Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-708/2025 10.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Soltan oğlunun İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ondan hissə-hissə götürmüş olduğu qızıl-zinət əşyalarının dəyəri olaraq 50000 manat məbləğində pulun, girov qoyulmuş onda olan cavabdehə məxsus müxtəlif çeşidli 2 kq 60 qram çəkidə olan qızıl-zinət əşyalarının dəyəri olaraq 154 600 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi və 2 kq 60 qram çəkidə olan qızıl-zinət əşyalarının cavabdehə qaytarılması ilə cəmi 204 600 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinin eyni vaxtda icra olunması və dövlət rüsumu kimi ödənilmiş 496 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı və onun nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işin məhkəmə aidiyyət qaydalarının pozulması əsası ilə verildiyini nəzərə alaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ünvanladığı ərizəsində də, işin məhkəmə aiddiyət qaydalarının pozulması ilə verildiyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, tərəflər fərdi sahibkar olmaqla iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid edildiyindən iddiaçının və onun nümayəndəsinin vəsatəti təmin edilməli və ərizə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-708/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-708/2025
10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver