Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-786/2025 20.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh idarə etdiyi minik avtomobili ilə ona məxsus olan 300.00 manat dəyərində 1 baş qoyunun vuru öldürməsi ilə əlaqədar olaraq dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində ona məxsus olan 40 baş xırdabuyunuzlu qoyunları kəndin kənarında örüş sahəsinə otarmaq üçün aparıb. Qoyunların bir necəsinın örüş sahəsindən kənarda olduğundan onların örüş sahəsinə qaytarılması üçün getdiyi vaxt kənd sakini X1 onu cağıraraq 1 baş qoyunun öldüyünü bildirdi. Həmin 1 baş qoyunun Bakı şəhəri Səbail rayonu, Xəqani küçəsi ev 22- də qediyyatda olan və Bakı şəhəri, Nizami rayonu Naxçıvanskiy küçəsi ev 8A, mənzil 84-də yaşayan X4 idarə etdiyi X13 Prado markalı **-KD-*** dövlət qediyyat nişanlı minik avtəmobili ilə Kürdəmir rayonu Qarasaqqal kənd ərazisində özünə məxsus olan fermaya gedən torpaq yolda su kanalının körpüsünün üstündən keçərkən vurduğunu özü və maşında olan kənd sakinləri X2, X7 və X8 təsdiq edib. Cavabdeh qoyunun niyə vurub öldürdüyünü və ona dəyən zərərin ödənilməsini tələb edib. Cavabdeh isə ona hec bir ziyan ödəməcəyini və qoyunun leşinin götürüb rədd etməsini bildirib. O məcbur olub DİN-nin 102 xidmətinə zəng edərək Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə ona məxsus olan 1 baş qoyunun vurub öldürməsi və ona 300,00 manat ziyan dəydiyi barədə məlumat verib. Müraciətindən sonra Kürdəmir rayon Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Sadıq Sadıqov hadisə yerinə gəlmişdir. İş araşdırıldıqdan sonra Kürdəmir rayon Polis Şöbəsi tərəfindən ona məktub ünvanlanaraq bu işin mülki iddia xarakterli olduğuna görə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianınn təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan, Kürdəmir RPŞ-də İddiaçı ünvanladığı məktubda, Kürdəmir rayon Polis Şöbəsi tərəfindən hadisə yerinədə araşdırılma aparıldığı, toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi və işin mülki iddia xarakterli olduğuna görə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə sorğusu ilə tələb edilmiş və iş materiallarına əlavə edilmiş, İddiaçı müraciəti ilə bağlı Kürdəmir RPŞ-nin TB-də araşdırılmış HK-1/2236 nömrəli təhqiqat materallarında olan: - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda yol nəqliyyat hadisəsinin yeri, yol örtüyü, nəqliyyat vasitəsinin vəziyyəti və sair baxış keçirilmiş, fotoşəkillər və yol-nəqliyyat hadisəsinin sxemi çəkilərək protokola əlavə edilmişdir. - Cavabdeh verdiyi izahatında su kanalının körpüsünün üstündən keçərkən avtomobil oynadığına görə yerə düşdüyünü, qoyunlardan birinin idarə etdiyi avtomobilin arxa sağ qapısına dəyərək arxa təkərin altına düşdüyünə görə öldüyünü bildirmişdir. - Həmin vaxt atomobildə olan sərnişinlər X2, X7 və X8 şahid kimi verdikləri iizahatlarında Cavabdeh izahatı olduğu kimi təkrar köçürülərək işə əlavə edilmişdir. - Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarında Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 14 radələrində idarə etdiyi X13 Prado markalı **-KD-*** dövlət qediyyat nişanlı minik avtəmobili ilə Kürdəmir rayonu Qarasaqqal kənd ərazisində özünə məxsus fermaya gedən torpaq yolda həmin kənd sakini İddiaçı məxsus bir baş xırdabaşlı qoyun heyvanını ehtiyatsızlıq səbəbindən vurduğu üçün öldüyü təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1108.1-ci maddəsinə göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı ona dəymiş ziyanın cavabdehdən tələb etməsi qanuni və əsaslıdır. Tələb edilən maddi ziyanın məbləği ilə bağlı cavabdeh tərəf etiraz təqdim etməmiş və iştirak etdiyi məhkəmə iclaslarında bu məbləği mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 300 manat pul tutularaq İddiaçı verilməlidir. İş materiallarından görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir rayon məhkəməsinə ərizə verməyə haqlıdır. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-786/2025
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-786/2025
20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver