Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-687/2025 24.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat və dövlət rüsumu olaraq ödədiyi 70 manat olmaqla, ümumilikdə 5070 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onu aldadaraq etibarından sui-istifadə etmiş, ona məxsus avtomobili satararaq 10000 manat pulunu ələ keçirmişdir. Belə ki, o, 2022-ci ilin oktyabr ayında Cavabdeh ilə ailə qurmaq məqsədi ilə tanış olmuşdur. Noyabr ayında özünə məxus olan “Chevrolet Cruze” markalı **-DT-*** dövlət nömrə nişanlı avtomobilini satmaq üçün Sumqayıt şəhər 3-cü mikrorayon ərazisində yerləşən notariat kontorunda Cavabdeh sözügedən avtomobili satmaq üçün etibarnamə vermişdir. O, həmin avtomobili 15000 manata satmışdır. Həmin məbləğ yəni 15000 manat bir müddət onda qalmış, həmin pul müqabilində başqa avtomobilləri alıb-satmış, xeyr əldə etmiş və sonunda həmin 15000 manat puldan 5000 manatını ona verərək yerdə qalan 10000 manatı isə yaxın müddət ərzində ona qaytaracağına söz vermişdir. O, dəfələrlə Elmindən pulunu geri qaytarmasını tələb etsə də ondan taladığı pulu geri qaytarmamışdır. Pulu geri qaytarmaq üçün məcbur olub hüquq mühafizə orqanlarına məlumat vermişdir. Faktla bağlı xx.xx.2023-cü il tarixində Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı X1 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sözügedən işdə istintaqçı öz işinə formal yanaşmışdır. Elminin yalan ifadə verərək ona 5000 manat borca pul aldığını etiraf etməsini əsas gətirərək işin mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh cinayət işinin başlanmasının rədd olunması qərarında ona 5000 manat borcunun olduğunu etiraf etsə də əslində 10000 manat borcu qalmışdır. Bu səbəbdən sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasına iddiaçı teleqram göndərərək, yolların buzlu, təhlükəli olduğunu əsas gətirərək iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı X1 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, o, Aytənlə Lalafo saytında tanış olmuş və onun satışa qoyduğu İphone markalı mobil telefonu aldıqdan sonra görüşmüş və bu minvalla tanışlığı yaranmışdır. Aytəninin sonradan Chverolet Cruze markalı avtomobili olduğunu bilmişdir. O, həmin avtomobili satmaq isdədiyini ona demişdir. Aytəndən avtomobilin qiymətini soruşduqda 13500 manata müştəri olarsa maşını satacağıın demişdir. O, Aytənlə tanış olduğu ərəfədə Hyundai Elantra markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili olmuşdur. O, həmin avtomobili satdığından Aytənə məxsus Chevrolet markalı avtomobili almaq istəmişdir. Onlar birlidə DYPİ-nin X3 və Texniki baxış şöbəsinə getmiş, o, Aytənə 13500 manat pul verərək avtomobili adına keçirmişdir. Bundan sonra o, Kia Cerato markalı avtomobili etibarnamə ilə Aytənin adına almışdır. Həmin avtomobili də sonradan satmışdır. O, Cruze markalı avtomobili satdıqdan sonra Aytəndən 3000 manat pul almamışdır. Sonradan isə o, Tohyota Prius markalı avtomobili də alıb, onu da Aytənin adından Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən notariat kontorunda satmışdır. O, avtomoobil alqı-satqısı ilə məşğul olurmuş, Aytənlə birlikdə olduğu ərəfələrdə o, ehtiyacı olduğunu bildirib ondan 5000 manat borca pul da almış, həmin pulu da ona qaytamamışdır. İşin halları odur ki, iddiaçı cavabdehə “Chevrolet Cruze” markalı avtomobilini 15000 manata satdığını, həmin puldan 5000 manatı ona qaytarılsa da qalan 10000 manatının isə qaytarılmadığını bildirir, iddia ərizəsində cavabdehin etiraf etdiyi həcmdə- 5000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini xahiş edir. İddiaçı sübut qismində cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatına istinad edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və ödənişlə bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarında cavabdeh izahatında iddiaçıdan 5000 manat dəyərində borc pul aldığını, həmin pulu ona qaytarmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan 5000 manat borc aldığını etiraf etmişdir, həmin pulun qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı avtomobilin dəyərini ödəməli olduğu halda onun pulunu tam qaytarmamaqla əsassız olaraq varlanmış və 5000 manat borcu qalmışdır. İddiaçı cavabdehdən 5000 manat məbləğində pulun tutulmasını xahiş etdiyindən 5000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə təmin edilməli, Cavabdeh 5000 manat pul tutularaq İddiaçı ödənilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul və ödədiyi dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: R.B.Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-687/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-687/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver