Məhkəmə qərarları › İş №2(041)-804/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-804/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-804/2024 20.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3800 manat pul və ödədiyi 55 manat dövlət rüsumu, ümumilikdə 3855 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, cavabdehi əvvəllər tanımayıb. Təsadüf nəticəsində cavabdehlə tanış olub. Nurlanla münasibətləri yaxşı olub. Nurlan Müxtəlif vaxtlarda ondan ümumilikdə 3800 manat borc pul alıb. Bir neçə dəfə pula ehdiyacının olduğunu, həmin pulu tez bir zamanda geri qaytaracağını bildirsə də aradan uzun müddət keçməsinə baxmayaraq Nurlan ona olan borcunu qaytarmayıb. O, bununla bağlı ona dəfələrlə zəng vursada heç bir nəticəsi olmayıb. Nurlan tərəfindən pulunun geri qaytarılması üçün polis şöbəsinə müraciət edib. Onun müraciəti əsasında Səbail rayon 8ci polis bölməsində araşdırılma aparılmış və Nurlanın ona həqiqətəndə 3800 manat borcunun olduğu bir daha sübuta yetirildi. Ona görə də Cavabdeh 3800 manat pul və ödədiyi 55 manat dövlət rüsumu, ümumilikdə 3855 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilmiş, həmçinin Cavabdeh istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılmış və Cavabdeh hazırda Laçın şəhərində tikintidə işlədiyinə görə məhkəməyə gələ bilmir, İddiaçı heç bir borcunun olmadığını bildirmiş işə onun iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməməsini xahiş etmidir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Səbail rayon polis İdarəsinin 8-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Fərid Nəsibovun İddiaçı məlumatı və ərizəsi əsasında toplanmış HK-2147 nömrəli material üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması rədd edilmiş, İddiaçı iddiası mülki iddia xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmək hüquqları İddiaçı izah edilmişdir. Həmin material üzrə Səbail rayon polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılarkən Cavabdeh mobil telefon vasitəsi ilə İddiaçı pul borcunun olduğunu, sonuncu dəfə ondan 300 manat pulu Bakı şəhəri, Səbail rayonu 20-ci sahə deyilən yerdə aldığını bildirmişdir. Məhkəmə iddiaçının və işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdehi əvvəllər tanımayıb. Təsadüf nəticəsində cavabdehlə tanış olub. Nurlanla münasibətləri yaxşı olub. Nurlan Müxtəlif vaxtlarda ondan ümumilikdə 3800 manat borc pul alıb. Bir neçə dəfə pula ehdiyacının olduğunu, həmin pulu tez bir zamanda geri qaytaracağını bildirsə də aradan uzun müddət keçməsinə baxmayaraq Nurlan ona olan borcunu qaytarmayıb. O, bununla bağlı ona dəfələrlə zəng vursada heç bir nəticəsi olmayıb. Nurlan tərəfindən pulunun geri qaytarılması üçün polis şöbəsinə müraciət edib. Onun müraciəti əsasında Səbail rayon 8-ci polis bölməsində araşdırılma aparılmış və Nurlanın ona həqiqətəndə 3800 manat borcunun olduğu bir daha sübuta yetirmişdi. Ona görə də Cavabdeh 3800 manat pul və ödədiyi 55 manat dövlət rüsumu, ümumilikdə 3855 manat pulun alınaraq ona verilməsini tələb edir. Məhkəmə araşdırması zamanı Cavabdeh istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılmış və Cavabdeh hazırda Laçın şəhərində tikintidə işlədiyinə görə məhkəməyə gələ bilmədiyini bildirmiş, İddiaçı heç bir borcunun olmadığını bildirmiş işə onun iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməməsini xahiş etmidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh 3800 manat borc pul tələb etsə də o, cavabdehə borc pul verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciəti əsasında Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda İddiaçı müraciəti ilə əlaqədar olaraq Cavabdeh izahatının alınması üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlanılması və Cavabdeh hal-hazırda Laçın şəhərində olduğu və orada işlədiyi, İddiaçı pul borcunun olduğunu, sonuncu dəfə İddiaçı 300 manat pulu Bakı şəhəri, Səbail rayonu 20-ci sahə deyilən yerdə aldığını bildirməsi qeyd edilmişdir. Məhkəmədə həmin mülki işə baxılarkən cavabdehin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu vasitəsi ilə Cavabdehla əlaqə saxlanılarkən o, hazırda Laçın şəhərində olmaqla orada işlədiyini və İddiaçı heç bir borcunun olmadığını bildirmişdir. Belə olan halda məhkəmə, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarında Cavabdeh sonuncu dəfə İddiaçı 300 manat pulu Bakı şəhəri, Səbail rayonu 20-ci sahə deyilən yerdə alması barədə telefon vasitəsi ilə verdiyi məlumatın həqiqətə uyğun olması və həmin məlumatın həqiqətən Cavabdeh tərəfindən verilməsi araşdırma aparan polis əməkdaşı tərəfindən müəyyən edilmədiyindən həmin məlumat məhkəmə tərəfindən iş üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar