Məhkəmə qərarları › İş №2(041)-766/2023

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-766/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-766/2023 05.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyətinin direktoru X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2147.4 manat vəsaitin və ödənilmiş 41.47 manat dövlət rüsumunun, cəmi 2188.87 manat məbləğin alınaraq “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyətin xeyrinə verilməsi və yaxud borcun onunla bağlanmış girov müqaviləsinə əsasən girov qoyduğu 6.66 ha torpaq sahəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək göstərdi ki, Cavabdeh 2022-ci ilin fevral ayında “Kürdəmir-Pambıq“ ASC-yə müraciət edərək Qarasaqqal kəndi ərazisində pambıq əkməkdə ona köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xahişinə əsasən “Kürdəmir-Pambıq“ ASC onunla xx.xx.2022-ci il tarixli, 36 nömrəli müqavilə bağlayaraq 6 hektar torpaq sahəsində pambıq əkmək üçün ona 690 manat dəyərində çiyid toxumu, 90 manat dəyərində çiyid səpilmiş, 198 manat dəyərində şırım işləri görülmüş, 294 manat dəyərində kultivasiya işləri görülmüş, 843 manat dəyərində güzəştli qiymətlə gübrələr verilmiş, pambığın yığılması üçün 900 manat dəyərində işlər görülmüş, bundan başqa onun bank hesabına 1634 manat pul köçürülmüşdür. Cəmi 5001 manat borc vəsaiti verilmişdir. Cavabdeh həmin borc məbləğini əkib-becərdiyi pambıq məhsulundan əldə edəcəyi gəliri hesabına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh “Kürdəmir- Pambıq“ ASC tərəfindən ona borc verilən vəsaiti əkib-becərdiyi pambıq hesabına ödəyəcəyini bildirsə də, bu günə qədər borcunu tam ödəməmiş, bu vaxta kimi “Kürdəmir- Pambıq“ ASC-nə cəmi 2147.4 manat borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş, 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, 36 nömrəli müqavilədən görünür ki, Cavabdeh “Kürdəmir-Paimbıq“ ASC ilə müqavilə bağlayaraq istehsal etdiyi xam pambığı iddiaçı ilə razılaşdırılmış qaydada iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olan, xx.xx.2022-ci il tarixli girov müqaviləsindən görünür ki, 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, 36 nömrəli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər müqabilində mülkiyyətində olan 6.6 ha torpaq sahəsini girov qoymuşdur. İşə əlavə edilmiş, qaimə və ödəniş qəbzlərində “Kürdəmir-Pambıq“ ASC tərəfindən görülmüş işlər və ödənilmiş məbləğlər Cavabdeh Qarasaqqal kəndi ərazisində 6.6 hektar torpaq sahəsində pambıq əkmək üçün ona 690 manat dəyərində çiyid toxumu verilmiş, 90 manat dəyərində çiyid səpilmiş, 198 manat dəyərində şırım işləri görülmüş, 843 manat dəyərində kultivasiya işləri görülmüş, 252 manat dəyərində güzəştli qiymətlə gübrələr verilmiş, pambığın yığılması üçün 900 manat dəyərində işlər görülmüş, bundan başqa onun bank hesabına 1634 manat pul köçürülmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 2022-ci ilin fevral ayında “Kürdəmir-Pambıq“ ASC-nə müraciət edərək Qarasaqqal kəndi ərazisində pambıq əkməkdə ona köməklik göstərilməsini xahiş etmiş, onun xahişinə əsasən “Kürdəmir-Paimbıq“ ASC onunla xx.xx.2022-ci il tarixli, 36 nömrəli müqavilə bağlayaraq 6.6 hektar torpaq sahəsində pambıq əkmək üçün ona 690 manat dəyərində çiyid toxumu verilmiş, 90 manat dəyərində çiyid səpilmiş, 198 manat dəyərində şırım işləri görülmüş, 843 manat dəyərində kultivasiya işləri görülmüş, 252 manat dəyərində güzəştli qiymətlə gübrələr verilmiş, pambığın yığılması üçün 900 manat dəyərində işlər görülmüş, bundan başqa onun bank hesabına 1634 manat pul köçürülmüşdür. Cavabdeh həmin borc məbləğini əkib-becərdiyi pambıq məhsulundan əldə edəcəyi gəliri hesabına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh “Kürdəmir-Pambıq“ ASC tərəfindən ona borc verilən vəsaiti əkib-becərdiyi pambıq hesabına ödəyəcəyini bildirsə də, bu günə qədər borcunu tam ödəməmiş, bu vaxta kimi “Kürdəmir-Pambıq“ ASC-nə cəmi 2853.6 manat dəyərində pambıq təhvil vermiş, 2147.4 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifəllərini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2147.4 manat vəsaiti və ödənilmiş 41.47 manat dövlət rüsumu, cəmi 2188.87 manat alınaraq “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyətin xeyrinə verilməli, həmin borcun tutulması cavabdehlə bağlanmış girov müqaviləsinə əsasən girov qoyduğu 6.66 ha torpaq sahəsinə yönəldilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar 41.47 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş 41.47 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2147.4 manat vəsaiti və ödənilmiş 41.47 manat dövlət rüsumu, cəmi 2188.87 manat alınaraq “Kürdəmir-Pambıq“ Açıq Səhmdar Cəmiyyətin xeyrinə verilsin. Hhəmin borcun tutulması cavabdehlə bağlanmış girov müqaviləsinə əsasən girov qoyduğu 6.66 ha torpaq sahəsinə yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar