Məhkəmə qərarları › İş №2(041)-836/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-836/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-836/2024 27.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona borclu qaldıqları 1832 manat borcun və dövlət rüsumu olaraq ödədiyi 39 manat olmaqla, ümumilikdə 1871 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Kürdəmir rayon Mərkəzi bazarında cehiz əşyalarının satışı ilə məşğul olmaqla vətəndaşlara həm nağd, həm də nisyə formada cehiz əşyaları satır. xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon sakinləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun işlədiyi mağazaya gələrək cehiiz əşyaları almaq istədikləri, lakin maddi imkanları olmadığına görə pulunu hissə-hissə ödəyəcəklərini bildirdilər. O, da cavabdehlərin maddi imkanlarının olmadığını nəzərə alıb onlara 4000 manat dəyərində cehiz əşyalarını nisyə satmış və cavabdehlər həmin malların pulundan ilkin olaraq 1000 manat ödəmiş, qalan 3000 manatı isə hissə-hissə ödəyəcəklərini bildirmişlər. Sonradan cavabdehlər aldıqları cehizlik əşyalanının pulundan hissə-hissə olmaqla 1168 manat ödəmiş, qalan 1832 manat pulu isə ödəməmişlər. Aradan xeyli müddət keçməsinə baxmayaraq, cavabdehlər borclu qaldıqları pulu ödəməmişlər. Dəfələrlə cavabdehlərdən borclu qaldıqları pulu ödəmələrini tələb etməsinə baxmayaraq onlar hər dəfə müxtçəlif bəhanələr gətirərək borclu qaldıqları pulu ödəmək istəmirlər. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona borclu qaldıqları 1832 manat borcun və dövlət rüsumu olaraq ödədiyi 39 manat olmaqla, ümumilikdə 1871 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş və Kürdəmir rayon Polis şöbəsi tərəfindən İddiaçı göndərilmiş 3-13-86/2-İ-255xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məlumata əlavə edilmiş və Kürdəmir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Səfa Rzayevin tərtib etdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh2 Rüystəm oğlu anası Yazgülün Türkiyə Respublikasında olduğunu, təxminən bir il öncə Sakit adlı şəxsdən cehiz üçün nisyə mebel aldıqlarını, hissə-hissə pulu ödədiklərini, anası Yazgül Türkiyə Respublikasından qayıtdıqdan sonra qalan məbləği hissə-hissə ödəyəcəklərini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Kürdəmir rayon Mərkəzi bazarında cehiz əşyalarının satışı ilə məşğul olmaqla vətəndaşlara həm nağd, həm də nisyə formada cehiz əşyaları satır. xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon sakinləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun işlədiyi mağazaya gələrək cehiiz əşyaları almaq istədikləri, lakin maddi imkanları olmadığına görə pulunu hissə-hissə ödəyəcəklərini bildirdilər. O, da cavabdehlərin maddi imkanlarının olmadığını nəzərə alıb onlara 4000 manat dəyərində cehiz əşyalarını nisyə satmış və cavabdehlər həmin malların pulundan ilkin olaraq 1000 manat ödəmiş, qalan 3000 manatı isə hissə-hissə ödəyəcəklərini bildirmişlər. Sonradan cavabdehlər aldıqları cehizlik əşyalanının pulundan hissə-hissə olmaqla 1168 manat ödəmiş, qalan 1832 manat pulu isə ödəməmişlər. Aradan xeyli müddət keçməsinə baxmayaraq, cavabdehlər borclu qaldıqları pulu ödəməmişlər. Dəfələrlə cavabdehlərdən borclu qaldıqları pulu ödəmələrini tələb etməsinə baxmayaraq onlar hər dəfə müxtəlif bəhanələr gətirərək borclu qaldıqları pulu ödəmək istəmirlər. İddiaçı DİN-nin 102 xidmətinə və Kürdəmir rayon Polis şöbəsinə ünvanladığı müraciətlər Kürdəmir rayon Polis şöbəsində araşdırılarkən izahatı alınmış Cavabdeh2 izahat verərkən anası Yazgülün Türkiyə Respublikasında olduğunu, təxminən bir il öncə Sakit adlı şəxsdən cehiz üçün nisyə mebel aldıqlarını, hissə-hissə pulu ödədiklərini, anası Yazgül Türkiyə Respublikasından qayıtdıqdan sonra qalan məbləği hissə-hissə ödəyəcəklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsində göstərilir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavailə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddəti və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından görünür ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında olan razılaşmaya əsasən cavabdehlər nisyə aldıqları cehizlik əşyalarının dəyərini hər ay iddiaçıya ödəmələri ilə bağlı öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə il əvə müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1832 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 39 manat olmaqla, ümumilikdə 1871 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1832 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 39 manat olmaqla, ümumilikdə 1871 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar