Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-783/2023 10.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh ünvan 2 ünvanda yaşayan Cavabdeh 8500 manat pulun və ödədiyi 105 manat dövlət rüsumu olmaqla ümumilikdə 8605 (səkkiz min altı yüz beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh tanıyır və onunla münasibəti həmişə normal olub. Cavabdeh əvvəllər Dövlət Yanğından mühafizə xidmətinin Hacıqabul şöbəsində işləmiş, sonradan ona məlum olmayan səbəbdən işdən çıxarılmışdır. Təxminən 2 il bundan əvvəl qardaşı oğlu FHN-nə işə düzəltməyi İnşallahdan xahiş etmiş və İnşallah onun təklifi ilə razılaşıb qardaşı oğlunun FHN-nə işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra Cavabdeh təklifi ilə özünə məxsus olan Mersedes markalı minik maşınını İnşallaha vermiş və İnşallah da həmin maşını Sumqayıt şəhərində Həmid adlı avtosalona girov qoyaraq 2800 manat pul götürərək onun maşınını kreditə salmışdır. Cavabdeh onun qardaşı oğlunu işə düzəldəcəyi təqdirdə avtomobilin aylıq 400 manat kreditini özü ödəyəcəyini, əgər qardaşı oğlunu işə düzəldə bilməyəcəyi halda pulu ödəyib onun maşınını özünə qaytaracağını bildirmişdir. Aradan 8 ay keçəndən sonra cavabdeh qardaşı oğlunu işə düzəldə bilməmiş və Həmid avtosalonunda qalan Mersedes markalı maşınının kreditini cavabdeh ödəmədiyinə görə avtosalonun işçiləri onun maşınını satmışlar. Bundan sonra Cavabdeh təklifi ilə gəlininin qızıllarını Kürdəmir rayonunda fəaliyyət göstərən Məlahət adlı qadına məxsus Lombarda girov qoyub cavabdehin adına 2000 manat pul götürmüş, 1000 manatda əlavə borc alıb İnşallahla birlikdə Sumqayıt şəhərinə gedib 3000 manat pulu avtosalona ödədikdən sonra hər ay 350 manat kredit ödəmək şərti ilə mersedes markalı avtomobili geri almışlar. Lakin Cavabdeh lombarda qoyulan qızılların faizini və avtomobilin kreditini ödəmədiyinə görə cavabdehin ona ümumilikdə 8500 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehdən 8500 manat pulu ödəməsini tələb etsə də cavabdeh hər dəfə bir bəhanə ilə pulu ödəməkdən yayınmışdır. Bundan sonra o, Kürdəmir rayon polis şöbəsinə müraciət etmiş və polis şöbəsində araşdırma zamanı Cavabdeh onu aldatdığını və ona borclu olduğu 8500 manatı etiraf etmiş, lakin həmin puldan 4000 manatını ödədiyini bildirib hazırda ona 4500 manat borcu qaldığını bildirmişdir. Əslində isə cavabdehin hazırda ona 8500 manat borcu var. Cavabdeh ona 4000 manat qaytardığını bildirsə də o, bununla bağlı polis şöbəsində heç bir sübut təqdim etməmişdir. Polis şöbəsində Cavabdeh ilə aralarında olan mübahiisənin mülki xarakterli olduğunu bildirib ona məhkəməyə müraciət etməsini izah etmişlər. Ona görə də cavabdeh ünvan 2 ünvanında yaşayan Cavabdeh 8500 manat pulun və ödədiyi 105 manat dövlət rüsumu olmaqla ümumilikdə 8605 (səkkiz min altı yüz beş) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Kürdəmir rayonunun Şilyan kəndində yaşayan İddiaçı tanışı Kürdəmir şəhər sakini Cavabdeh tərəfindən ona məxsus olan 10.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı toplanmış material üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanması rədd edilmiş, İddiaçı iddiası mülki xarakterli olduğundan mülki qaydada məfhkəməyə müraciət etməkləri İddiaçı izah edilmsişdir. Həmin materiala əlavə edilmiş Cavabdeh Kürdəmir rayon polis şöbəsində verdiyi izahatında İddiaçı hazırda 4500 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib həmçinin iş materiallarına əlavıə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı o, Cavabdeh tanıyır və onunla münasibəti həmişə normal olub. Cavabdeh əvvəllər Dövlət Yanğından mühafizə xidmətinin Hacıqabul şöbəsində işləmiş, sonradan ona məlum olmayan səbəbdən işdən çıxarılmışdır. Təxminən 2 il bundan əvvəl qardaşı oğlu FHN-nə işə düzəltməyi İnşallahdan xahiş etmiş və İnşallah onun təklifi ilə razılaşıb qardaşı oğlunun FHN-nə işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra Cavabdeh təklifi ilə özünə məxsus olan Mersedes markalı minik maşınını İnşallaha vermiş və İnşallah da həmin maşını Sumqayıt şəhərində Həmid adlı avtosalona girov qoyaraq 2800 manat pul götürərək onun maşınını kreditə salmışdır. Cavabdeh onun qardaşı oğlunu işə düzəldəcəyi təqdirdə avtomobilin aylıq 400 manat kreditini özü ödəyəcəyini, əgər qardaşı oğlunu işə düzəldə bilməyəcəyi halda pulu ödəyib onun maşınını özünə qaytaracağını bildirmişdir. Aradan 8 ay keçəndən sonra cavabdeh qardaşı oğlunu işə düzəldə bilməmiş və Həmid avtosalonunda qalan Mersedes markalı maşınının kreditini cavabdeh ödəmədiyinə görə avtosalonun işçiləri onun maşınını satmışlar. Bundan sonra Cavabdeh təklifi ilə gəlininin qızıllarını Kürdəmir rayonunda fəaliyyət göstərən Məlahət adlı qadına məxsus Lombarda girov qoyub cavabdehin adına 2000 manat pul götürmüş, 1000 manatda əlavə borc alıb İnşallahla birlikdə Sumqayıt şəhərinə gedib 3000 manat pulu avtosalona ödədikdən sonra hər ay 350 manat kredit ödəmək şərti ilə mersedes markalı avtomobili geri almışlar. Lakin Cavabdeh lombarda qoyulan qızılların faizini və avtomobilin kreditini ödəmədiyinə görə cavabdehin ona ümumilikdə 8500 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehdən 8500 manat pulu ödəməsini tələb etsə də cavabdeh hər dəfə bir bəhanə ilə pulu ödəməkdən yayınmışdır. Bundan sonra o, Kürdəmir rayon polis şöbəsinə müraciət etmiş və polis şöbəsində araşdırma zamanı Cavabdeh onu aldatdığını və ona borclu olduğu 8500 manatı etiraf etmiş, lakin həmin puldan 4000 manatını ödədiyini bildirib hazırda ona 4500 manat borcu qaldığını bildirmişdir. Əslində isə cavabdehin hazırda ona 8500 manat borcu var. Cavabdeh ona 4000 manat qaytardığını bildirsə də o, bununla bağlı polis şöbəsində heç bir sübut təqdim etməmişdir. Polis şöbəsində Cavabdeh ilə aralarında olan mübahiisənin mülki xarakterli olduğunu bildirib ona məhkəməyə müraciət etməsini izah etmişlər. İddiaçı X6 Cavabdeh ona 8500 manat borcunun olduğunu bildirsə də o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İş materiallarını əlavə edilmiş Kürdəmir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı tanışı Kürdəmir şəhər sakini Cavabdeh tərəfindən ona məxsus olan 10.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı toplanmış material üzrə araşdırma aparılarkən Cavabdeh izahatında İddiaçı hazırda 4500 manat borcunun olduğunu bildirmişdir. Belə olan halda məhkəmə cavabdeh X1 hazırda iddiaçı X4 4500 manat borcunun olması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 4500 manat əsas borc və AR MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi 105 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə münasib olaraq 55 manat, bütövlükdə 4555 manat pul alınaraq iddiaçı X4 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borca görə 4500 manat məbləğində pul və ödənilmiş dövlət tüsumunu görə 55 manat, ümumilikdə 4555 (dörd min beş yüz əlli beş) manat pul alınaraq iddiaçı X4 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-783/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-783/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver