Məhkəmə qərarları › İş №2(041)-829/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-829/2024

29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-829/2024 29.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, iddiaçı X6 və Cavabdeh iştirakı ilə İddiaçı X6 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X12 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə qeyri rəsmi nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-1662/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh sabit pul məbləğində 200 manat alimentin və hər ay 100 manat müalicə pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X12 iddianı müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə evlənib ailə qurmaqla aralarında rəsmi nikah qeyd etdirməmişlər. Birgə nikahlarından bir uşaqları xx.xx.2012-ci il tarixdə X13 anadan olmuşdur. Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(041)-582/2023 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah ləğv olunub. Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-1662/2017 saylı qətnaməsinə əsasən himayəsində olan bir az yaşlı uşağın saxlanması üçün bir uşaq üçün Cavabdeh 100 manat aliment və uşağın müalicəsi üçün 50 manat alınıb ona verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən ona ödənilən 150 manat məbləğində alimentlə uşaqlarımı saxlaya bilmir, çox çətinlik çəkir və uşaqlarının gündəlik artan təlabatlarını qarşılaya bilmir. Bu səbəbdən də himayəsində olan bir nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdeh X3 pul məbləğində bir uşağa 200 manat alimentin və uşağın müalicəsi üçün 100 manat alınıb ona verilməsini istəyir. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-1662/2017 nömrəli nömrəli qətnaməsinə əsasən himayəsində olan bir nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdehə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2012-ci il tarixdə X1 üçün hər ay hər bir uşağa görə Cavabdeh sabit pul məbləğində 200 manat alimentin və uşağın müalicəsi üçün 100 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçı X12 ilə evlənib ailə quraraq aralarında rəsmi nikah qeyd etdirməmişlər. İddiaçı ilə birgə nikahlarından bir uşaqları xx.xx.2012-ci il tarixdə X13 anadan olmuşdur. İddiaçı ilə uzun müddət ər-arvad bir yerdə yaşasalarda, sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(041)-1662/2017 nömrəli qətnaməsinə əsasən bir uşaq üçün 150 manat aliment qət olunmuşdur. Haxzırda o bir uşaq üçün iddiaçıya 150 manat aliment ödəyir. Onun həmin 150 manat məbləğində alimentdən yüksək aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə ki, o, Ərşəli kənd orta məktəbində müəllim işləyir və vergi çıxıldıqdan sonra onun aldığı əmək haqqı 706 manat təşkil edir. Bundan əlavə o, iddiaçı ilə ayrıldıqdan sonra ailə qurub, ailəlidir, iki uşağı var, aldığı əmək haqqından aliment ödəyir, ailəsini saxlayır. Aldığı əmək haqqı ilə qeyd etdiyi təlabatları çətğitnliklə ödəyir. Onun əmək haqqından əlavə başqa gəliri yoxdur. O, bununla bağlı sənədləritni məhkəməyə təqdim edərək idia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İİ № 832065 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahlarından xx.xx.2012-ci il tarixdə Sevinc adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş AZ- İİ№ 226245 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X11 ilə xx.xx.2018-ci il tarixdə 34 nömrə ilə rəsmi nikah qeyd etdirmişlər. İş materiallarına əlavə olunmuş AZ-İV№ 832065 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Ağadadaş adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İV№ 747471 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Cahid adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil Tdarəsi Kürdəmir rayonu üzrə təhsil sektorunun xx.xx.2024-cü il tarixli, 09 nömrəli arayışından görünür ki, İsrafilov X10 orta məktəbində müəllim işləyir və vergi çıxıldıqdan sonra 706 manat əmək haqqı alır. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-1662/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçının himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay bir uşağa görə 100 manat aliment və uşağın müalicəsi üçün 50 manat tutulub iddiaçı X9 verilməsi qət olunub. Məhkəmə iddiaçının və işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı X15 Cavabdeh ilə evlənib ailə qurmaqla aralarında rəsmi nikah qeyd etdirməmişlər. Birgə nikahlarından bir uşaqları xx.xx.2012-ci il tarixdə X13 anadan olmuşdur. Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(041)-582/2023 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah ləğv olunub. Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-1662/2017 saylı qətnaməsinə əsasən himayəsində olan bir az yaşlı uşağın saxlanması üçün bir uşaq üçün Cavabdeh 100 manat aliment və uşağın müalicəsi üçün 50 manat alınıb ona verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən ona ödənilən 150 manat məbləğində alimentlə uşaqlarımı saxlaya bilmir, çox çətinlik çəkir və uşaqlarının gündəlik artan təlabatlarını qarşılaya bilmir. Bu səbəbdən də himayəsində olan bir nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdeh X3 pul məbləğində bir uşağa 200 manat alimentin və uşağın müalicəsi üçün 100 manat alınıb ona verilməsini istəyir. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-1662/2017 nömrəli nömrəli qətnaməsinə əsasən himayəsində olan bir nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdehə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2012-ci il tarixdə X1 üçün hər ay hər bir uşağa görə Cavabdeh sabit pul məbləğində 200 manat alimentin və uşağın müalicəsi üçün 100 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(041)-1662/2017 nömrəli qətnaməsi ilə təyin olunmuş 150 manat məbləğində alimentdən yüksək aliment ödəməyə maddi imkanı olmadığını, Ərşəli kənd orta məktəbində müəllim işlədiyini və vergi çıxıldıqdan sonra onun aldığı əmək haqqı 706 manat təşkil ediyini, iddiaçı ilə ayrıldıqdan sonra yenidən ailə qurub iki uşağının olduğunu, aldığı əmək haqqından aliment ödədiyini, ailəsini saxladığını, aldığı əmək haqqı ilə qeyd etdiyi təlabatları çətinliklə qarşıladığını, onun əmək haqqından əlavə başqa gəlirinin olmadığını bildirib, bununla bağlı sənədləritni məhkəməyə təqdim edərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı X4 adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər bir uşağa görə 200 manat aliment və 100 manat uşağın müalicəsi üçün pulu tələb edir. Cavabdeh əmək haqqı barədə məhkəməyə rəsmi sənəd təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən bir uşağa görə iddiaçıya ödənilən müalicə pulu ilə birdlikdə ümumilikdə 150 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onun saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-1662/2017 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Sevinc adlı uşağın saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhərində yerləşən Uşaq Nevroloji xəstəxanasının 04.052017-ci il tarixli, 370 nömrəli göndərişindən görünür ki, xəstə X7 müayinə və müalicə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Ruhi Xəstəxanasına göndərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-1662/2017 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin faktiki nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 150 manat məbləğində aliment, həmçinin X7 müalicəsinə görə hər ay 70 manat pulun tutularaq iddiaçı X9 verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 46,60 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(041)-1662/2017 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdları dəyişdirilsin. İddiaçı X12 ilə Cavabdeh faktiki nikahlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 150 manat miqdarında aliment, X7 müalicəsi üçün hər ay 70 manat pul tutularaq iddiaçı X9 ödənilsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 46,60 (qırx altı manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar