Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-825/2024 23.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh oğlna qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh oğlndan 1630 manat və 36.30 manat məbləğində dövlət rüsumunun alınıb ona, iddiaçı Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayonunun Qaraqocalı kəndində yaşayır. Bir neçə ildir ki, Kürdəmir rayonun Mərkəzi Bazarında ticarətlə məşğul olur. Cavabdeh ilə münasibəti yaxşı olub. Cavabdeh ondan götürdüyü 2730 manatlıq qızılın pulunu verə bilmədiyi üçün aralarında xx.xx.2023-cü il tarixdə borc müqaviləsi bağlamaqla ayda 600 manat olmaqla ödəniş etməli idi. Müqavilənin şərtinə görə 5 ay müddətində cavabdeh borcu qaytarmalı idi. /Müəyyən vaxtlar ərzində cavabdeh 1100 manat borcundan qaytarmışdır. Qalan 1630 manat borcu qaytarmasını xahiş etsəmdə hər dəfə məsələni uzadırdı. Hazırda cavabdeh müqavilə üzrə olan borcunu qaytarmır. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq bu günə kimi heç bir nəticə olmayıb. Cavabdeh ona təkcə maddi deyil həmdə mənəvi ziyan vurub. Məsələnin məhkəmədən kənar həll ediləmyəcəyini görüb işin məhkəmə qaydasında həll olunacağını nəzərə alıb məhkəməyə müraciət etmək qərarına gəlib. Ona görə də Cavabdeh 1630 manat və 36.30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki İddiaçı çoxtan tanıyır, onunla normal münasibəti olub. İddiaçı mərkəzi bazarda ticarətlə məşğul olur. O, İddiaçı 2730 manat dəyərində qızıl-zinət əşyaları alıb, sonroadan 1100 manatını ödəyib qalan 1630 manat pulu maddi imkanı olmadığı üçün ona ödəyə bilməyib. Cavabdeh məhkəməyə ərizə təqdim edərək İddiaçı 1630 manat borcunun olduğunu etiraf edib həmin məbləğdə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş və Cavabdeh tərəfindən sadə formada yazılmış borc müqaviləsindən görünür ki, o, İddiaçı 2730 manat dəyərində qızıl əşyaların alımış, həmin qızılın pulunu hər ay 600 manat olmaqla ödəməsini öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının və cavabdeh izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 2730 manat dəyərində nisyə qızıl əşyaları vermiş, Cavabdeh ona 2730 borcu yaranmış, həmin borcdaqn müxtəlif vaxtlarda 1100 manat qaytarmış və 1630 manat borcu qalmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh 1630 manat borcu iddiaçıya qaytarmamış və müxtəlif bəhanələrlə bundan imtina etmişdir. İddiaçı həmin borcun cavabdehdən alınıb ona verilməsini xahiş edir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçıya 1630 manat borcunun olmasını etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən borc alınan borcu qaytarmaması borc verənin vəziyyətini pisləşdirirsə borc verdiyi pulu dərhal tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 1630 manat pul və 36.30 manat dövlət rüsumu olmaqla, cəmi 1666.30 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1630 manat pul və 36.30 manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-825/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-825/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver