Məhkəmə qərarları › İş №2(041)-673/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-673/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-673/2024 15.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 13300 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvülərilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. Cavabdeh çoxtan tanıyır və onunla tanışlığı olub. Bir neçə il bundan əvvəl Cavabdeh ona Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən AFF park yaşayış kompleksində özünə məxsus 1otaqlı yaşayış evinin olduğunu və həmin evi satmaq qərarına gəldiyini bildirib. O isə həmin evi almaq istədiyini Rahibə bildirdim. O, Raphibə həmin evə görə əvvəlcədən 6000 manat verəcəyini və hər ayda 400 manat ödəniş edəcəyini bildirmiş və bu barədə razılaşmışlar. Ümumilikdə həmin evə görə Rahibə 40000 manat pul verəcəkdir. Onlar razılıqa gələrək ilkin olaraq Rahibə 1000 manat pul vermişdir. X2 federasiyasına getmiş və o, həmin ərəfədə bank vasitəsi ilə ona 3000 ABŞ dolları göndərmişdir. Bundan sonra hər ay 400 manat olmaqla onun adına 1 il pul göndərmişdir. Umumilikdə Cavabdeh 13300 manat ev almaq məqsədilə pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Rahib həmin evi kreditlə götürmüş, kreditin pulunu ödəməmişdir. O, həmin evə girmək istəmiş AFF rəhbərliyi onu həmin evə buraxmamışdır. O, Rahibi tapa bilmədiyi üçün onun anası ilə əlaqə saxlamış anası Rahibin həmin evi 25000 manata başqa adama satığını ona bildirmişdir. Bundan sonra Rahibin onu aldatdığını bilib ona ümumilikdə verdiyi 13300 manat pulumu tələb etdib. Rahib bugun-sabah deyib onu aldatmağa başlamışdır. Bununla bağlı o Kürdəmir rayon Polis Şöbəsminə müraciət etmişdir. Orada araşdırma aparıldıqdan sonra bu işin mülki xarakterli olduğunu, heç bir cinayət əməlinin olmadığını bildirib qərar qəbul olunaraq pul tələbi ilə bağlı Məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Ona görədə Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. İddiaçı iddia ərizəsində cavabdehin ona 11000 manat borcunun olduğunu göstərsədə sonradan dəqiq hesablama aparmış və cavabdehin ona 13300 manat borcunun olduğunu və Cavabdeh hazırda 13300 manat pul tələb etdiyini bildirib iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh 13300 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki İddiaçı çoxtan tanıyır, onunla normal münasibəti olub. O, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən AFF park yaşayış kompleksində özünə məxsus 1otaqlı yaşayış evini İddiaçı satmaq məqsədilə ondan müxtəlif vaxtlarda 13300 manat pul aldığını, lakin alqı-satqı baş tutmadığını və sonradan İddiaçı aldığı 13300 manat pulu ona qaytara bilmədiyini bildirdi. Cavabdeh hazırda İddiaçı 13300 manat borcunun olduğunu bildirib bu barədə məhkəməyə ərizə təqdim edərək həmin məbləğdə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ailə üzvülərilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır. Cavabdeh çoxtan tanıyır və onunla tanışlığı olub. Bir neçə il bundan əvvəl Cavabdeh ona Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən AFF park yaşayış kompleksində özünə məxsus 1otaqlı yaşayış evinin olduğunu və həmin evi satmaq qərarına gəldiyini bildirib. O isə həmin evi almaq istədiyini Rahibə bildirdim. O, Raphibə həmin evə görə əvvəlcədən 6000 manat verəcəyini və hər ayda 400 manat ödəniş edəcəyini bildirmiş və bu barədə razılaşmışlar. Ümumilikdə həmin evə görə Rahibə 40000 manat pul verəcəkdir. Onlar razılıqa gələrək ilkin olaraq Rahibə 1000 manat pul vermişdir. X2 federasiyasına getmiş və o, həmin ərəfədə bank vasitəsi ilə ona 3000 ABŞ dolları göndərmişdir. Bundan sonra hər ay 400 manat olmaqla onun adına 1 il pul göndərmişdir. Umumilikdə Cavabdeh 13300 manat ev almaq məqsədilə pul vermişdir. Sonradan Rahibin həmin evi 25000 manata başqa adama satığını və Rahibin onu aldatdığını bilib ona ümumilikdə verdiyi 13300 manat pulumu tələb etmək məqsədilə Kürdəmir rayon Polis Şöbəsminə müraciət etmişdir. Orada araşdırma aparıldıqdan sonra bu işin mülki xarakterli olduğunu, heç bir cinayət əməlinin olmadığını bildirib qərar qəbul olunaraq pul tələbi ilə bağlı Məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Ona görədə Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. İddiaçı iddia ərizəsində cavabdehin ona 11000 manat borcunun olduğunu göstərsədə sonradan dəqiq hesablama aparmış və cavabdehin ona 13300 manat borcunun olduğunu və Cavabdeh hazırda 13300 manat pul tələb etdiyini bildirib iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh 13300 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul edərək hazırda iddiaçıya 13300 manat məbləğində pul borcunun olduğunu bildirdi və məhkəməyə ərizə təqdim edərək həmin məbləğdə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni feyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 13300 manat və ödənilmiş dövlət rüsumuna görə 130 manat olmaqla, cəmi 13430 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 13300 manat və ödənilmiş dövlət rüsumuna görə 130 manat olmaqla, cəmi 13430 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar