Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-806/2024 30.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X14 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)- 953/2019 saylı qətnaməsi dəyişdirilərək yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat, ümumilikdə 470 manat pul məbləğinin cavabdeüh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 2014-cü ildə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2015-ci il tarixdə X8 və xx.xx.2017-ci il tarixdə X9 adlı iki uşaqları anadan olmuşdur. Kürdəmir rayon məhkəməsinin 2(041)-2824/2016 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, Kürdəmir rayon məhkəməsinin 2(041)-674/2017 saylı qətnaməsinə əsasən 2 nəfər uşağın saxlanması üçün hər ay hər uşağa görə 80 manat pul tutularaq ona ödənilməsi qət olunub. Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(041)-953/2019 saylı qətnaməsinə əsasən 2(041)-674/2017 saylı qətnaməsi dəyişdirilərək hər ay hər uşağa görə 100 manat aliment tutulub ona ödənilməsi qət olunub. Məhkəmənin qətnaməsi ilə təyin edilmiş alimentlə uşağı saxlamağa çətinlik çəkir. Belə ki, uşaqlar böyüyür,onların tələbatlarını ödəmək ona çətinlik törədir. Cavabdeh isə Kürdəmir rayon mərkəzi xəstəxanasında işləyir və əlavə olaraq pensiya alır. Ona görə də hesab edir ki, təyin olunmuş alimentin miqdarı artırılmalıdır. İddiaçı X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olubolmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Məhkəmə, cavabdehin izahatını dinləyib, qeyd edilən və işdə olan digər sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; - Kürdəmir rayon məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2(041)-953/2019 saylı qətnaməsindən görünür ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)- 674/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat aliment tutularaq iddiaçı X3 ödənilməsi qət olunmuşdur. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə, X9 isə xx.xx.2017-ci il tarixdə anadan olublar. Uşaqların atası Cavabdeh, anası X4r. - Kürdəmir MRX Publik Hüquqi şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 2010-cu ildən hal-hazıra kimi Kürdəmir RMX Publik hüquqi şəxsdə işləməklə aylıq əmək haqqı DSMF və vergi ödənişləri çıxılmaqla 510 manat təşkil edir. - pensiya haqqında arayışdan görünür ki, Cavabdeh əlilliyə görə 363.86 manat pensiya alır. İşdə olan sənədlərdən və iddia tələbindən müəyyən olunur ki, iddiaçı X5 ilə Cavabdeh birgə nikahlarından Nərmin və Şəkər adlı iki uşaqları anadan olmuş, sonradan ailə münasibətləri pozulduğu üçün hazırda ayrı yaşayırlar. Kürdəmir rayon məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2(041)-953/2019 saylı qətnaməsi ilə Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)-674/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 üçün yetkinlik yaşına çatana qədər Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat aliment tutularaq iddiaçı X3 ödənilməsi qət olunmuş, iddiaçı təyin olunan alimentlə hazirki dövrdə uşağı saxlamaq və onların ən sadə təlabatlarını ödəməyin mümkün olmadığını, cavabdehin alimentdən əlavə uşaqların saxlanılması üçün ona heç bir yardım etmədiyini əsas götürərək, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh hər ay, hər uşağa görə sabit pul məbləği ilə 235 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən aşağıdakı məsələlərin araşdırılmasını zəruri hesab etmişdir: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Hazırki iş üzrə müəyyən edilən hallardan məlum olur ki, iddiaçı alimentin miqdarının artırılmasını cavabdehin stabil olaraq aylıq əmək haqqı və pensiya alması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən: 1) Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir; 2) Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının səviyyəsi və diqqətəlayiq digər hallar nəzərə alınmaqla, Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)-953/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı qismən artırılmalı və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Nərmin və Şəkər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşağa görə 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınaraq iddiaçıya ödənilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)-953/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Nərmin və Şəkər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 2 uşağa görə—qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq X3 ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)-953/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-806/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-806/2024
30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver