Məhkəmə qərarları › İş №2(041)-778/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-778/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-778/2023 06.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5627 manat və dövlət rüsumuna görə ödənilmiş 76.27 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh yaxından tanıyır. 2015-ci ildə Cavabdeh ona müraciət edərək kredit götürmək istədiyini və ona zamin durmasını xahiş etmişdir. Cavabdehi tanıdığına və inandığına görə ona zamin durmuş, cavabdeh "xxxx" QSC-dən kredit götürmüş və kredit müqaviləsi üzrə borcunu ödəmədiyinə görə bank borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsinə əsasən borcun müştərək qaydada tutulması qət olunmuşdur. Bundan sonra qətnamə icra olunması üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsi tərəfindən tutulmalar onun əmək haqqına yönəldilmiş, onun əmək haqqından 5627 manat tutulmuşdur. Bundan sonra cavabdehdən tutulan məbləği tələb etmiş, cavabdeh müxtəlif bəhanələrlə onun pulunu geri qaytarmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan, xx.xx.2015-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı kredit alan Cavabdeh zamin durmuş, kredit müqaviləsi üzrə öhdəliyi müştərək olaraq üzərlərinə götürmüşdür. İş materiallarında olan, "xxxx" QSC-nin Kürdəmir rayon icra və probasiya şöbəsinə ünvanladığı məktubda Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-56/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı aid hissədə icra tədbirlərinin dayandarılması xahiş olunmuşdur. İşdə olan, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 2643.95 ABŞ dollar pulu Cavabdeh əvəzinə Accesbank QSC-nin hesabına ödəmişdir. İşdə olan “Azəriqaz” İB-nin X2 İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı əmək haqqından sentyabr 2022-343.65 manat, oktyabr 2022- 360.69 manat, noyabr 2022-ci il üzrə 383.16 manat pul tutulmuşdur. Məhkəmə iddiaçının izahatını, işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbində zamin kimi cavabdehin banka olan borcundan ödədiyi 5627 manat pulun geri qaytarılmasını tələb edir. İddiasının əsası kimi “Azəriqaz” İB-nin X2 İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışı və xx.xx.2022-ci il tarixli mədaxil qəbzini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5627 manat pu ltutulub iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğuna görə dövlət rüsumunun əvəzi olaraq 76.27 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5627 (beş min alrtı yüz iyirmi yeddi manat) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76.27 (yetmiş altı manat 27 qəpik) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar