Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-762/2023 06.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyətinin direktoru X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2078.4 manat vəsaitin və ödənilmiş 40.78 manat dövlət rüsumunun, cəmi 2119.18 manat məbləğin alınaraq “Kürdəmir-Paimbıq“ Açıq Səhmdar Cəmiyyətin xeyrinə verilməsi və yaxud borcun onunla bağlanmış girov müqaviləsinə əsasən girov qoyduğu 3.33 ha torpaq sahəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2022-ci ilin yanvar ayında “Kürdəmir- Pambıq“ ASC-yə müraciət edərək Türkədi kəndi ərazisində pambıq əkməkdə ona köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xahişinə əsasən “Kürdəmir-Paimbıq“ ASC onunla xx.xx.2022-ci il tarixli, 17 nömrəli müqavilə bağlayaraq 5 hektar torpaq sahəsində pambıq əkmək üçün ona 550 manat dəyərində çiyid toxumu, 75 manat dəyərində çiyid səpilmiş, 80 manat dəyərində şırım işləri görülmüş, 425 manat dəyərində kultivasiya işləri görülmüş, 974 manat dəyərində güzəştli qiymətlə gübrələr verilmiş, pambığın yığılması üçün 750 manat dəyərində işlər görülmüş, bundan başqa onun bank hesabına 2370 manat pul köçürülmüşdür. Cəmi 5434 manat borc vəsaiti verilmişdir. Cavabdeh həmin borc məbləğini əkib-becərdiyi pambıq məhsulundan əldə edəcəyi gəliri hesabına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh “Kürdəmir-Pambıq“ ASC tərəfindən ona borc verilən vəsaiti əkib-becərdiyi pambıq hesabına ödəyəcəyini bildirsə də, bu günə qədər borcunu tam ödəməmiş, bu vaxta kimi “Kürdəmir-Pambıq“ ASC-nə cəmi 3205.6 manat pul ödəmiş, 2078.4 manat borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə iddiaçı “Kürdəmir-Pambıq“ ASC ilə müqavilə bağlıyıb yaşadığı Türkədi kəndi ərazisində 5 hektar torpaq sahəsində pambıq əkmişdir. Müqavilənin şərtlərinə əsasən iddiaçı tərəf 5 hektar torpaq sahəsində pambıq əkməsinə, becərməsinə, gübrələnməsinə, dərmanlanmasına, yığılmasına və s. işlərin görülməsi üçün ona cəmi 2370 manat məbləğində borc vəsait vermişdir. Bütün bunlara baxmayaraq özündən asılı olmayan səbəblərə görə əkdiyi pambıq sahəsindən iddiaçıya 3205.6 manat dəyərində pul vermişdir. İddiaçıya borclu qaldığı pul məbləğini yaxın vaxt ərzində iddiaçıya qaytaracağını bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İşə əlavə olunmuş, 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, 17 nömrəli müqavilədən görünür ki, Cavabdeh “Kürdəmir-Paimbıq“ ASC ilə müqavilə bağlayaraq istehsal etdiyi xam pambığı iddiaçı ilə razılaşdırılmış qaydada iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan, xx.xx.2022-ci il tarixli girov müqaviləsindən görünür ki, 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, 17 nömrəli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər müqabilində mülkiyyətində olan 3.33. ha torpaq sahəsini girov qoymuşdur. İşə əlavə edilmiş, qaimə və ödəniş qəbzlərində “Kürdəmir-Pambıq“ ASC tərəfindən görülmüş işlər və ödənilmiş məbləğlər Cavabdeh Türkədi kəndi ərazisində 5 hektar torpaq sahəsində pambıq əkmək üçün ona 550 manat dəyərində çiyid toxumu verilmiş, 75 manat dəyərində çiyid səpilmiş, 80 manat dəyərində şırım işləri görülmüş, 425 manat dəyərində kultivasiya işləri görülmüş, 974 manat dəyərində güzəştli qiymətlə gübrələr verilmiş, pambığın yığılması üçün 750 manat dəyərində işlər görülmüş, bundan başqa onun bank hesabına 2370 manat pul köçürülmüşdür. İşdə olan, torpağa mülkiyyət hüququna dair JN-115 saylı dövlət aktında X5 Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı əsasında X1 8 nəfər ailə üzvü ilə verilmiş 3.33 ha torpaq sahəsi paylı mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 2022-ci ilin dekabr ayında “Kürdəmir-Pambıq“ ASC-nə müraciət edərək Türkədi kəndi ərazisində pambıq əkməkdə ona köməklik göstərilməsini xahiş etmiş, onun xahişinə əsasən “Kürdəmir-Paimbıq“ ASC onunla xx.xx.2022-ci il tarixli, 17 nömrəli müqavilə bağlayaraq 5 hektar torpaq sahəsində pambıq əkmək üçün ona 550 manat dəyərində çiyid toxumu verilmiş, 75 manat dəyərində çiyid səpilmiş, 80 manat dəyərində şırım işləri görülmüş, 425 manat dəyərində kultivasiya işləri görülmüş, 974 manat dəyərində güzəştli qiymətlə gübrələr verilmiş, pambığın yığılması üçün 750 manat dəyərinfdə işlər görülmüş, bundan başqa onun bank hesabına 2370 manat pul köçürülmüşdür. Cavabdeh həmin borc məbləğini əkib-becərdiyi pambıq məhsulundan əldə edəcəyi gəliri hesabına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh “Kürdəmir-Pambıq“ ASC tərəfindən ona borc verilən vəsaiti əkib-becərdiyi pambıq hesabına ödəyəcəyini bildirsə də, bu günə qədər borcunu tam ödəməmiş, bu vaxta kimi “Kürdəmir-Pambıq“ ASC-nə cəmi 3205.6 manat dəyərində pambıq təhvil vermiş, 2078.4 manat borcu qalmışdır. Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmiş və bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir. İddia tələbinin borcun onunla bağlanmış girov müqaviləsinə əsasən girov qoyduğu 3.33 ha torpaq sahəsinə yönəldilməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, girov müqaviləsində göstərilən 3.33 ha torpaq sahəsi X5 Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı qərarı əsasında cavabdehin atası X1 8 nəfər ailə üzvü ilə verilmiş paylı mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsində cavabdehin payı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. 214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 146.2-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Hazırki iş üzrə Cavabdeh girov müqaviləsinə əsasən girov qoyduğu 3.33 ha torpaq sahəsi üzərində mülkiyyətini təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. Ona görə də bu hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifəllərini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2078.4 manat alınaraq “Kürdəmir- Paimbıq“ Açıq Səhmdar Cəmiyyətinə verilməli, qalan hissədə iddia rədd edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar 40.78 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş 40.78 manat dövlət rüsumu nun 30.78 manatı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2078.40 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.78 manat olmaqla, cəmi 2109.18 (iki min bir yüz doqquz manat 18 qəpik) manat tutlaraq iddiaçı “Kürdəmir-Paimbıq“ Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-762/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-762/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver