Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-752/2025 13.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir baş inəyinin ölməsi nəticəsində ona dəymiş ziyanın əvəzi olaraq 1800 manat və ödənilmiş dövlət rüsumuna görə 38 manat, cəmi 1838 manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəsatətlə çıxış edərək, iddia ərizəsini cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin olduğu yer üzrə məhkəməyə verməli olduğu halda, səhvən Kürdəmir Rayon Məhkəməsinə göndərmişdir. Odur ki, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi və bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. Cavabdehin nümayəndəsi X3 iddiaçının vəsatəti ilə razılaşaraq bildirdi ki, iddiaçı hazırki iddia tələbi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi hüquqi ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında özünə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-752/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-752/2025
13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver