Məhkəmə qərarları › İş №2(041)-830/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-830/2024

29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-830/2024 29.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı X11 və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə İddiaçı X11 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X13 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-2000/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh sabit pul məbləğində 235 manat aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X13 iddianı müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə evlənib ailə qurmaqla aralarında rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından iki uşaqları xx.xx.2010-cu il tarixdə X8 və xx.xx.2012-ci il tarixdə isə X9 anadan olmuşdur. Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(041)-582/2023 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah ləğv olunub. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-796/2021 saylı qətnaməsinə əsasən himayəsində olan iki az yaşlı uşağın saxlanması üçün hər bir uşaq üçün Cavabdeh 110 manat aliment alınıb ona verilməsi qət olunmuşdur. Axrıncı dəfə 2022-ci il tarixdə alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, Kürdəəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-2000/2022-ci il tarixli qətnaməsinə əsasən məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(041)-796/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək onun himayəsində olan X6 və X2 üçün hər ay hər uşağa cavabdehdən 150 manat aliment tutulub ona verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən ona ödənilən 300 manat məbləğində alimentlə uşaqlarımı saxlaya bilmir, çox çətinlik çəkir və uşaqlarının gündəlik artan təlabatlarını qarşılaya bilmir. Bu səbəbdən də himayəsində olan iki nəfər az yaşlı uşaqlarının saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər bir uşağa 235 manat alimentin alınıb ona verilməsini istəyir. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-2000/2022 nömrəli nömrəli qətnaməsinə əsasən himayəsində olan iki nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdehə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2010-cu il il tarixdə X6 və xx.xx.2012-ci il tarixdə isə X1 üçün hər ay hər bir uşağa görə Cavabdeh sabit pul məbləğində 235 manat aliment alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək göstərdi ki iş üzrə Cavabdeh onun oludur. Oğlu Cavabdeh iddiaçı X13 ilə evlənib ailə quraraq aralarında rəsmi nikah qeyd etdirmişlər. İddiaçı ilə birgə nikahlarından iki uşaqları xx.xx.2010-cu il tarixdə X8 və xx.xx.2012-ci il tarixdə isə X9 anadan olmuşdur. İddiaçı ilə uzun müddət ər-arvad bir yerdə yaşasalarda, sonradan münasibətləri pozulmuş və ayrılmışlar. İddiaçı X13 2022-ci il tarixdə alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-2000/2022nömrəli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq hər bir uşaq üçün 150 manat olmuşdur. Hazırda cavabdeh hər ay hər bir uşaq üçün iddiaçıya 300 manat aliment ödəyir. Cavabdehin həmin 300 manat məbləğində alimentdən yüksək aliment ödəməyə maddi imkanı yoxdur. O, hər bir uşağa 235 manat aliment ödəyə bilməz. Ona görə də idia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-T№ 022552 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-T№ 022551 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Cavad adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-2000/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçının himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdülü X2 üçün Cavabdeh hər ay hər bir uşağa görə 300 manat aliment tutulub iddiaçı X12 verilməsi qət olunub. Məhkəmə iddiaçının və işdə olan sənədləri hərtərəfli, obyektiv araşdıraraq sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə evlənib ailə qurmaqla aralarında rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından iki uşaqları xx.xx.2010-cu il tarixdə X8 və xx.xx.2012-ci il tarixdə isə X9 anadan olmuşdur. Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(041)-582/2023 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah ləğv olunub. Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-796/2021 saylı qətnaməsinə əsasən himayəsində olan iki az yaşlı uşağın saxlanması üçün hər bir uşaq üçün Cavabdeh 110 manat aliment alınıb ona verilməsi qət olunmuşdur. Axrıncı dəfə 2022-ci il tarixdə alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, Kürdəəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-2000/2022-ci il tarixli qətnaməsinə əsasən məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(041)-796/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək onun himayəsində olan X6 və X2 üçün hər ay hər uşağa cavabdehdən 150 manat aliment tutulub ona verilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən ona ödənilən 300 manat məbləğində alimentlə uşaqlarımı saxlaya bilmir, çox çətinlik çəkir və uşaqlarının gündəlik artan təlabatlarını qarşılaya bilmir. Bu səbəbdən də himayəsində olan iki nəfər az yaşlı uşaqlarının saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər bir uşağa 235 manat alimentin alınıb ona verilməsini istəyir. Ona görə də Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-2000/2022 nömrəli nömrəli qətnaməsinə əsasən himayəsində olan iki nəfər az yaşlı uşaqlarının saxlanması üçün cavabdehə təyin olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2010-cu il il tarixdə X6 və xx.xx.2012-ci il tarixdə isə X1 üçün hər ay hər bir uşağa görə Cavabdeh sabit pul məbləğində 235 manat aliment alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 hər uşağa 235 manat aliment ödəməyə maddi imkanının olmadıöını bildirib iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı X7 və Cavad adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər bir uşağa görə 235 manat məbləğində aliment tələb etsə də o, cavabdehin maddi və əmlak vəziyyəti (iş yeri və əmək haqqısı) barədə məhkəməyə rəsmi sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən bir uşağa görə iddiaçıya ödənilən 300 manat miqdarında alimentin hazırki şəraitdə uşaqların saxlanmasına yetərli olmamasını nəzərə alır və onun saxlanması üçün Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-2000/2022 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarının Zəhra və Cavad adlı uşağın saxlanması üçün yetərli olacaq miqdarda artırılmasını müvafiq hesab edir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, habelə aliment alan uşağın mənafeyi və yaşayış minimumu nəzərə alınaraq Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-2000/2022 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il il təvəllüdlü Zəhranın və xx.xx.2012-ci il təvəllüdlü Cavadın yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 180 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 63,2 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-2000/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdları dəyişdirilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2010-cu il il tarixdə anadan olmuş X6 və xx.xx.2012ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər bir uşağa görə 180 manat miqdarında aliment tutularaq X12 ödənilsin. Cavabdeh dəniləcək illik alimentin həcminə görə 63,2 (altmış üç manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar