Məhkəmə qərarları › İş №2(041)-83/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-83/2023

11.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-83/2023 11.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Zülfi qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Zülfi qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, o, Cavabdehla nikahlarını xx.xx.2011-ci il tarixdə qeyd etdirməklə evlənib ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Zülfiqar, xx.xx.2012-ci il tarixdə Cəfər adlı uşaqları olmuşdur. Bir müddət bir yerdə yaşadıqdan sonra ailə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar, birgə təsərrüfat idarə etmirlər. Aralarında olan nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən pozulub. Bundan əvvəl isə o, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir rayon məhkəməsinin 2(041)-1128 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən aliment tutularaq ona ödənilməsi qət olunub. Hazırda cavabdeh hər ay hər uşağa görə 80 manat aliment ödəyir. Lakin cavabdeh alimentdən başqa ona heç bir yardım etmir. Məhkəmənin qətnaməsinə əsasən uşağa görə qət edilmiş alimentlə o, uşaqları saxlamaqda çətinlik çəkir, cavabdeh isə fərdi əməklə məşğul olub ay ərzində xeyli pul qazansa da məhkəmənin qətnaməsinə əsasən təyin olunmuş alimenti ödəməkdən başqa ona heç bir yardım etmir. O, da uşaqlarının günü-gündən artan tələbatlarını təkbaşına ödəyə bilmir. 2022-ci il üçün uşaqlar üçün aylıq minimum yaşayış həddi dövlət tərəfindən 193 manat müəyyən edilmişdir, cavabdeh isə dövlətin uşaqların yaşayış səviyyəsinin daha da yaxşı təmin edilməsini təmin etmək üçün qəbul etdiyi qanuna biganə yanaşaraq öz atalıq vəzifəsini və uşağının qarşısındakı valideynlik borcunu unudaraq onların maddi tələbatı, sağlamlığı və müalicəsi ilə maraqlanmır. Ona görə də Kürdəmir rayon məhkəməsinin 2(041)-1128/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin artırılaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş Zülfiqar, xx.xx.2012-ci il tarixdə anadan olmuş Cəfər adında uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 193 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı lazımi qaydada məlumat verilmiş, o, məhkəməyə ərizə göndərib ailə vəziyyəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini bildirib işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı ilə el adəti ilə toy edib evlənərək ailə qurmuş, nikahlarını 2011-ci ildə Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Əvvəllər mehriban şəraritdə yaşasalar da, sonradan iddiaçının qısqanclığı, yersiz şübhələrinə görə münasibətləri soyumağa başlamışdır. Birgə nikahlarından onların Zülfüqar və Cəfər adlı iki uşaqları olmuşdur. İddiaçının iddia ərizəsinə əsasən aralarında bağlanmış nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(041)-1128/2014 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulann zaman uşaqların aliment məsələsi həll edilmiş, uşaqların hər biri üçün hər ay 80 manat, cəmi 160 manat alientin ondan alınıb iddiaçıya verilməsi qət edilmişdir. Həmin vaxtdan hal-hazıra kimi o, məhkəmə tərəfindən müəyyən edilmiş alimenti iddiaçıya ödəyir. Hazırda "xxxx" MMC-də işləməklə hər ay 300 manat əmək haqqı alır, işdən kənar heç bir işlə məşğul ola bilmir. Valideynlərinin köməyi ilə aldığı əmək haqqından təyin olunmuş alimenti ödədikdən sonra ona 140 manat pul qalır və həmin pulla öz ehtiyaclarını ödəyir. Həmçinin iddiaçıdan ayrılandan sonra yeni ailə qurmuş və hazırda 1,9 yaşlı qız övladı var. Valideynlərinin hər ikisi xəstə olmalarına baxmayaraq alimentin ödənilməsində ona maddi yardım edirlər. Aldığı əmək haqqı çox azdır və alimenti ödədikdən sonra qalan pulla öz ailəsini dolandırmaqda çətinlik çəkir. Onun iddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanı yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ 751221 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Zülfiqar adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2013-ci il tarixli, AZ-İİİ 026442 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Cəfər adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ 258479 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və vətəndaş X5 ilə olan nikah ləğv edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Cəfərov, qadına Soltanova soyadı verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nin Muradxan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixli, 720 nömrəli arayışdan görünür ki, onun atası X6, anası X9, arvadı X8 və qızı X3 ibarət ailə üzvləri var. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-də işləməklə aylıq əmək haqqı 300 manatdır. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdehla nikahlarını xx.xx.2011-ci il tarixdə qeyd etdirməklə evlənib ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Zülfiqar, xx.xx.2012-ci il tarixdə Cəfər adlı uşaqları olmuşdur. Bir müddət bir yerdə yaşadıqdan sonra ailə münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar, birgə təsərrüfat idarə etmirlər. Aralarında olan nikah Kürdəmir rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən pozulub. Bundan əvvəl isə o, alimenqt tələbi ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir rayon məhkəməsinin 2(041)-1128 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən aliment tutularaq ona ödənilməsi qət olunub. Hazırda cavabdeh hər ay hər uşağa görə 80 manat aliment ödəyir. Lakin cavabdeh alimentdən başqa ona heç bir yardım etmir. Məhkəmənin qətnapməsinə əsasən uşağa görə qət edilmiş alimentlə o, uşaqları saxlamaqda çətinlik çəkir, cavabdeh isə fərdi əməklə məşğul olub ay ərzində xeyli pul qazansa da məhkəmənin qətnaməsinə əsasən təyin olunmuş alimenti ödəməkdən başqa ona heç bir yardım etmir. O, da uşaqlarının günü-gündən artan tələbatlarını təkbaşına ödəyə bilmir. 2022-ci il üçün uşaqlar üçün aylıq minimum yaşayış həddi dövlət tərəfindən 193 manat müəyyən edilmişdir, cavabdeh isə dövlətin uşaqların yaşayış səviyyəsinin daha da yaxşı təmin edilməsini təmin etmək üçün qəbul etdiyi qanuna biganə yanaşaraq öz atalıq vəzifəsini və uşağının qarşısındakı valideynlik borcunu unudaraq onların maddi tələbatı, sağlamlığı və müalicəsi ilə maraqlanmır. Cavabdeh iddiaçının tələb etdiyi miqdarda alimenti ödəməyə maddi imkanının olmadığını bildirib iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Zülfiqar və Cəfər adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində 193 manat miqdarında aliment tələb etsə də o, cavabdehin maddi və əmlak vəziyyət və əlavə gəlirləri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin aylıq əmək haqqı isə 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdeh tərəfindən Zülfiqar və Cəfər adlı uşaqların saxlanması üçün ona ödənilən cəmi 160 manat miqdarında alimentin hazırki şəraitdə onların saxlanmasına yetərli olmamasını nəzərə alır və Zülfüqar və Cəfər adlı uşaqların saxlanması üçün Kürdəmir rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(041)-1128/2014 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Zülfiqar və Cəfər adlı uşaqların saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşaqların mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(041)-1128/2014 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx.xx.2012-ci il tariixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq X2 verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 51 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin 15 dekabr 2014-cü il tarixli, 2(041)-1128/2014 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və X7 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh dəniləcək illik alimentin həcminə görə 51 (əlli bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar