Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-760/2024 13.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı qızından 412.05 manat və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Kürdəmir şəhərində yerləşən ELEGANT T/M-də geyimlərin satışı ilə məşğuldur. Mağazalarında həm nağd şəkildə həm də FERRİUM CARİTAL MMC-nin onunla olan əməkdaşlığı nəticəsində Kreditlə (q=nisiyə) satışlar həyata keçirirlər. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon sakini Cavabdeh mağazaya gələrək kreditlə alış etmək istədiyini və aylıq ödəyəcəyini bütün məsuliyyətlə bildirib. Onlar Mağaza olaraq bütün qanunları və şərtləri izzah etdiblər və cavabdehin ödəniş etmədiyi halda borcun üzərinə faiz gələcəyi ona bildirilib. Mağazanın və FERRİUM CARİTAL MMC-nin şərtlərinə razılaşan Cavabdeh kreditlə satışı gerçəkləşdirdi. O, Cavabdeh 447 manat dəyərində məhsul verib. Cavabdeh bu məbləği 6 aylıq, hər ayın 29 da 75 manat, soncu ay isə 72 AZN ödəməklə bağlanacağına və müqavilələrdə qeyd olunan maddələri qəbul etməyinə məsuliyyətinin nə olduğuna dair verdikləri sənədləri imzalayaraq təstiqləmişdi. Bir müddət sonra FERRİUM CARİTAL MMC tərəfindən onlara bildirildi ki, həmin müşqtəri artıq ödəniş etmir və cəmi 1 dəfə ödəniş edilib və hazırda borc 412.05 manatdır və əlavə üstünə faiz gəlir. O, dəfələrlə Cavabdeh yaxın qohumlarının vasitəsi ilə borcun ödənilməsilə bağlı xəbərdarlıq etsə də yaxın günlərdə ödəniş olunacağına söz vermiş lakin sonraadan mağazaya olan borcunu ödəməmişdir. Ona görə də Cavabdeh 412.05 manat və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, təkrar məhkəməyə gəlməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2023-cü il tarixdə SEB000002 nömrəli X2 müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı 6 aylıq kreditlə 447 manat dəyərində məhsul almış, hazırki vaxdadək 75 manat ödəniş etmiş, qalan 412 manat pulu ödəməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2023-cü il tarixdə SEB000002 nömrəli X2 müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı 6 aylıq kreditlə 447 manat dəyərində məhsul almışdır, 6 ay müddətinə 447 manat pulu hər ayın 29-u 75 manat olmaqla S.E.Əhmədova ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən borc alınan borcu qaytarmaması borc verənin vəziyyətini pisləşdirirsə borc verdiyi pulu dərhal tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 412.05 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 442.05 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 412.05 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 442.05 manat pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-760/2024
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-760/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver