Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-823/2024 08.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-68/2023 saylı qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 üçün müəyyən olunmuş alimentin artırılması və Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa sabit pul məbləğində 220 manat aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə evlənib ailə qurmaqla aralarında xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından iki uşaqları xx.xx.2010-cu il tarixdə X3 və xx.xx.2011-ci il tarixdə isə X6 anadan olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-68/2023 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah pozulub. Həmin qətnaməyə əsasən iki az yaşlı uşaqları onun himayəmdə saxlanılmış və hər bir uşağın saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət olunmuşdur. Cavabdeh Şeydayev X5 Yol İdarəsində fəhlə işləyir və 320 manat əmək haqqı alır. Onun aldığı əmək haqqının üçdən bir hissəsi 110 manat edir. Cavabdeh məhkəmənin həmin qətnaməsinə əsasən, himayəsində olan 2 uşağın saxlanması üçün ona 110 manat aliment ödəyir. Himayəsində olan az yaşlı uşaqlarının saxlanması üçün məhkəmənin qət etdiyi alimentin qaydası və məbləği ilə razı deyil. İcraçılar da cavabdehin iş yerindən aldığı aylıq əmək haqqından əlavə başqa gəlirlərlərini müəyyən edə bilmirlər. Belə olan halda da cavabdeh onun himayəsində olan iki az yaşlı uşaqlarının saxlanması üçün ona 110 manat aliment ödəyir. Yəni cavabdehin aylıq əmək haqqından alimentə görə 110 manat məbləğində pul vasaiti tutularaq ona verilir. Cavabdeh tərəfindən ona ödənilən 110 manat məbləğində alimentlə uşaqlarımı saxlaya bilmir, çox çətinlik çəkir və uşaqlarının gündəlik artan təlabatlarını qarşılaya bilmir. Bu səbəbdən də himayəsində olan iki nəfər az yaşlı uşaqlarının saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında yox, cavabdehdən sabit pul məbləğində alimentin alınıb ona verilməsini istəyir. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-68/2023 nömrəli nömrəli qətnaməsinə əsasən himayəsində olan iki nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdehə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2010cu il tarixdə X2 və xx.xx.2011-ci il tarixdə isə X1 üçün hər ay hər bir uşağa görə Cavabdeh sabit pul məbləğində 220 manat aliment alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki İddiaçı ilə evlənib ailə quraraq nikahlarını xx.xx.2010-cu il tarixdə qeyd etdirmişlər. İddiaçı ilə birgə nikahlarından iki uşaqları xx.xx.2010-cu il tarixdə X3 və xx.xx.2011-ci il tarixdə isə X6 anadan olmuşdur. İddiaçı ilə uzun müddət ər-arvad bir yerdə yaşasalarda, sonradan münasibətləri pozulmuş və ayrılmışlar. O Rusiyada olduğu müddətdə iddiaçı atasıgildə qalırdı. İddiaçı özü ondan ayrılıb. O, iddiaçını oxudub, işə qoyub və hazırda işləyir əmək haqqı alır. Onun iddiaçıya heç bir pisliyi dəyməyib. O, hazırda 21 saylı Yol İstismarı MMCdə idarəsində fəhlə işləyir 438 manat əmək haqqı alır. Hər uşağa 220 manat aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş AZE№-11316778 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Türkan adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZE№-11318474 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Amin adlı uşaqları doğulmuşdur. Məhkəmə iddiaçının və işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə evlənib ailə qurmaqla aralarında xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından iki uşaqları xx.xx.2010-cu il tarixdə X3 və xx.xx.2011-ci il tarixdə isə X6 anadan olmuşlar. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-68/2023 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah ləğv olunub. Həmin qətnaməyə əsasən iki az yaşlı uşaqları onun himayəsində saxlanılmış və hər bir uşağın saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət olunmuşdur. Cavabdeh Şeydayev X5 Yol İdarəsində fəhlə işləyir və 320 manat əmək haqqı alır. Onun aldığı əmək haqqının üçdən bir hissəsi 110 manat edir. Cavabdeh məhkəmənin həmin qətnaməsinə əsasən iddiaçının himayəmdə olan 2 uşağın saxlanması üçün ona 110 manat aliment ödəyir. Himayəsində olan az yaşlı uşaqlarının saxlanması üçün məhkəmənin qət etdiyi alimentin qaydası və məbləği ilə razı deyil. İcraçılar da cavabdehin iş yerindən aldığı aylıq əmək haqqından əlavə başqa gəlirlərlərini müəyyən edə bilmirlər. Belə olan halda da cavabdeh onun himayəsində olan iki az yaşlı uşaqlarının saxlanması üçün ona 110 manat aliment ödəyir. Yəni cavabdehin aylıq əmək haqqından alimentə görə 110 manat məbləğində pul vasaiti tutularaq ona verilir. Cavabdeh tərəfindən ona ödənilən 110 manat məbləğində alimentlə uşaqlarını saxlaya bilmir, çox çətinlik çəkir və uşaqlarının gündəlik artan təlabatlarını qarşılaya bilmir. Bu səbəbdən də himayəsində olan iki nəfər az yaşlı uşaqlarının saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında yox, cavabdehdən sabit pul məbləğində alimentin alınıb ona verilməsini istəyir. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-68/2023 nömrəli nömrəli qətnaməsinə əsasən himayəsində olan iki nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdehə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2010-cu il tarixdə X2 və xx.xx.2011-ci il tarixdə isə X1 üçün hər ay hər bir uşağa görə Cavabdeh sabit pul məbləğində 220 manat aliment alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh hazırda 21 saylı Yol İstismarı MMC-də idarəsində fəhlə işləyir 438 manat əmək haqqı alır və hər uşağa 220 manat aliment ödəməyə maddi imkanı yoxdur. Cavabdeh iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Türkan və Amin adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər bir uşağa görə 220 manat məbləğində aliment tələb edir və o, cavabdehin maddi və əmlak vəziyyəti (iş yeri və əmək haqqısı) barədə məhkəməyə rəsmi sənəd təqdim edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən bir uşağa görə iddiaçıya ödənilən 110 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onun saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-68/2023 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Türkan və Amin adlı uşağın saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını zəruri hesab edir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-68/2023 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Türkanın və xx.xx.2011-ci il təvəllüdlü Aminin yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 150 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 56 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-68/2023 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 150 manat (cəmi 300 manat) miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 56 (əlli altı) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-823/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-823/2024
08.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver