Məhkəmə qərarları › İş №2(041)-675/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-675/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-675/2023 14.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı 3900 manat pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2000 manat borcun və 35 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə 15 ildan artıqdır ki, Kürdəmir şəhərində yaşadığı məhəllədə qonşudur. Münasibətləri yaxşı olmuş və biri-birinin evlərinə gediş-gəlişləri olmuşdur. 2021-ci ilin oktyabr ayında Şamil onda 2000 manat borc pul istəmiş və həmin borcu iki ay müddətində qaytaracağını bildirmişdir. İddiaçıda həmin pul özünə torpaq almaq məqsədilə yığdlğı pullar olmuşdur. Göstərilən pulu Şamilə verdiyi vaxtdan iki aydan artıq vaxt keçdiyinə görə ona müraciət etmiş və cavabında bu gün, sabah ödəyəcəyini bildirsədə bu günə qədər borcunu ödəməmişdir. İddiaçı məcbur olub polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparıldıqdan sonra iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də Cavabdeh 2000 manat borcun və 35 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı tanıyır, ona pul lazım olduğuna görə İddiaçı sələmə 2000 manat pul götürmüşdür. Götürdüyü puldan dörd ay hər ay 100 manat olmaqla pul ödəmiş qalan aylarda işləmədiyinə görə borcunun qalan hissəsini ödəyə bilməmişdir. Öz evinin 800 manata aldığı televizorunu 400 manata iddiaçıya satmış və hazırda iddiaçıya 1200 manat borcu qalmışdır. Ona görə də iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çızxarılmasını xahiş etdi. Kürdəmir rayon məhkəməsinin (041)675/2023 nömrəli, 18 may 2023-cü il tarixli məktubuna cavab olaraq Kürdəmir rayon polis şöbəsinin N-3-86/2-12715/2023 nömrəli xx.xx.2023-cü il tarixli, vətəndaş İddiaçı və Cavabdeh barədə şöbədə araşdırılmış materialın surətləri göndərilmişdi. Kürdəmir rayon polis şöbəsinin N-3-86/2-12715/2023 nömrəli xx.xx.2023-cü il tarixli, vətəndaş İddiaçı və Cavabdeh barədə şöbədə araşdırılmış materialın surətindən görünür ki, İddiaçı Cavabdeh qanunsuz hərəkətləri barədə Kürdəmir rayon polis şöbəsinə müraciət etmiş, şöbəyə tərəflər dəvət olunmuş, tərəflərin izahatları alınmış, hər iki tərəflə profilaktiki söhbətlər aparılmış və mübahisə ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Kürdəmir rayon polis şöbəsinin N-3-86/2-12715/2023 nömrəli xx.xx.2023-cü il tarixli, vətəndaş İddiaçı və Cavabdeh barədə şöbədə araşdırılmış material əlavə edilmiş Cavabdeh izahatında o, İddiaçı kitab mağazası açmaq üçün 20 faizlə 2000 manat götürdüyünü, pulu götürdükdən 2 ay sonra Laçının mağazsı iflasa uğradığı üçün Laçının ondan xəbərsiz mağazanı atıb xarici ölkəyə qaçdığını, özü isə isə Kamiləyə 4 ay 200 manatdan ödədiyini, sonra isə xəstə olduğu üçün pul ödəyə bilmədiyini, Kamiləyə təzə işlənməmiş plazma televizoru 400 manata qiymətləndirib verdiyini, bundan sonra Kamilədən pulun üstünü dayandırmasını, hissə-hissə altından ödəyəcəyini, Kamilənin isə onunla razılaşmayaraq pul tam ödəməsini tələb etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsininvə Cavabdeh tərəfindən sadə formada yazılmış xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə İddiaçı xx.xx.2022-ci il tarixdə qaytarmaq şərti ilə 3900 manat borc pul almışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə 15 ildan artıqdır ki, Kürdəmir şəhərində yaşadığı məhəllədə qonşudur. Münasibətləri yaxşı olmuş və biri-birinin evlərinə gediş-gəlişləri olmuşdur. 2021-ci ilin oktyabr ayında Şamil ondan 2000 manat borc pul istəmiş və həmin borcu iki ay müddətində qaytaracağını bildirmişdir. İddiaçıda həmin pul özünə torpaq almaq məqsədilə yığdlğı pullar olmuşdur. Göstərilən pulu Şamilə verdiyi vaxtdan iki aydan artıq vaxt keçdiyinə görə ona müraciət etmiş və cavabında bu gün, sabah ödəyəcəyini bildirsədə bu günə qədər borcunu ödəməmişdir. İddiaçı məcbur olub polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparıldıqdan sonra iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək iddiaçıdan həqiqətən də 2000 manat pul aldığını etiraf etmiş aə həmin puldan 800 manat iddiaçıya qaytardığını və hazırda iddiaçıya 1200 manat borcu qaldığını bildirib borcu yaxın vaxt ərzində ödəyəcəyini bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh iddiaçıdan aldığı borcdan 800 manat ödədiyini bildirsə də o, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 2000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat, cəmi 2035 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat, cəmi 2035 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar