Məhkəmə qərarları › İş №2(041)-832/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-832/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-832/2023 06.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X14 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Gülamlı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş 19 aprel 2015-ci il təvəllüdlü X6 və 24 fevral 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manatdan az olmamaqla sabit pul məbləğində alimentin və həmçinin mediasiya arayışının alınması üçün ödədiyi 50 manat rüsumun cavabdehdən onun xeyrinə alınıb verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-293/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olan 19 aprel 2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kim isaxlanması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat aliment Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Məhkəmənin qətnaməsi ilə təyin olunmuş alimentlə hazirki vəziyyətdə uşaqları saxlamaq mümkün deyil. Uşaqların bütün tələbatlarını özü çəkir. Onların artan təlabatını ödəmək onun üçün çox çətindir. Cavabdeh isə alimetndən başqa ona heç bir yardım etmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-293/2022 saylı qətnaməsinə əsasən iddiaçı ilə birlikdə yaşayan uşaqlarının hər birinə ayrı-ayırılıqda 120 manat olmaqla, cəmi 240 manat alimentin cavabdehdən alınıb ona verilməsi qət olunmuş, lakin buna baxmayaraq xərclər uşağın böyüməsi ilə artır, əlavə gəlir yeri olmadığına görə həmin xərcləri təkbaşına qarşılaya bilmədiyi üçün alimentin miqdarının ölkə ərazisində müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq 220 manat müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-293/2022 saylı qətnaməsinə əsasən iddiaçıda qalan iki uşağın hər birinə 120 manat olmaqla, cəmi 240 manat aliment kəsilmiş, onun himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X4 görə aliment tələbinə isə hal-hazıradək baxılmamışdır. İddiaçıya da məlum olduğu kimi xəstəliyi ilə bağlı heç bir yerdə işləmir, İ qrup gözdən əlil atasına baxdığı üçün DSMF tərəfindən hər ay 100 manat müavinət alır. Anası da xəstədir, hər ay 269 manat pensiya alır. Ailənin maddi durumu və hər üçünün xəstəliyini müalicə etmək üçün anası xx.xx.2021-ci ildə ABB-nin Kürdəmir filialından altı min kredit götürmüş, kreditini aldığı pensiya pulu ilə ödəyir. Yaranmış vəziyyətə görə aliment borcunu da vaxtı-vaxtında ödəyə bilməmiş, buna görə dəfələrlə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. İddiaçı ilə ayrıldıqdan sonra maddi durumunda heç bir müsbət dəyşikilik baş verməmiş, əksinə heç bir yerdə işləmədiyinə və aylıq sabit gəlirə malik olmadığından daha pisləşmişdir. Odur ki, iddianın təmin edilməməsini və Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-293/2022 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının azaldılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; - Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-293/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahından doğulmuş 19 aprel 2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat olmaqla, cəmi 240 manat alimentin cavabdehdən alınıb iddiaçıya verilməsi qət olunmuşdur. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 19 aprel 2015-ci il tarixdə, X5 isə xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. - ABB-nin Kürdəmir filialının xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, X7 36 ay müddətinə 21 faiz dərəcəsi ilə 6000 manat kredit verilmişdir. - DSMF-nin 1 saylı Mərkəzi Aran regional filialının xx.xx.2022-ci il tarixli arayışından məlum olur ki, İİ qrup əlilliyə görə X9 268.61 manat əmək pensiyası alır. - Diaqnoz tibb mərkəzinin xx.xx.2023-cü il tarixli MRT nəticəsində Cavabdeh sol böyrək orta/aşağı zonalateralında ekzofitik yerləşimli, renal sinusa uzanımı olan 33x31mm ölçüdə heteogen solid törəmə aşkar edilmiş, histopatoloji verifikasiya lazım bilinmişdir. - xx.xx.2022-ci il tarixli məşğulluq haqqında arayışda Cavabdeh adına əmək müqaviləsinin qeydə alınmadığı (işsiz) göstərilmişdir. İşdə olan sənədlərdən və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbində himayəsində olan, cavabdehlə birgə nikah dövründə 19 aprel 2015-ci il anadan olmuş X2 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir rayon xx.xx.2022-ci il tarixli 2(041)-293/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 120 manat alimentin artırılaraq hər ay hər uşağa görə 220 manat miqdarında cavabdehdən tutulmasını xahiş etmiş, iddiasının əsası kimi həmin məbləğin uşağın tələb edilən məsrəflərinə yetərli olmamasını, hüquqi əsası kimi 2023-ci il üçün yaşayış minimumunun ölkə ərazisində uşaqlar üçün 220 manat müəyyən edilməsi barədə “Yaşayış minimumu haqqında” AR Qanununa istinad etmişdir. Cavabdeh tərəf iddianı qəbul etməyərək, İ qrup gözdən əlil atasına baxdığı üçün DSMF tərəfindən hər ay 100 manat müavinət aldığını, iddiaçı ilə ayrıldıqdan sonra maddi durumunda heç bir müsbət dəyşikilik baş vermədiyini, əksinə heç bir yerdə işləmədiyinə və aylıq sabit gəlirə malik olmadığından daha pisləşdiyini nəzərə alaraq, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022ci il tarixli 2(041)-293/2022 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Bundan əlavə, işə əlavə edilmiş, Kürdəmir rayon Məhkəməsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli 3(041)-92/2023 saylı qərarından məlum olur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 2(043)-293/2022 saylı icra sənədi üzrə 620 manat ödəniş etmiş, 1660 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırki iş üzrə də, cavabdeh xəstəliyi ilə bağlı heç bir yerdə işləmir, İ qrup gözdən əlil atasına baxdığı üçün DSMF tərəfindən hər ay 100 manat müavinət alır, anasının aldığı 269 manat pensiya ABB-nin Kürdəmir filialından götürdükləri kreditin ödənilməsinə xərclənir, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-293/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 240 manat aliment tam ödənilməmiş, özünün də himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X4 görə aliment almır, iddiaçı ilə ayrıldıqdan sonra maddi durumunda heç bir müsbət dəyşikilik baş verməmiş, əksinə heç bir yerdə işləmədiyinə və aylıq sabit gəlirə malik olmadığından daha pisləşmişdir. Yaşayış minimumunu nəzərə almaqla iddianın təmin edilməsi, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsində qeyd edilən təminatların nəzərə alınması və sair hallara diqqət yetirərkən məhkəmə ilk növbədə həmin təminatların sadalanması ilə kifayətlənməməli, onların faktiki olaraq icrasını və həyata keçirilməsinin mümkünlüyünü nəzərə almaqla yanaşı, bu təminatların reallaşdırılması uşaqların kimin yanında qalmasından asılı olmayaraq hər iki valideyinin uşaqlar üzərində olan bərabər hüquq və vəzifələri olmaları ilə yanaşı, onların məsuliyyətlərinin də eyni dərəcədə bərabərliyi prinsipindən çıxış edərək qiymətləndirilməlidir. Hazırki iş üzrə şərh edilənlərlə yanaşı, iddiaçı Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-293/2022 saylı qətnaməsindən alimentin artırılması barədə yenidən məhkəmədə iddia qaldırmış, lakin iddiasının əsası kimi heç bir mötəbər sübut ərizəsinə əlavə etməmiş, habelə bu müddət ərzində cavabdehin maddi və maliyyə vəziyyətinin yaxşılaşdığını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiasının təmin edilməsi üçün heç bir əsas yoxdur. İddia tələbinin mediasiya arayışının alınması üçün ödədiyi 50 manat rüsumun cavabdehdən onun xeyrinə tutulması hissəsinə gəldikdə, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə mediasiya arayışının alınması üçün ödədiyi 50 manat rüsum iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Mediasiya arayışının alınması üçün ödənilən 50 manat rüsum İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar