Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-837/2023 31.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq ”Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb huququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5 maddəyfə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tərixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi“ MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı“ ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Heydərov Zahid Əlizahid oğluna dair sənədlər S-FK-636 saylı, xx.xx.2017-cİ il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı“ Nizami filialı ilə (bundan sonra Bank) xx.xx.2015-ci il tarixdə, № 75-18.8.2014 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən kredit xəttinin açılması məqsədi ilə ona illik 22% olmaqla 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. 18 may 2015-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə edilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndəorilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə İddiaçı QSC borc tələbinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli, 2(060)- 4116/2021 saylı Sumqayıt şəhər məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Sumqayıt şəhər məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” qanuna əsaslanaraq cavabdehlçər Heydərov Zahid Əlizahid oğlundan və X1 İddiaçı QSC BOKT-un xeyrinə 4542,54 manat məbləğində əsas kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh Heydərov Zahid Əlizahid oğlu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 75-18.8.2014 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 4542,54 manat əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1143,59 manat məbləğində gecikdirilmiş borc hesablanmışdır. Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2023-cü il tarixədək icra etməmişdir. Ona görə də cavabdeh Heydərov Zahid Əlizahid oğlundan 170 nömrəli kredit müüqaviləsi üzrə 75-18.8.2014 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 4542,54 manat əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1143,59 manat məbləğində gecikdirilmiş borc, həmçinin ödənilmiş 31,44 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işhə məhkəmədə baxılan müddətdə İddiaçı QSC BOKT iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Heydərov Zahid Əlizahid oğlundan 75-18.8.2015 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 4542,54 manat əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1143,59 manat məbləğində gecikdirilmiş borc, həmçinin ödənilmiş 31,44 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.əı Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdiriliş qaydada baxılmasına yol verilir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdeh Heydərov Zahid Əlizahid oğluna prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarına əlavə edilmiş “Azərbaycan Beynəlxalq Bankı“ Nizami filialı ilə Heydərov Zahid Əlizahid oğlunun arasında bağlanmış xx.xx.2015-ci il tarixdə bağlanmış 75xx.xx.2015 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən Heydərov Zahid Əlizahid oğluna illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmsişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 75-xx.xx.2015 nömrəli zaminlik müqaviləsinə əsasən X3 cavabdeh Heydərov Zahid Əlizahid oğlunun "xxxx" ASC-nin Nizami filialı ilə bağladığı xx.xx.2015-ci il tarixli, 75-xx.xx.2015 nömrəli kredit müqaviləsindən irəli gələn bütün öhdəliklərin tam həcmdə icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun “Aqrarkredit“ QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" ASC təhvil-təslim aktları əsasında özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı (əsas borc və faizlər), akkreditivlər (əsas borc və faizlər), qarantiyavlar (əsas borc və faizlər), borclarıfn təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən “Aqrarkredit“ QSC-yə güzəşt etmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4116/2021 nömrəli qətnamənin surətindən görünür ki, cavabdehlər Heydərov Zahid Əlizahid oğlu və X1 4542,54 manat məbləğində əsas kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında“ Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına uyğun olaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S nömrəli Sərəncamının icrası ilə bağlı "xxxx" ASC-nin balansından dövlətə məxsus İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilmiş Heydərov Zahid Əlizahid oğlunun kredit borcları barədə xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə xx.xx.2015-ci il tarixli, 75-xx.xx.2015 nömrəli kredit müqaviləsi üzrə cavabdeh Heydərov Zahid Əlizahid oğlunun İddiaçı QSC-nə 4542,54 manat əsas borc, əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1143,59 manat məbləğində borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən edir ki, cavabdehin İddiaçı QSC-nə xx.xx.2015-ci il tarixli, 75-xx.xx.2015 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 4542,54 manat əsas borc, əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1143,59 manat məbləğində borcu qalmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh Z.Ə.Heydərov üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti tələb etməkdə haqlıdır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrdən çıxarışdan görünür ki, cavabdeh Heydərov Zahid Əlizahid oğlu məhkəmə bildirişini qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 10 (on) iş günü müddəti keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdeh Heydərov Zahid Əlizahid oğluna qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etirazının daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağrılmaqla dindirilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına maneə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, cavabdeh Heydərov Zahid Əlizahid oğlu xx.xx.2015-ci il tarixli, 75xx.xx.2015 nömrəli kredit müqaviləsinə əsasən “Azərbaycan Beynəlxalq Bankı“ qarşısında öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçı 31,44 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh Heydərov Zahid Əlizahid oğlundan 75-18.8.2015 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 4542,54 manat əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1143,59 manat məbləğində gecikdirilmiş borc, həmçinin ödənilmiş 31,44 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Heydərov Zahid Əlizahid oğlundan 75-18.8.2015 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 4542,54 manat əsas borca gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1143,59 manat məbləğində gecikdirilmiş borc, həmçinin ödənilmiş 31,44 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-837/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-837/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver