Məhkəmə qərarları › İş №2(041)-69/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-69/2025

10.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-69/2025 10.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahat verərək bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli 2(041)-780/2023 saylı qətnaməsindən göründüyü kimi tərəflərindən verilmiş iddia ərizəsi qismən təmin edilmiş, əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. Lakin hal-hazırda 200 manat məbləğində aliment uşağın xərclərini ödəmir. Belə ki, ötən müddətdə uşaqların yaşayış minimumu yüksəlmişdir. Odur ki, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat məbləğində alimentin Cavabdeh alınaraq, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ilə cavabdeh 2013-cü ildə ailə həyatı qurmuşlar. Birgə nikahlarından Vüsalə adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Aralarında olan nikah Kürdəmir Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Oğlu ayrıldıqdan sonra başqa qadınla ailə həyatı qurmuş və həmin nikahdan iki övladı olmuşdur. Heç bir yerdə işləmir. İddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanı yoxdur. Oğlunun biri İ qrup o, isə İİ qrup əlildir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. İşin hallarından müəyyən olunur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 780/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1234/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay sabit pul məbləğində 180 manat alimentin miqdarı artırılaraq 200 (iki yüz) manat miqdarında müəyyən edilmişdir. İddia ərizəsindən və iddiaçının nümayəndəsinin izahatlarından aydın olur ki, iddia minimum əmək haqqı məbləğinin artımına əsaslandığından icra icraatı qaydasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-3-cü yarımbəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114, 261.0.1, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar