Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-813/2024 17.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 oğlna və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 oğlndan və Cavabdeh2 500 manat və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayonun Mərkəzi Bazarında cehiz əşyalaının satışı ilə məşğul olur və vətəndaşlara həm nağd həm də ki nisyə formada cehiz əşyaları satır. 11 noyabr 2021-ci il tarixdə Kürdəmir rayon Çöl Qubalı kənd sakinləri cavabdehlər Cavabdeh1 oğlu və Cəbiyeva X1 rayon mərkəzi bazarına gələrək cehiz əşyaları almaq istədiklərini bildirdilər və bildirdilər ki, həmin pulu hissə olaraq ödəyəcəklər və oda onların xeyir iş görmək istədiklərini və maddi imkanlarının olmadığını görüb onlara nisya olaraq 3500 manat dəyərində cehiz əşyalarını verib və onlarla razılaşıb ki, həmin pulu hissə hissə olaraq ona ödəyəcəklər. 2000 manat dəyərində olan malın 1500 manatını ödədilər və 500 manat borc qaldı. 1500 manat dəyərində olan istədikləri mal isə maqazində olmadığı üçün sifariş verib. Bir müddətdən sora 1500 manat dəyərində olan mal maqazinə gəlib və o cavabdehə zəng edərək malının gəldiyinin və gəlib götürməsini istəyib. Cavabdeh həmin malın ünvana göndərilməsin istəsədə o, ona köhnə olna borcu yani 500 manat olan borcu verdikdən sonra yeni gələn malların ünvana göndrəcəyini bildirib. Cavabdeh onunla razılaşmış və gələcəyini bildirmişdi. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq həm 500 manat olan borcunu verdməmiş həmdə sifariş verdiyi malları gəlib götürməmişdi. O da dəfələrlə onlarda qalan 500 manatı tələb etsə də onlar ona borclu qaldıqları 500 manatı vermək istəmirlər. Cavabdehlər ona məxsus nisiyə verdiyi malların kitabında imza emişlər. İddiaçı da sonda məcbur qalıb hüquqlarının pozulduğunu bildiyi andan məhkəməyə müraciət etmək qərarına gəlib. Ona görə də cavabdehlər Cavabdeh1 oğlndan və Cavabdeh2 500 manat və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 oğlna və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, təkrar məhkəməyə gəlməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş və Cavabdeh1 tərəfindən sadə formada yazılmış Borc müqaviləsindən görünür ki, o, İddiaçı 3500 manat dəyərində cehiz əşyaların alımış, həmin əşyanın pulundan 2500 manatını ödəmiş 500 manat borcu qalmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 oğlnun və Cavabdeh2 səmimiyyətinə inanaraq, onlara 3500 manat dəyərində cehiz əşyalarının verilməsinə razılıq vermişdir. Cavabdehlər 2000 mianatlıq cehiz əşyalarını götürərkən 1500 manatını vermişlər 500 manat borclu qalmışlar. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamış və müxtəlif bəhanələrlə bundan imtina edir. Cavabdeh ona olan borcunu qaytarmadığına görə ağır maddi vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən borc alınan borcu qaytarmaması borc verənin vəziyyətini pisləşdirirsə borc verdiyi pulu dərhal tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, cavabdehlər Cavabdeh1 oğlndan və Cavabdeh2 500 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 oğlndan və Cavabdeh2 500 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 manat pul alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-813/2024
Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-813/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver