Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-791/2025 11.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 20400 manat və dövlət rüsumu olaraq ödədiyi 151.20 manat olmaqla, cəmi 20551.20 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 05 saylı qərarı ilə ona verilmiş 0,12 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsinin 49,72 kv.metr hissəsi 2007-ci il tarixdə Muradxan Kənd İcra Nümayəndəsi işləmiş Cavabdeh tərəfindən vəzifə səlahiyyətlərindən istifadə etməklə zəbt olunaraq saxta sənədlər əsasında "xxxx" MMC şirkəti ilə hüquqi əsası olmayan müqavilə bağlayaraq ötürücü anten quraşdırılmış və 2007ci il tarixdən 2024-cü il tarixədək həmin şirkətdən hər il üçün 1200 (bir min iki yüz) manat, yəni 17 il ərzində ona çatacaq (17x1200=20400) 20400 manat pulu vicdansızcasına sahiblik edərək mənimsəmiş, Cavabdeh məhz onun hesabına müəyyən məbləğdə fayda əldə edərək qazanmışdır. 2007-ci ilə kimi torpaq sahəsi onun olmuşdur. Daha sonra isə Cavabdeh onun torpaq sahəsini özü istifadə etməyə başlamışdır. O, ilk dəfə torpaq sahəsində antena qurulan zaman torpaq sahəsinin ona məxsus olması ilə bağlı dövlət aktının olduğunu bildirsə də, Cavabdeh onunla razılaşmamışdır. 2-3 il ərzində dövlət orqanlarına müraciət etsə də heç bir nəticə verməmişdir. O, dəfələrlə Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olmasını bildirmiş, Cavabdeh həmin torpaq sahəsinin bələdiyyəyə məxsus olmasını bildirərək, vəzifə səlahiyyətlərindən isifadə edib şikayətinin müvafiq orqanlarda araşdırılmasına imkan verməmişdir. Sonda məcbur olun Cavabdeh qanunsuz əməlləri barədə Azərbaycan Respublikaslı Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etmiş və müraciəti araşdırılması üçün Kürdəmir rayon prokurorluğuna göndərilmişdir. Kürdəmir rayon prokurorluğu da şikayətinin obyektiv araşdırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə sorğu göndərilmiş və həqiqətən də "xxxx" MMC tərəfindən quraşdırımış ötürücü antenanın ona məxsus torpaq sahəsində quraşdırıldığı müəyyən olunmuşdur. Bundan sonra "xxxx" MMC-yə rəsmi müraciət edərək qurulan antenanın ona məxsus torpaq sahəsində qurulduğunu və Cavabdehla aralarında bağlanmış müqavilənin ləğv edilməsi tələbi ilə müraciətindən sonra MMC Cavabdehla müqaviləni ləğv etmiş və onunla müqavilə bağlamışdır. Bundan sonra o Cavabdeh 17 il ərzində hər ili üçün hesablanmış 1200 manat olmaqla cəmi 20400 manat pulu qaytarmasını tələb etsə də o, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. Bundan sonra məcbur olub mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, ümumiyyətlə həmin torpaq sahəsi İddiaçı mülkiyyətində deyil, bələdiyyə mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi İddiaçı sadəcə istifadəsində olmuşdur. 2007-ci il tarixdə həmin torpaq sahəsində sürüşmə olmuşdur. Sözügedən torpaq sahəsi aqrar islahat zamanı vətəndaşların pay torpaq sahəsi kimi işlənmişdir. Həmçinin iddia müddəti ötürülmüşdür. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0011 KOD 90614018 nömrəli Dövlət aktından görünür ki, xx.xx.2003-cü il tarixdə ünvan 2 sakini İddiaçı Kürdəmir rayonu Aqrar İslahat Komissiyasının 26 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə 0.12 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi verilmiş, 09 nömrə ilə Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Muradxan bələdiyəsinin xx.xx.2007ci il tarixli 04 saylı Torpaq icarəsi müqaviləsindən görünür ki, Muradxan kənd sakini Cavabdeh 99 il müddətinə 0.70 ha ölçüdə torpaq sahəsi əkin məqsədi üçün icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə və ona əlavə edilmiş xx.xx.2010-cu il tarixli razılaşmaya əsasən, Kürdəmir rayonunun Muradxan kəndində yerləşən torpaq sahəsi bir il üçün bütün vergilər də daxil olmaqla 1800 manat icarə haqqı müqabilində "xxxx" MMC-yə mobil baza stansiyası üçün lazım olan avadanlıqlar və stansiyanın elektirik təchizatı üçün avadanlıqlar yerləşdirməsi barədə razılığa gəlmişlər. Müqavilənin müddəti xx.xx.2012-ci il bitdikdən sonra əlavə 3 il müddətinə uzadılır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək illik icarə haqqı müvafiq vergilər xaric olmaqla 1548 manat olmaqla Kürdəmir rayonunun Muradxan kəndində yerləşən ümumi sahəsi 100 (yüz) kv.m. olan torpaq sahəsini mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün Cavabdeh tərəfindən "xxxx" MMC-yə icarəyə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-5127/2024 nömrəli Kürdəmir Rayon Prokurorluğuna ünvanlanmış məktubdan görünür ki, aparılan araşdırma zamanı Cavabdeh 01 aprel 2007-ci il tarixli 4 saylı icarə müqaviləsi əsasında verilmiş 0.70 hektar torpaq sahəsinin koordinatlar əks olunun torpaqayırma sxemi mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı Aqrar islahat komissiyasının 26 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə JN-11 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktı əsasında ayrılmış 0.12 hektar torpaq sahəsinin koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatına əsasən müəyyən edilmişdir. İddiaçı Aqrar islahat komissiyasının 26 iyul 2002ci il tarixli 05 saylı qərarı ilə JN-11 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında ayrılmış 0.12 hektar torpaq sahəsinin 0.0361 hektar hissəsi Cavabdeh naturada göstərdiyi 0.28 hektar torpaq sahəsi ilə, 49.72 kv.m hissəsi isə Mobil şəbəkə qülləsinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Əlavə olaraq bildirilir ki, İddiaçı Aqrar islahat komissiyasının 26 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə JN-11 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında ayrılmış 0.12 hektar torpaq sahəsinin 0.0434 hektar hissəsi İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 0.26 hektar torpaq sahəsi ilə üstə-üstə düşür. İş materialarında olan müqavilədən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə SVN3029 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin predmetindən görünür ki, ünvan 2i ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 100 kv.m olan icarə obyekti icarəçinin istifadəsinə verilmiş, icarəçi isə bunun müqabilində bu Müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəyir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə 27/1316 nömrəli Azərbaycan Respublikası Vəkillər kollegiyası Göyçay rayon vəkil bürosuna ünvanlanmış məktubdan görünür ki, Muradxan kənd sakini Cavabdeh 01 aprel 2007-ci il 04 saylı protokolla icarəyə verilmiş 0.70 ha torpaq sahəsi və Muradxan kənd sakini İddiaçı Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci 05 saylı qərarı ilə verilmiş 0.12 ha torpaq sahəsi ilə əlaqadar olaraq bildirilir ki, sözü gedən ərazi, aqrar islahat zamanı vətəndaşların pay torpaq sahəsi kimi işlənib və heç bir həyətyanı torpaq sahəsi kimi nəzərdə tutulmayıb. Sözügedən 0.70 ha torpaq sahəsinə əkin məqsədi ilə JN-8,9,10,11,12,13 saylı dövlət aktı işlənmişdir. Həmin ərazidə heç bir 0.12 ha həyətyanı torpaq sahəsi yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli 863 nömrəli məktubundan görünür ki, "xxxx" MMC (əvvəlki adı Azerconnect) ilə Cavabdeh arasında illik icarə haqqı vergilər xaric olmaqla 1548 (min beş yüz qırx səkkiz) manat olan 08 dekabr 2022-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən mobil baza stansiyasının quraşdırılması üçün ünvan 2i ünvanında yerləşən 100 kv.m torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Eyni zamanda bildirilir ki, ünvan 2ində yaşayan İddiaçı Cəmiyyətə müraciət edərək mobil baza stansiyasının quraşdırıldığı torpaq sahəsinin onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini bildirmiş, bunu təsdiq edən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin məktubunu və torpaq sahəsinin planını təqdim etmişdir. Bu səbəbdən də İddiaçı ilə həmin torpaq sahəsi ilə bağlı 18 dekabr 2024-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır. Əlavə olaraq bildirilir ki, Cavabdeh ilə 2008-ci il tarixdə həmin torpaq sahəsi ilə bağlı "xxxx" MMC arasında icarə müqavilə bağlanılmış və həmin müqavilə bağlanan zaman Cavabdeh torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə Kürdəmir rayon Muradxan bələdiyyəsi arasında imzalanmış icarə müqaviləsi, bələdiyyə üzvlərinin protokolu, akt və digər sənədləri təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə 27/1458 nömrəli Azərbaycan Respublikası Vəkillər kollegiyası Göyçay rayon vəkil bürosuna ünvanlanmış arxiv məlumatların verilməsi barədə məktubdan görünür ki, "xxxx" MMC-yə məxsus mobil telefon rabitəsinə aid avandanlığın yerləşdiyi ərazinin İddiaçı və Cavabdeh məxsus torpaq sahələrində yerləşib-yerləşməməsi barədə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin arxiv sənədlərində hər hansı bir məlumat aşkar edilməmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20400 manat manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC və Cavabdeh arasında imzalanmış xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə və ona əlavə edilmiş xx.xx.2010-cu il tarixli razılaşmaya əsasən Kürdəmir rayonunun Muradxan kəndində yerləşən torpaq sahəsi "xxxx" MMC-yə mobil baza stansiyası üçün lazım olan avadanlıqlar və stansiyanın elektirik təchizatı üçün avadanlıqlar yerləşdirməsi müqavilənin müddətinin xx.xx.2012-ci il bitdikdən sonra əlavə 3 il müddətinə uzadılması barədə razılığa gəlinmiş, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ilə isə xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək Kürdəmir rayonunun Muradxan kəndində yerləşən ümumi sahəsi 100 (yüz) kv.m. olan torpaq sahəsininin mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün Cavabdeh tərəfindən "xxxx" MMCyə icarəyə verilmiş, ünvan 2ində yaşayan İddiaçı Cəmiyyətə müraciət edərək mobil baza stansiyasının quraşdırıldığı torpaq sahəsinin onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini bildirmiş, bunu təsdiq edən "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin məktubunu və torpaq sahəsinin planını təqdim etmişdir. Bu səbəbdən də İddiaçı ilə həmin torpaq sahəsi ilə bağlı 18 dekabr 2024-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, dəfələrlə Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olmasını bildirsə də Cavabdeh həmin torpaq sahəsinin bələdiyyəyə məxsus olmasını bildirərək, vəzifə səlahiyyətlərindən isifadə edib şikayətinin müvafiq orqanlarda araşdırılmasına imkan verməmişdir. Cavabdeh 17 il ərzində ona çatacaq 20400 manat pulu vicdansızcasına sahiblik edərək mənimsəmiş, onun hesabına fayda əldə edərək qazanmışdır. Bundan əlavə məhkəmə iclasında izahatında da iddiaçı bildirmişdir ki, o, 2007-ci ilə kimi torpaq sahəsi onun olmuşdur. Daha sonra isə Cavabdeh onun torpaq sahəsini özü istifadə etməyə başlamışdır. İlk dəfə torpaq sahəsində mobil telefon rabitəsinə aid avadanlıq qurulan zaman torpaq sahəsinin ona məxsus olması ilə bağlı dövlət aktının olduğunu bildirsə də, Cavabdeh onunla razılaşmamışdır. 2-3 il ərzində dövlət orqanlarına müraciət etsə də heç bir nəticə verməmişdir. Beləliklə məhkəmə iclasında iddiaçının verdiyi izahat və iddia ərizəsindən açıq şəkildə görünür ki, iddiaçı ona məxsus pay torpaq sahəsində mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirildiyi vaxtdan etibarən həmin torpaq sahəsinin özünə məxsus olduğunu bilmiş, lakin 2008-ci ildən bəri dövr ərzində heç bir hüquqi addım atmamış, məhkəməyə müraciət etməmiş, məhkəməyə hazırki tələblə xx.xx.2025-ci il tarixdə, yəni təxminən 17 ilə yaxın müddətdən sonra müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi və vəkili məhkəməyə iddia müddətinin keçməsi barədə ərizə ilə müraciət etmişdir. Buna görə də məhkəmə, iddianın verilmə müddətinin ötürüldüyünü nəzərə alaraq, iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsində əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsində əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-791/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-791/2025
11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver