Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-703/2025 28.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunu katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə 11.213,60 (19,063,12 manat) ABŞ dolları pulun müştərək qaydada "xxxx" Səhmdar Kredit Təşkilatına (Azərbaycan Respublikası Beynəlxalq Bankına) ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankında girovda olan “DAİMLER CHRAYSLER-C180” minik markalı, **-CX-*** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında 2012-ci ilin oktyabr ayında cavabdehlər X1 və Cavabdeh2 faktiki olaraq satıb. Cavabdehlərlə aralarında olan razılaşmaya dair notarial qaydada iltizam cavabdehlər tərəfindən imzalanmışdır. Cavabdehlərlə razılaşmaya əsasən onlara satdığı avtomobilin banka qalan 11.213.60 dollar borcunu tərəflər öz üzərlərinə götürmüşdür. Tərəflərin razılaşmasına Bank da razılıq vermiş və hətta bu razılaşmadan sonra Bank tərəfindən avtomobil onların adına sığortalanmışdır. Bu razılaşmaya əsasən avtomobili cavabdehlərə təhvil verib öz işləri ilə məşğul olmaqla bu məsələ ilə maraqlanmamışdır. Bir müddət Rusiya Federasiyasında olub, "xxxx" Səhmdar Kredit Təşkilatının Gəncə Filialının (Azərbaycan Respublikası Beynəlxalq Bankı fəaliyyətini dayandırdıqdan sonra) 15 yanvar 2023-cü il tarixli məktubu ilə onun ünvanına xəbərdarlıq göndərildikdə ona bəlli olub ki, cavabdehlər üzərlərinə götürdüyü öhdəliyi icra etməmiş, banka olan borc ödənilməmiş qalmışdır. Bundan sonra cavabdehlərin onu aldatdıqlarını, avtomobilini əvəzsiz olaraq ələ keçirdiklərini və banka olan borcu ödəməklə bağlı öhdəliklərini icra etmədiklərini bilib. Bu haqda polis orqanlarına dəfələrlə müraciət edib və uzun zaman ərzində araşıdımalar davam etdi. Ancaq cavabdehlər cinayət məsuliyyətinə cəlb edilməyib. Polis orqanları ona bildiriblər ki, onun cavabdehlərə verdiyi avtomobil tapılmır, harada olması bəlli deyil, məsələ mülki xarakterlidir və bu səbəbdən də məhkəməyə müraciət etməlidir. İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təyin edilmiş məhkəmə iclaslarına üzrlü səbəb olmadan gəlmədiyinə görə, iddiaçının yazılı ərizəsinə əsasən xx.xx.2025-ci il tarixdə iş üzrə qiyabi qətnamə çıxarılaraq, iddia təmin edilmişdir. Cavabdehin ərizəsinə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, iş üzrə icraat təzələnərək işə mahiyyəti üzrə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmiş və həmin tarixli məktubla qərardadın surəti tərəflərə göndərilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə bildirişi və telefon nömrələrinə SMS bildirişi göndərilsə də, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşə əlavə edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 iyul 2008-ci il tarixli 2(043)-779/2008 saylı qətnaməsi ilə Azərbaycan Beynəlxalq Bankının Şəmkir filialının cavabdeh İddiaçı qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdeh İddiaçı əsas borc üzrə 12.900 ABŞ dolları məbləğində pul və 19 manat 80 qəpik dövlət rüsumu alınaraq Azərbaycan Beynəlxalq Bankın Şəmkir filialına verilməsi qət edilmiş, borcun ödənilməsi ABB Şəmkir filialı qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı adına qeydə alınmış Daymler-Kraysler C 180 markalı ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomaşınına yönəldilmişdir. İşin faktiki halları kimi, 16 may 2007-ci il tarixli 184 nömrəli kredit müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı Şəmkir filialı tərəfindən İddiaçı illik 24 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 12.000 ABŞ dolları məbləğində kredit verilmişdir. - Həmin tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Daymler- Kraysler C 180 markalı minik avtomobilini banka girov qoymuşdur. - AA № 895783 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində Daymler- Kraysler C 180 markalı ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomaşını İddiaçı adına 15 may 2007-ci il tarixdə qeydə alınmış və ABB Şəmkir filialının icazəsi olmadan özəlləşdirilməməsi qeyd edilmişdir. - İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli 06 nömrəli kredit borcunun ödənilməsinə dair xəbərdarlıq məktubunda, «Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanının icrası ilə əlaqədar olaraq onun "xxxx" ASC-yə olan 11213,6 ABŞ dolları kredit borcun tələb hüququ xx.xx.2017-ci il tarixli, S-AVK-SAM-17 saylı təhvil-təslim aktına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına (bundan sonra "xxxx" QSC) keçmişdir və həmin borc "xxxx" QSC-nin Gəncə filialının balansına götürülmüşdür. Həmin iş üzrə borcu ödəmədiyi üçün məhkəməyə müraciət olunmuş və barəsində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(043)- 779/2008 saylı qətnaməsi çıxarılmışdır. Məhkəmə qətnaməsi üzrə qalıq borcu 11213,60 ABŞ dolları təşkil edir və barəsində olan iş Gəncə şəhər İcra və Probasiya İdarəsinin icraatındadır. Borcunu təmin etmək məqsədilə "xxxx" QSC-nin Gəncə filialına yaxınlaşması, əks halda barəsində məcburi icra tədbirlərinin görülməsi üçün Gəncə şəhər İcra və Probasiya İdarəsinə müraciət olunacağı xəbərdarlıq edilib. - Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olan Cavabdeh1 və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 xx.xx.2012-ci il tarixdə imzaladıqları iltizamda göstərilir: “Cavabdeh1 Gəncə şəhəri, 1 saylı DNK-nun 11 dekabr 2011-ci il tarixli 7E-20- 24154 reyestrli etibarnamə əsasında “DAİMLER CHRAYSLER-C180” minik markalı, mühərrik **********8584, Ban Nè WDB2020181A25811, buraxılış ili 1995, qeydiyyat dövlət nişanlı **-CX-*** olan nəqliyyat vasitəsini girovda olan əsnasında ünvan 2 ünvanda qeydiyyatda olan, Gəncə-Kəpəz RPŞ tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZE № 03857956 seriyalı şəxsiyən vəsiqəsi olan İddiaçı almışam. Mən Cavabdeh1 900 (doqquz yüz) AZN manat məbləği 31 dekabr 2012-ci il tarix müddətinə ödəyəcəyəm və banka qalan borcunun yuxarıda göstərilən nəqliyyat vasitəsi görə ABB Şəmkir filialına ödəyəcəyəm. Bununla əlaqədar vuxarıda göstərilən nəqliyyat vasitəsinə dair hər hansı bir anlaşılmazlıq, ABB Samkir filialından ödəmə (tutma), qanun pozuntusu aidiyyatı üzrə orqanlardan qarşısında çıxarsa mən Cavabdeh2 öhdəmə götürürəm ki, bütün xərcləri özüm ödəyəcəyəm. İddiaçı məsuliyyət daşımır. Biz Cavabdeh1 və öhdəçi Cavabdeh2 göstərilənləri yerinə yetirməsək İddiaçı bizə dair müvafiq orqanlara iddia və tələb irəli sürə bilər. Gələcəkdə bununla bağlı hər hansı bir anlaşılmazlıq baş verərsə sözlərimizə görə məsuliyyət daşımağa hazırıq” qeyd olunub və Cavabdeh1, Cavabdeh2 iltizamın doğruluğunu imza ilə təsdiq edib. İşdə olan sənədlərdən məlum olur ki, 16 may 2007-ci il tarixli 184 nömrəli kredit müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı Şəmkir filialı tərəfindən İddiaçı illik 24 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 12.000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Daymler-Kraysler C 180 markalı minik avtomobilini banka girov qoymuşdur. Borc ödənilmədiyi üçün bankın iddiası əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 iyul 2008-ci il tarixli 2(043)- 779/2008 saylı qətnaməsi ilə cavabdeh İddiaçı əsas borc üzrə 12.900 ABŞ dolları məbləğində pul və 19 manat 80 qəpik dövlət rüsumu alınaraq Azərbaycan Beynəlxalq Bankın Şəmkir filialına verilməsi qət edilmiş, borcun ödənilməsi ABB Şəmkir filialı qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı adına qeydə alınmış Daymler-Kraysler C 180 markalı ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomaşınına yönəldilmişdir. İddiaçı xx.xx.2012-ci il tarixdə həmin avtomobili aralarında imzaladıqları iltizamla Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olan Cavabdeh1 və ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 “satmış”, sonuncular iddiaçının ABB Şəmkir filialına qalan borcun ödənilməsini öhdəsinə götürmüşlər. Halbuki, AA № 895783 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində Daymler-Kraysler C 180 markalı ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomaşını İddiaçı adına 15 may 2007-ci il tarixdə qeydə alınmış və ABB Şəmkir filialının icazəsi olmadan özəlləşdirilməməsi qeyd edilmişdir. Hazırki iddia ərizəsində iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə 11.213,60 (19,063,12 manat) ABŞ dolları pulun müştərək qaydada "xxxx" Səhmdar Kredit Təşkilatına (Azərbaycan Respublikası Beynəlxalq Bankına) ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı bankın əvəzinə və onun xeyrinə məhkəmədə iddia verməyə subyektiv hüququ olmayan şəxs hesab edildiyindən, iddia rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 may 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir. Qeyd edilən hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: · öz iradəsinə uyğun hərəkət etmək; · digər şəxslərdən müəyyən davranışı tələb etmək; · hüquq pozuntusu halında müdafiə olunmaq. Konstitusiya Məhkəməsinin Plenumu həmin Məcəllənin 2.1 və 4.1-ci maddələrinin tələblərini nəzərə almaqla göstərmişdir ki, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərar). Qanunla qorunan maraqları subyektiv hüquqlardan fərqləndirən əsas xüsusiyyətlər ondan ibarətdir ki, subyektiv hüquq obyektiv hüququn müvafiq normasına əsaslandığından konkret xarakter daşıyır, yəni davranışın ölçüsü, növü, subyektləri və s. məlumdur. Qanunla qorunan maraqlara münasibətdə isə icazə verilən davranış üçün dəqiq sərhədlər qanunvericiliklə müəyyən olunmadığından, belə maraqlara uyğun konkret vəzifələr də birbaşa obyektiv hüquq normalarında öz əksini tapmır. Hazırki iş üzrə də iddiaçı öz pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə 11.213,60 (19,063,12 manat) ABŞ dolları pulun müştərək qaydada "xxxx" Səhmdar Kredit Təşkilatına (Azərbaycan Respublikası Beynəlxalq Bankına) ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə iddiası rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-703/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-703/2025
28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver