dəyərində kultivasiya işləri aparılmış, 7 manat dəyərində dərmanlama işləri görülmüş, digər xərclər üçün 240 manat bank vasitəsilə pul, cəmi 587 manat borc vəsaiti verilmişdir. Cavabdehş həmin borc məbləğini əkib-becərdiyi pambıq məhsulundan əldə edəcəyi gəliri hesabına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh “Kürdəmir-Paimbıq“ ASC tərəfindən ona borc verilən vəsaiti əkib-becərdiyi pambıq hesabına ödəyəcəyini bildirsə də, bu günə qədər borcunu ödəməmiş, bu vaxta kimi “Kürdəmir-Paimbıq“ ASC-yə pambıq təhvil verməmiş, 587 manat borcu qalmışdır. Ona görə də cavabdeh Kürdəmir rayon Muradxan kənd sakini Cavabdeh 581 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 611 manat məbləğin alınaraq “Kürdəmir-Paimbıq“ Açıq Səhmdar Cəmiyyətin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, təkrar məhkəməyə gəlməmişdir. İddiaçı “Kürdəmir-Paimbıq“ ASC-nin nümayəndəsi X3 məhkəməyə rəsmi ərizə təqdim edərək hər dəfə məhkəməyə gəlməyə imkanının olmamasını bildirib işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 09 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh iddiaçı “Kürdəmir-Paimbıq“ ASC ilə müqavilə bağlayaraq istehsal etdiyi xam pambığı iddiaçı ilə razılaşdırılmış qaydada tədarükçü “Kürdəmir- Paimbıq“ ASC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Kürdəmir filialının xx.xx.2022-ci il tarixli Ödəniş tapşırıqlarından görünür ki, “Kürdəmir-Paimbıq“ ASC tərəfindən Cavabdeh ümumilikdə 240 manat məbləğində avans pul vəsaiti verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-cim il tarixli, 10 nömrəli və xx.xx.2022-ci il tarixli, 25 nömrəli qaimələrə əsasən “Kürdəmir-Paimbıq“ ASC tərəfindən Cavabdeh 250 manat dəyərində 50 kq pambıq toxumu və 28 manat dəyərində 1,0 litr hekplan-20 SP verilmişdir. İş materiallarına əlavə edilmiş MTZ-80 X markalı traktorla göstərilmiş xidmətlər barədə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, “Kürdəmir-Paimbıq“ ASC tərəfindən Cavabdeh pambıq əkini sahəsində 30 manat dəyərində çiyid səpini, 7 manat dəyərində dərman səpmək işi və 32,0 manat dəyərində kultivasiya işləri görülmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 2022-ci ilin yanvar ayında “Kürdəmir-Paimbıq“ ASC-nə müraciət edərək Muradxan kəndi ərazisində pambıq əkməkdə ona köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xahişinə əsasən “Kürdəmir-Paimbıq“ ASC onunla xx.xx.2022-ci il tarixli, 09 nömrəli müqavilə bağlayaraq 2 ha torpaq sahəsində pambıq əkmək üçün ona 250 manat dəyərində 50 kq toxumluq çiyid, 28 manat dəyərində gübrələr və dərmanlar verilmiş, həmin sahədə 30 manat dəyərində çiyid səpini, 32 manat dəyərində kultivasiya işləri aparılmış, 7 manat dəyərində dərmanlama işləri görülmüş, digər xərclər üçün 240 manat bank vasitəsilə pul, cəmi 587 manat borc vəsaiti verilmişdir. Cavabdeh həmin borc məbləğini əkib-becərdiyi pambıq məhsulundan əldə edəcəyi gəliri hesabına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh “Kürdəmir-Paimbıq“ ASC tərəfindən ona borc verilən vəsaiti əkib-becərdiyi pambıq hesabına ödəyəcəyini bildirsə də, bu günə qədər borcunu ödəməmiş, bu vaxta kimi “Kürdəmir-Paimbıq“ ASC-nə pambıq təhvil verməmiş, 587 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifəllərini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 581 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 611 manat məbləğində pul alınaraq “Kürdəmir-Paimbıq“ ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 581 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 611 manat məbləğində pul alınaraq “Kürdəmir-Paimbıq“ ASC-nin xeyrinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən; Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar