Məhkəmə qərarları › İş №2(041)-780/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-780/2023

01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-780/2023 01.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X14 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə Ağagül oğlunun Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1234/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması və xx.xx.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat məbləğində alimentin Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 2010-cu ildə ailə həyatı qurmuş, cavabdehlə birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Lakin uşaqlarından bir bədbəxt hadisə nəticəsində ölmüşdür. Sonradan ailə münasibətləri pozulmuş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-cu il tarixli 2(041)-1234/2022 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 180 manat tutularaq ona ödənilməsi qət olunmuşdur. Hazırda 180 manat aliment uşağın tələbatı üçün kifayət etmir. Uşağın tələbatlarını ödəyə bilmir, cavabdeh isə ona əlavə olaraq heç bir yardım göstərmir. Ona görə də hesab edir ki, təyin olunmuş alimentin miqdarı artırılmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə Ağagül oğlu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələblərini qəbul etməyərək göstərdi ki, cavabdeh onun oğludur. Oğlu Ramil İddiaçı ilə 2010-cu ildə ailə həyatı qurmuş, sonradan ailə münasibətləri iddiaçının təqsiri üzündən pozulmuş, hazırda uşaq iddiaçının himayəsindədir. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1234/2022 saylı qətnaməsinə əsasən Vüsalənin saxlanması üçün oğlu Ramildən hər ay bir uşağa görə sabit pul məbləğində 180 manat aliment tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Hazırda oğlu heç bir yerdə işləmir. Aylıq sabit gəlirə malik deyil. Həmçinin oğlu Ramil Ceyrandan ayrıldıqdan sonra başqa qadınla ailə həyatı qurub və həmin nikahdan iki azyaşlı uşaqları anadan olub. Əldə etdiyi gəlir hesabına həm ailəsini dolandırır, həmçinin məhkəmə tərəfindən təyin olunmuş alimenti ödəyir. Alimentin miqdarı artırılacağı təqdirdə onsuz da pis olan ailə vəziyyəti daha da çətinləşəcək. Cavabdehin nümayəndəsi sadaladığı halları nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; - Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-cu il tarixli 2(041)-1234/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 180 manat aliment tututlaraq İddiaçı ödənilməsi qət olunmuşdur. - AZ İİ 283927 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 nikahları xx.xx.2018-ci il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsində qeyd edilmişdir. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə, X6 xx.xx.2022-ci il tarixdə anadan olublar. - X1 X10 Məşğulluq filialının xx.xx.2023-cü il tarixli arayışında Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olan Cavabdeh adına aktiv əmək müqaviləsinin aşkar olunmadığı qeyd edilmişdir. - DSMF-nin 1 saylı X10 filialının xx.xx.2023-cü il tarixli arayışında Cavabdeh heç bir növ pensiya və sosial müavinət almadığı göstərilmişdir. İşdə olan sənədlərdən və iddia tələbindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2014-cu il tarixdə Vüsalə adlı bir uşaqları anadan olmuş, sonradan ailə münasibətləri pozulduğu üçün hazırda ayrı yaşayırlar. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1234/2022 saylı qətnaməsinə əsasən xx.xx.2014-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 180 manat aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuş, iddiaçı təyin olunan alimentlə hazirki dövrdə uşağı saxlamaq və onun ən sadə təlabatlarını ödəməyin mümkün olmadığını, cavabdehin alimentdən əlavə uşağının saxlanılması üçün ona heç bir yardım etmədiyini əsas götürərək, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh hər ay sabit pul məbləği ilə 220 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh isə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, aylıq sabit gəlirə malik olmadığını, iddiaçıdan ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı qurmasını, həmin nikahdan iki uşağının olmasını nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Hazırki iş üzrə müəyyən edilən hallardan məlum olur ki, iddiaçı alimentin miqdarının artırılmasını cavabdehin yüksək gəlirə malik olması ilə əsaslandırdığı halda, bununla bağlı hər hansı sübutunu işə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf isə iddianın əsassız olmasını məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti çətinliklə ödədiyi, aylıq sabit gəlirə malik olmamasını, ikinci dəfə ailə həyatı qurmasını, həmin nikahdan iki uşağının olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən: 1) Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir; 2) Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hər iki tərəfin dəlilləri, maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının səviyyəsi və diqqətəlayiq digər hallar nəzərə alınmaqla, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1234/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı qismən artırılmalı və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Vüsalə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləği ilə 200 (iki yüz) manat miqdarında aliment alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-cu il tarixli 2(041)- 1234/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 200 (iki yüz) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1234/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 200 (iki yüz) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar