Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-702/2025 02.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 ABŞ dolları pul vəsaitinin və məhkəməyə ödənilmiş 125 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Göyçək Misiriova ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2013-ci il tarixli 040CARL406402 saylı kredit müqaviləsi üzrə zamin qismində tanınmış, bu barədə "xxxx" ASC ilə arasında xx.xx.2013-cü il tarixli, 040FİZAM40640501 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ödəməli olduğu vəsaiti ödəməməsi səbəbindən "xxxx" ASC İddiaçı və Cavabdeh qarşı iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(001)-8617/2016 saylı qətnaməsinə əsasən Cavabdeh ilə "xxxx" ASC arasında olan kredit müqaviləsi ləğv edilməsi, həmin iş üzrə cavabdehlər Cavabdeh və İddiaçı 12,522,04 ABŞ dolları məbləğində vəsait "xxxx" ASCnin xeyrinə tutulması, Cavabdeh mülkiyyətində olan "CHEVROLET CRUZE" markalı, **- GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılaraq bankın kredit tələbi satılmış əmlak hesabına ödənilməsi, artıq məbləğin mülkiyyətçiyə qaytarılması qət edilmişdir. Həmçinin qeyd edilmişdir ki, hərracda satılmış avtomobilin dəyəri banka olan borcu ödəmədikdə, borcun qalan hissəsinin cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Cavabdeh mülkiyyətində olan "CHEVROLET CRUZE" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracı mümkün olmamış, borcun bir hissəsi ödənilə bilməmişdir. Beləliklə, borcun tam şəkildə ödənilməsi Cavabdeh və İddiaçı öhdəliyində qalmışdır. Cavabdeh borcun üzərinə düşən hissəsini ödəməkdən imtina etmiş, İddiaçı tərəfindən məhkəmə qətnaməsinin icrası məqsədi ilə xx.xx.2024-cü il tarixində "xxxx" ASC-yə 7000 ABŞ dolları (11,900 AZN) pul vəsaiti ödəmişdir. Hazırda İddiaçı cavabdeh Göyçək Misirovun kredit borcunun bir hissəsini ödəmiş, bu səbəblə maddi vəziyyəti ağırlaşmışdır. İddiaçı kredit borcu üçün ödənilmiş vəsaitin Cavabdeh tərəfindən geri ödənilməsini tələb edir. İddiaçı hesab edir ki, "xxxx" ASC-yə ödənilmiş 7000 ABŞ dolları (11,900 AZN) pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməlidir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-702/2025 saylı qiyabi qətnaməsi ilə Cavabdeh 7000 (yeddi min) ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 (bir yüz iyirmi beş) manat pul tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-702/2025 saylı qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmiş və xx.xx.2025-ci il tarixli qərardadla İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-702/2025 saylı qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, Cavabdeh "xxxx" ASC-dən kredit götürmüş və tərəflər arasında kredit müqaviləsi üzrə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ödəməli olduğu vəsaiti ödəməməsi səbəbindən "xxxx" ASC iddia tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh ilə "xxxx" ASC arasında olan kredit müqaviləsi ləğv edilməsi, həmin iş üzrə cavabdehlər Cavabdeh və İddiaçı 12,522,04 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Müdafiə etdiyi şəxs İddiaçı tərəfindən məhkəmə qətnaməsinin icrası məqsədi ilə xx.xx.2024-cü il tarixində "xxxx" ASC-yə 7000 ABŞ dolları pul vəsaiti ödəmişdir. Odur ki, İddiaçı kredit borcu üçün ödənilmiş vəsaitin Cavabdeh tərəfindən geri ödənilməsini tələb edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, İddiaçı tanımır. 26 noyabr 2013-cü il tarixdə avtomobil alqı satqısı üzrə 1 nömrəli müqaviləsi ilə İddiaçı avtosevisindən "X1" MMC-dən 19.650 manat məbləğində "CHEVROLET CRUZE" markalı minik avtomobili almış, həmin maşın "xxxx" ASC-nin Badamdar filialında 26 noyabr 2013cü il tarixli kredit müqaviləsi ilə 19705 ABŞ dolları məbləğində, bunun əsasında 26 noyabr 2013-cu il tarixli 18850 manat məbləğində ipoteka müqaviləsi bağlanmış, 26 noyabr 2013cü il tarixli zaminlik müqaviləsi imzalanmış və burada, yəni bankın filialında bank tərəfindən dəvət olunmuş "xxxx" ASC ilə avtomobilin tam dəyərində Avtokasko müqaviləsi bağlandıqdan sonra Banka 200 manat ödəmiş və satış şirkətinə getmiş, burada 5000 manat ödədikdən sonra müqavilədəki avtomaşını təhvil almışdır. Bundan sonra hər ay 09 dekabr 2015-ci il tarixə kimi, yəni 24 ay vaxtlı-vaxtında 570 ABŞ dolları həcmində məbləği "xxxx"ya ödəniş etmişdir. Sonradan banka olan borcu ödəyə bilmədiyi üçün "xxxx" ASC onlara qarşı iddia qaldırmışdır. İddiaçı onun banka borclu olduğu məbləğin 7000 ABŞ dollarını ödədiyini əsas gətirərək məhkəməyə ona qarşı iddia qaldırmışdır. Bunanla razı deyil, odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən: -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 8617/2016 saylı qətnaməsinə əsasən Cavabdeh ilə "xxxx" ASC arasında olan kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı 12,522,04 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh mülkiyyətində olan "CHEVROLET CRUZE" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılaraq bankın kredit tələbi satılmış əmlak hesabına ödənilməsi, artıq məbləğin mülkiyyətçiyə qaytarılması qət edilmişdir. Həmin qətnamədə istinad edilən; - "xxxx" ASC-nin "Badamdar" filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 17% dərəcəsi ilə 48 ay müddətinə 19705 ABŞ dolları məbləğində kredit vermişdir. - "xxxx" ASC ilə İddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin məzmununda aydın olur ki, "borclu" zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlə" "Borclu" "Kreditor" qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin üqaviləyə əsasən "Borclu"nun "Kreditor" qarşısındakı öhdəlikləri icra etməməsi ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, "Zaminlər" "Kreditor" qarşısında borclu ilə eyni semdə məsuliyyət daşıyırlar. - "xxxx" ASC-nin "Badamdar" filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən məlum olur ki, Cavabdeh Mısır qızına məxsus CHEVROLET CRUZE" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərətindən verilmiş seriya AA 111090 saylı, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarışa əsasən məlum olur ki, Cavabdeh mülkiyyətində olan "CHEVROLET CRUZE" markalı, **-GD-*** qeydiyyat nişanlı avtomobilin "xxxx" ASC-nin "Nəsimi" filialı qarşısında ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. - "xxxx" ASC-nin Azərbaycan Respublikası DİN BDYPİ- ünvanladığı xx.xx.2016-cı il tarixli, 1625/1-R saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması barədə ərizəsinə əsasən məlum olur ki, "CHEVROLET CRUZE" markalı, **-GD- *** qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsinə dair bildirişin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsində qeydiyyata alınmasına dair müraciət olunmuş və həmin bildiriş DYP tərəfindən qeydə alınmışdır. -Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(099)-2879/2016 saylı qətnaməsi ilə "xxxx" ASC-də sığortalanmış Cavabdeh məxsus "Chevrolet Cruze" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 09 dekabr 2015-ci il tarixdə avtomobilin mühərrikxanasında elektrik naqillərində qısaqapanma səbəbindən baş vermiş yanğın nəticəsində zərər dəymə faktının sığorta hadisəsi olması müəyyən edilməklə, 4.471 (dörd min dörd yüz yetmiş bir) manat məbləğində sığorta ödənişi və iddianın qaldırılması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi, ümumilikdə isə 4.481 (dörd min dörd yüz səksən bir) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutulub iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-cı il tarixli 2(103)-9746/2017 saylı qətnaməsi ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(099)- 2879/2016 saylı qətnaməsi dəyişdirilərək, “4.471 manat” sözləri “müvafiq məbləğdə sığorta ödənişi” sözləri ilə əvəz edilmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASCnin hesabına 7000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Tərəflərin izahatlarından və işdə olan sənədlərdən müəyyən olunur ki, “Bank Respublika" ASC-nin "Badamdar" filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 17% dərəcəsi ilə 48 ay müddətinə 19705 ABŞ dolları məbləğində kredit vermişdir. "Borclu"nun "Kreditor" qarşısındakı öhdəlikləri icra etməməsi ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla məsuliyyət nəzərdə tutan "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin "Badamdar" filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən məlum olur ki, Cavabdeh Mısır qızına məxsus CHEVROLET CRUZE" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 8617/2016 saylı qətnaməsinə əsasən Cavabdeh ilə "xxxx" ASC arasında olan kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı 12,522,04 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh mülkiyyətində olan "CHEVROLET CRUZE" markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılaraq bankın kredit tələbi satılmış əmlak hesabına ödənilməsi, artıq məbləğin mülkiyyətçiyə qaytarılması qət edilmişdir. İpoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan "CHEVROLET CRUZE markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın baş verdiyi üçün ödənilmiş sığorta məbləği çıxılmaqla, qalan 7000 ABŞ dolları məbləğində borc zamin İddiaçı tərəfindən banka ödənilmişdir. İddiaçı hesab edir ki, "xxxx" ASC-yə ödənilmiş 7000 ABŞ dolları (11,900 AZN) pul vəsaiti Cavabdeh tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə işin faktiki və qanuni hallarına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7000 (yeddi min) ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə tutularaq İddiaçı verilməlidir. İş materiallarından görünür ki, iddiaçı 125 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 (bir yüz iyirmi beş) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-702/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-702/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver