Məhkəmə qərarları › İş №2(041)-769/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-769/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-769/2024 13.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X10 Xalıq oğlunun sədrliyi X6 nkatibliyi İddiaçı Cavabdeh X2 iştirakı ilə, İddiaçı Cavabdehlər X3, Cavabdeh2, müstəqil tələb irəli sürməyən 3 cü şəxs "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X3, Cavabdeh2, müstəqil tələb irəli sürməyən 3 cü şəxs "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və Cavabdeh2 "xxxx" ticarət mərkəzinə xx.xx.2023-cü il tarixli 03983902 nömrəli kredit müqaviləsi üzrə “İphone-14 Pro Max” markalı mobil telefona görə qalan kredit borcuna və cəriməyə görə qalan 3000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixində "xxxx" ticarət mərkəzimdən “İphone-14 Pro Max” markalı mobil telefonu kreditlə almış, bu barədə "xxxx" MMC ilə kredit müqaviləsi bağlamışdır. İlkin olaraq ödəniş kimi 145 manat ödəniş etmiş, sonra 12 ay müddətində aylıq 287.5 manat pul vəsaitini ödəməlidir. Bir neçə ay ödəniş etdikdən sonra imkanı olmadığı üçün tanışı X7 ilə aralarında razılıq əldə etmiş, həmin razılığıa əsasən o, telefonu X3 vermiş, X7 isə qalan borcu ödəməli idi. "xxxx" MMC-dən ona zəng vuraraq aylıq ödənişlərin gecikdiyini, ona görə də əlavə cərimələrin gəldiyini ona bildirmişlər. Bu səbəbdən o, X7 barəsində Binəqədi rayon polis idarəsinə müraciət etmiş, araşdırma zamanı məlum olmuşdur ki, X7 həmin telefonu digər Cavabdeh2 vermiş, Cavabdeh2 qalan borcu ödəyəcəyini bildirmişdir. Məhəmməd isə bir neçə ay ödəniş etmiş, sonradan ödənişləri dayandırmışdır. Bununla bağlı dəfələrlə ona zəng edərək borcun ödənilməsi barədə şirkət tərəfindən ona xəbərdarlıq edilmişdir. Bundan sonra dəfələrlə cavabdehlərdən pulunu tələb etmiş, lakin cavabdehlər borclu qaldığı pulu könüllü şəkildə geri qaytarmamışlar. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, sonuncu dəfə pulunu geri tələb edərkən ona məlum olmuşdur ki, Cavabdeh2 adlı şəxs Elmidardan telefonu almış və ödənişləri edəcəyini bildirmişdir. Lakin o, ödənişləri etməmiş və nitəcədə həmin borc onun üstündə qalmışdır. Cavabdeh2 şəxsən tanımamış, belə bir şəxsin varlığından yalnız araşdırma aparılarkən məlumatı olmuşdur. Cavabdehlə arasında olan borc münasibətlərini təsdiq edən sübutları olmasa da, bu barədə dostu Vüqarın məlumatı olmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçını yaxından tanımır. İddiaçını dostu Vüqarın vasitəsilə tanıyıb. Belə ki, Vüqarla uzun müddət iş birlikləri olub. Vüqarla bir yerdə olarkən Əli Vüqara zəng edərək telefonunu satmaq istədiyini bildirmişdir. Bundan sonra Əli onların yanına gəlmiş, həmin vaxt Cavabdeh2 da onların yanında olmuşdur. Onlar telefona baxmış, telefonu Məhəmməd istəmişdir. Əli telefonu Məhəmmədə vermiş, lakin necə razılaşdıqlarından məlumatı olmamışdır. O, ümumiyyətlə Vüqardan telefon almamış, belə bir telefona ehtiyacı olmamışdır. İddiaçının iddia ərizəsində cavabdeh kimi göstərdiyi Cavabdeh2 tanımır. Belə ki, iddia ərizəsində göstərilən Cavabdeh2 Şamaxı şəhərində qeydiyyatdadır. Lakin onların dostu olan Məhəmməd isə Yevlax şəhərində qeydiyyatdadır. Cavabdeh izahatının sonunda iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edərkən Cavabdeh2 izahatında bildirmişdir ki, o, ümumiyyətlə iddiaçını və cavabdeh X4 tanımır. Bu şəxslərin kim olduğunu bilmir. Onlarla heç bir münasibəti olmamışdır. Özü Şamaxı şəhərində yaşayır, işi olandanolana Bakı şəhərinə gedib qayıdır. İşdə olan Binəqədi rayon Polis idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 46-2/2/2—B-15512 saylı məktubda Kontakt Home mağazasından kredit bor müqaviləsi əsasında götürdüyü “İphone-14 Pro Max” markalı mobil telefonu qarşılıqlı razılaşma əsasında tanışı X7 vasitəsilə Cavabdeh2 verməsi və ödəmələrin gecikməsi səbəbindən aralarında yaranmış mübahisəli məsələ və ona dəymiş maddi və mənəvi ziyanla bağlı iddiası üzrə mülki iddia qaydasında aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə tərəflərin izahatını, işin hallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdənlərdən onlara verdiyi telefonun dəyəri olan 3000 manat pulun geri qaytarılmasını tələb etsə də, bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehlərdən X7 iddiaçıdan telefon almadığını, iddiaçıya heç bir borcunun olmadığını, digər Cavabdeh2 isə ümumiyyətlə nə iddiaçını nə də ki, cavabdeh X7 adında şəxsləri tanımadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Nöfəl oğlunun cavabdehlər X3, Cavabdeh2, müstəqil tələb irəli sürməyən 3 cü şəxs "xxxx" MMC qarşı “pul tələbinə dair” iddiası əsassız olduğuna görə rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş 51 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar